“Kreditlər 11-12 faizlə verildiyi halda yazıq taxıl əkən fermer necə gəlirli iş görə bilər?..”
İqtisadiyyat
Oxunub: 3806
11 Jan 2022 | 20:46
“Kreditlər 11-12 faizlə verildiyi halda yazıq taxıl əkən fermer necə gəlirli iş görə bilər?..”
“Qazaxıstanda vəziyyət sabitləşsə və biz oradan da taxıl idxalını davam etdirsək belə, yenə də baha qiymətə idxal etməli olacağıq...”
 
"Əsas problemlərdən biri də odur ki,  sahələrarası balans pozulub.  Hər bir dövlət qurumu öz iqtisadi fəaliyyətini öz korporativ maraqlarından çıxış edərək reallaşdırmamalıdır. Bunun üçün koordinasiyaedici qurum olmalıdır ki, bu da əslində Nazirlər Kabinetinin timsalında var Azərbaycanda..."
 
Tanınmış iqtisadçı ekspert Elşad Məmmədovla Moderator.az-a növbəti müsahibəsində Qazaxıstandakı  sosial etirazlar dalğasında baş vermiş  son faciəli olaylar fonunda  Azərbaycanda taxıl, un və çörəyin qiymətinin qaldırılması və nəticədə bir sıra digər məhsulların da bahalaşmasının obyektiv və subyektiv səbəblərindən danışıb. İqtisadçı professor ölkə iqtisadiyyatındakı, o cümlədən maliyyələşdirmə və bank sektorundakı problemlərin həlli yollarını da təklif edib. 
-Elşad müəllim, xalqın xeyli hissəsini narazı salan son taxıl, un və çörək məhsullarının bahalaşmasının gerçək obyektiv və subyektiv səbəbləri hansılar oldu? Azərbaycanda un və çörək bahalaşmaya bilərdimi?
 
-Azərbaycanda un və çörək bahalaşması olmaya bilərdi. Amma əgər ölkədə istehsal prosesləri uzun illər ərzində lokallaşdırılsaydı və bizim idxaldan asılılığımız bugünkü mövcud səviyyədə olmasaydı.  Bu isə artıq, belə düşünürəm ki, hökumətin iqtisadi blokuna, bank sektoruna aid bir məsələdir. Və təəssüflər olsun ki, ölkədə investisiya həcminin lazımi səviyyədə olmaması, yerli istehsalın, idxalın əvəz olunmasının  gərəkli dərəcədə  təmin edilməməsi ona səbəb oldu ki, biz bir çox istiqamətlər üzrə gerilədik. Və ən təəssüfedici məqam da odur ki,  istehlak  bazarında ərzaq təminatıyla bağlı olan sahələr üzrə idxaldan yüksək səviyyədə asılıyıq... 
 
Bəzən bir sıra çıxışlar, bəyanatlar olur ki,  bizim hansısa istiqamətdə idxaldan asılılığımız 10, 15, yaxud 20 faizdir. Amma reallıqda  iqtisadi  təhlil onu göstərir ki, bu, belə deyil. Gerçəklik ondan ibarətdir ki, Azərbaycanda qablaşdırılan həmin məhsulların sonda  istehlak bazarına çatmasınadək olan o zəncirvari prosesdə yaranan əlavə dəyərin xüsusi  çəkisi kritik dərəcədə azdır.  Biz çox yüksək səviyyədə idxaldan asılıyıq.  Və hazırda  dünya iqtisadiyyatında baş verən proseslər, dərin struktur böhranı, istehsalda və daşınmalardakı problemlər onu şərtləndirir ki, hər bir ölkə ilk növbədə öz daxili bazarını qorumağa çalışır. Bax, biz bu gün real olaraq bunun şahidi oluruq”- açıqlamasının davamında bunları söyləyən ekspert konkret olaraq çörək və un məmulatlarının bahalaşmasının səbəblərindən danışıb.
 
