“Zirə”dən Premyer Liqada 50-ci səfər heç-heçəsi
İdman
198
11:57, Bu gün

“Zirə”dən Premyer Liqada 50-ci səfər heç-heçəsi

“Zirə” Premyer Liqada 50-ci səfər heç-heçəsinə imza atıb.
 
Moderator.az xəbər verir ki, bu yubiley “Turan Tovuz”la görüşə təsadüf edib.
 
Azərbaycan Premyer Liqasının XXIX turunun qarşılaşmasında 1:1 hesabı qeydə alınıb. 50-ci sülh rəqib meydanlarındakı 166-cı qarşılaşmada gerçəkləşib. “Zirə” turnirin tarixində səfərdə ən azı 50 heç-heçə edən 11-ci komanda olub.
 
Qeyd edək ki, “Zirə”nin ilk səfər heç-heçəsi 2015-ci il avqustun 16-da “Kəpəz”lə matçda qeydə alınıb – 1:1.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər