Bizi sosial şəbəkələrdən izləyin:
Bir müddət əvvəl Fransanın məşhur "L'Équipe" nəşri "Qarabağ"ın futbolçusu Abdullah Zubirin mövsümün sonunda komandadan ayrıla biləcəyinə dair iddia irəli sürmüşdü. Bildirilirdi ki, 34 yaşlı vinger artıq Qətərin "Al-Şahaniya" klubu ilə müqavilə şərtlərini razılaşdırıb.
Moderator.az xəbər verir ki, lakin etibarlı mənbələrdən Qol.az-a daxil olan məlumata görə, bununla əlaqədar kluba ("Qarabağ"a) nə adıçəkilən Qətər təmsilçisi, nə də futbolçunun özü tərəfindən hər hansı müraciət daxil olub. Yəni, bu günə olan xəbərlərə görə, Zubir yeni mövsümdə də "Qarabağ"da qalacaq.
Qeyd edək ki, Ağdam klubunun kapitanlarından olan A.Zubirin komanda ilə müqaviləsi 2027-ci ilin iyununda başa çatır.