Əgər söhbət konkret olaraq çörək və un məmulatlarından gedirsə,  bizim bu gün Rusiyadan olan taxıl idxalından asılılığımız  kritik səviyyədədir. Yəni hazırda şimal qonşumuz faktiki  olaraq  bu istiqamətdə də hegemon dövlətlərdən birinə çevrilib. O mənada ki, əgər dünya taxıl bazarının təxminən 1/3-ni ixracat nöqteyi-nəzərdən Rusiya təmin edirsə,  bizim bölgədə faktiki olaraq həmin ölkə ilə rəqabət aparan digər ölkə yoxdur. Və biz öz daxili bazarımızı daxili istehsalımız hesabına təmin edə bilmiriksə, sözsüz ki, bu istiqamətdə asılılığımız getdikcə yüksələcək. Yeri gəlmişkən, bu asılılığımızı Moskvanın Azərbaycana qarşı hansısa  siyasətinin tərkib hissəsi kimi qəbul etməyin tərəfdarı da deyiləm. Sadəcə, hər bir ölkə kimi Rusiya Federasiyası da öz daxili bazarını qorumağa çalışır və ixrac rüsumlarını tətbiq edir. Bu rüsumların da tətbiqi istər-istəməz Azərbaycan üçün  həmin məhsulun idxalının dəyərini artırır.  Eyni zamanda  onu da bilməliyik ki, hətta biz başqa ölkədən də taxıl idxal etsək də, dünya bazarında taxılın qiyməti artır. Və digər ölkələr də ixraca rüsumlar tətbiq edir ki, daxili bazarını qorusun və əsas mənfəəti ixracdan götürsün. Çünki heç kəs daxili bazarda qiymətləri qaldırmaq istəmir. Ona görə də biz idxaldan asılılığımızı aradan qaldırmasaq, unun, çörəyin, eləcə də digər məhsulların qiymət artımı problemi həll olunmayacaq...
 
-Bəs taxılçılıq sahəsində idxaldan asılılığımızı yaradan baslıca amillər nələrdir, sizcə?
 
-Bəli, yerində olan sualdır ki, idxaldan asılılığımız əsas hansı səbəbdən yaranıb... 1990-cı illərdə ölkənin kənd təsərrüfatının inkişafı sanki uçuruma düşdü. Sahələrarası balans tam şəkildə itdi.  Suvarma sistemində çox böyük problemlər yaşanmağa başlandı. Azərbaycanda su potensialı ölkə iqtisadiyyatının inkişafıyla tam qeyri-taraz formada xərclənməyə başlandı.  Və biz görürük ki, bir tərəfdən, illərlə torpaqların şoranlaşması, yararsız hala düşməsi prosesi, digər tərəfdən isə suyun effektiv və düzgün bölünməməsi  və s. kimi problemlər yaşadıq. Odur ki, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafının əsas istiqamətlərindən biri olan  su təminatında, su balansının tərtibi ilə bağlı  zənnimcə kritik səviyyədə problemlər var. Və bu da  sözsüz ki, kənd təsərrüfatının həm ixrac yönümlü, həm də daxili bazar yönümlü inkişafına əngəl törədir.  Yəni iqtisadiyyatda sahələrarasl balansın olmaması yerli istehsalın deqradasiyasına səbəb olur. Bu məsələnin bir tərəfidir…
 
İkinci tərəf ondan ibarətdir ki, ticarət şəbəkələrində inhisarçılığın yüksək səviyyədə olması istehsalçıların bilavasitə istehlakçılara - əhaliyə çıxış imkanlarının  çox zəif olması ona gətirib çıxarır ki, əsas  mənfəəti  ticarət şəbəkələri götürür. Nə istehsalçılar, nə alıcılar olaraq əhali udur, nə də dövlət… Udan ticarət şəbəkələridir ki, onlar mənfəətlərini artırır və bu da onların inhisarçı statusundan irəli gəlir.  Burada isə hesab edirəm ki, dövlətin müvafiq qurumları və ilk növbədə anti-inhisar siyasəti ilə məşğul olan qurumlar effektiv fəaliyyətə keçərək bunun qarşısını almalıdır…
 
