Azərbaycan Basketbol Liqası:
İdman
276
17 Apr 2026 | 21:20

Azərbaycan Basketbol Liqası: "Sabah" yarımfinala vəsiqə qazanıb

"Sabah" Azərbaycan Basketbol Liqasında yarımfinala vəsiqə qazanıb.

Moderator.az-ın məlumatına görə, komanda buna 1/4 final mərhələsinin ikinci oyununda "Naxçıvan"ı məğlub etməklə nail olub.

Bakı İdman Sarayındakı qarşılaşma 97:86 hesabı ilə yekunlaşıb.

İlk görüşdə "Sabah" 106:74 hesabı ilə üstün olub.

Günün ilk matçında "Abşeron Lions" "Şəki"ni məğlub edərək (105:94, ilk oyun - 109:78) növbəti raunda yüksəlib.

Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.

Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər