“Qarabağ”dan tarixi yubiley – səfərdə 60-cı böyükhesablı qələbə
İdman
161
12:08, Bu gün

“Qarabağ”dan tarixi yubiley – səfərdə 60-cı böyükhesablı qələbə

“Qarabağ” Azərbaycan çempionatları tarixində 60-cı dəfə səfərdə böyükhesablı qələbə qazanıb.
 
Moderator.az xəbər verir ki, Ağdam klubu Azərbaycan Premyer Liqasının XXIX turunda yubileyi gerçəkləşdirib. “Neftçi”nin qonağı olan ağdamlılar üç xalı 5 qolla qazanıblar – 5:1.
 
“Qarabağ” turnirdə qazanılan böyükhesablı qələbələrin həm ümumi sayında, həm də səfərdəki göstəricidə rekordçudur. Klub çempionatda rəqib meydanında ilk belə qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Kürdəmir “Şirvan”ı ilə görüşdə qonaqlar üç cavabsız qolla qalib gəlib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər