Bizi sosial şəbəkələrdən izləyin:
UEFA Avropa Liqasının 1/4 final mərhələsinin son oyunları keçirilib.
Moderator.az xəbər verir ki, maraqla gözlənilən qarşılaşmalardan biri "Nottingem Forest" və "Portu" komandaları arasında baş tutub.
İlk görüşdə səfərdə "Portu" ilə qollu heç-heçə (1:1) edən "Nottingem Forest" cavab görüşündə rəqibindən 1:0 hesabı ilə üstün olaraq adını yarımfinala yazdırıb.
Evdə "Bolonya"nı qəbul edən digər İngiltərə təmsilçisi "Aston Villa" rəqibini məğlub edib - 4:0.
İlk görüşdə də İtaliya komandasına qalib gələn (1:3) "Aston Villa" yarımfinal mərhələsinə çıxıb.
"Frayburq" və "Braqa" da 1/2 final mərhələsində oynamaq hüququ qazanıb.
"Selta Viqo" - "Frayburq" - 1:3 (ilk oyun 0:3);
"Aston Villa" - "Bolonya" - 4:0 (3:1);
"Real Betis" - "Braqa" - 2:4 (1:1);
"Nottingem Forest" - "Portu" -1:0 (1:1).