Üçüncü amilə gəldikdə, bilirsiz,  biz yerli istehsalı qursaq belə, bizim istehsal üçün satış bazarları təşkil etmək problemimiz də var. Etiraf etməliyik ki, Azərbaycanın elə də böyük satış bazarı yoxdur. Odur ki,  biz müəyyən istiqamətlər üzrə idxalı əvəz edə bilərik, amma son nəticədə bir problem də çıxacaq: satış bazarlarının genişlənməsi… Və bu nöqteyi-nəzərdən hesab edirəm ki, regional iqtisadi inteqrasiya prosesləri olmazsa, qeyri-iradi ölkə iqtisadiyyatındakı problemlər  getdikcə  dərinləşəcək. Odur ki, vəziyyətdən çıxış yolu kimi  qonşu dövlətlərlə iqtisadi inteqrasiya prosesi gücləndirilməlidir...
 
-Azərbaycan Qazaxıstandan da xeyli həcmdə taxıl alır.  Necə düşünürsüz, bəs  Qazaxıstandakı son faciəvi olaylardan sonra həmin idxal yenə də eyni qiymətlətlə davam etdirilə biləcəkmi?
 
-Düzdü, biz Qazaxıstandan da taxıl alırdıq. Ancaq məndə olan məlumata görə, bu, Rusiyadan edilən taxıl idxalının həcmindən xeyli azdır. Və nəzərə almaq lazımdır ki, bizdə taxılın növləri ilə bağlı da problem var. Təəssüf ki, Azərbaycanda əsasən öncə qeyd etdiyim  suvarma ilə bağlı problemlər nəticəsində yerli imkanlar hesabına taxılın yüksək  sortlarının  yetişdiriləməsi və bazarlara çıxarılması mümkün olmadı.  Və biz əhali üçün tələb olunan taxılın xeyli hissəsini idxal etməyə məcbur olduq.  Bir idxal istiqaməti də Qazaxıstan oldu.  Amma bir daha deyirəm, Qazaxıstanda vəziyyət sabitləşsə və biz oradan da taxıl idxalını davam etdirsək belə, yenə də baha qiymətə idxal etməli olacağıq. Çünki Qazaxıstan görəndə ki, Rusiya, Kanada, ABŞ, Ukrayna kimi əsas taxıl ixracatçıları qiymətləri artırır, ixrac rüsumları tətbiq edir, o da bunu edəcək. Ona görə də Qazaxıstandan idxalı artırsaq da,  bu, son halda müsbət nəticələrə səbəb olmayacaq. Söhbət ondan gedir ki, əgər biz iqtisadi cəhətdən hansısa inteqrasiya birliyində yoxuqsa,  oradan ixrac etdiyimiz məhsulların qiyməti mütləq şəkildə artacaq. Çünki inflyasiya artıq dünya iqtisadiyyatının bir “başağrısı”na çevrilib. Bu, ümumi iqtisadi problemlərdən qaynaqlanan bir məsələdir. Və biz  ölkəyə məhsul idxalıyla bərabər inflyasiyanı da idxal edəcəyik. Bu da hesab edirəm ki, ölkədə dərin iqtisadi problemlərə səbəb ola bilər. Ona görə də öncə qeyd etdiyim istiqamətlərdə tədbirlərin görülməsi olduqca zəruridir. Yəni birincisi, yerli istehsalın lokallaşdırılması, ikincisi ticarət şəbəkələrindəki inhisarçılığın aradan qaldırılması və üçüncüsü, regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi...
 
- Bildiyimiz kimi, hökumət buğda idxalçısı, un istehsalçısı, çörək və un satıcılarına müəyyən güzəştlərlə yanaşı,  subsidiyalar da tətbiq edir. Həmin subsidiyaları yenə də hər hansı bir vasitə ilə saxlamaq olardımı ki, un və çörək bahalaşmasın? 
 
-Axı subsidiyaların ödənilməsi ilə məsələ bitmir... 
 
-Hər halda müvəqqəti də olsa... Yeni il başlanan kimi sosial gərginliyin qarşısını almaq üçün... 
 
-Düzdü, müvəqqəti olaraq bir tərəfdən subsidiyaları, digər tərəfdən isə vergidən azad olunmalar, o cümlədən taxılçılıq sahəsində çalışan fermerlərin, kənd təsərrüfatı sektorunun azad olunması mümkün idi. Və etiraf etmək lazımdır ki, bu kimi güzəştlər Azərbaycanda var və bu müəyyən dərəcədə  kənd təsərrüfatı istehsalçılarına dəstəkdir.  Amma əsas problemlərdən biri də odur ki, sahələrarası balans pozulub.  Hər bir dövlət qurumu öz iqtisadi fəaliyyətini öz korporativ maraqlarından çıxış edərək reallaşdırmamalıdır. Bunun üçün koordinasiyaedici qurum olmalıdır ki, bu da əslində Nazirlər Kabinetinin timsalında var Azərbaycanda. Həmin qurum ayrı-ayrı nazirliklərin fəaliyyətini tənzimləməli və birgə idarə etməlidir. Hər bir nazirlik özü müstəqil bir qurum deyil. Zənnimcə, iqtisadiyyatın idarəolunması və inkişafına əngəl olan əsas problemlərdən biri də odur ki, Nazirlər Kabinetinin tənzimləyici və idarəedici funksiyasıyla bağlı effektiv yanaşmalara hələ nail ola bilmirik. Söhbət ondan gedir ki, məsələn, götürək su təsərrüfatı ilə məşğul olan komitə regionlarda suvarmanı özbaşına icra etməməlidir. Yəni həmin qurum hansısa şirkətə, yaxud hansısa həyətə necə gəldi su çəkməməlidir. Belə məsələlər müvafiq qaydada müxtəlif qurumlar arasında  planlaşdırılmış şəkildə idarəetmə siyasətinin reallaşdırılması vasitəsilə  həll olunmalıdır. Və bunun da başında Nazirlər Kabineti dayanmalıdır.  Ölkədəki iqtisadi siyasəti bu qurum reallaşdırmalıdır. Və ikinci bir məsələ isə ondan ibarətdir ki, hətta ayrı-ayrı qurumların fəaliyyəti  Nazirlər Kabineti tərəfindən koordinə edilsə də, ikinci bir problem maliyyə mənbələri ilə bağlıdır. Bu da artıq bank sektoruna bağlanır. Bank sektorunun öz-özlüyündə fəaliyyət göstərməsi müstəqil qurum kimi bank sektoruna aid olan hər hansı bir təşkilat müstəqil fəaliyyət göstərməsini anlayırıq,: bazar iqtisadiyyatıdır, bank sektorunun müəyyən dərəcədə müstəqilliyi var.  Amma o da var ki, bank sektoru real iqtisadiyyatın inkişafına xidmət göstərməlidir.  Bunun üçün də biz ölkədə əlçatan kredit resurslarının mövcudluğunu təmin etməliyik. Bu gün tutaq ki, biz hər hansı fermerə vergi güzəştləri də edirik, subsudiyalar da veririk.  Amma onu anlamalıyıq ki, ölkədə real iqtisadi sektorun inkişafı üçün nə 60 milyon, nə də 100 milyon yetərli məbləğ deyil. Son nəticədə bazar iqtisadiyyatında bu, dövlət tərəfindən tam şəkildə verilməməlidir. Bunu prioritet olaraq kredit formasında etmək lazımdır. Əksər maliyyə axınlarının mənbəyi kredit resursları olmalıdır.  Kredit resursları isə bu gün elə yüksək faizlərlə təklif olunur ki, kənd təsərrüfatının heç bir sahəsində o rentabellik yoxdur.  Kreditlərin 11-12 faizlə verildiyi halda  yazıq taxıl əkən fermer necə gəlirli iş görə bilər.  Bəzi bank rəhbərləri isə sevinə-sevinə bəyanat verirlər ki, biz 8-9 faizlə kredit təklif edirik. Sual olunur: hansı kənd təsərrüfatı sahəsində o mənfəət göstəriciləri var ki, binəva fermer 8 faizlə həmin krediti götürsün və  kreditin faizini də ödəyə bilsin, mənfəət də götürə bilsin, işçilərinə də əmək haqqı versin. Axı bu, real deyil... 
 
-Bəs çıxış yolu nədədir?
 
(Davamı var)
 
Sultan Laçın 
 
Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır