Bizi sosial şəbəkələrdən izləyin:
"Bavariya" klubunun baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasında cəza ilə üzləşib.
Moderator.az xəbər verir ki, 41 yaşlı belçikalı mütəxəssis turnirin 1/4 final mərhələsində "Real Madrid" ilə keçirilən və 4:3 hesabı ilə yekunlaşan cavab matçında sarı vərəqə ilə cəzalandırılıb.
Cari yarışda ikinci dəfə "sarı" alan baş məşqçi, qaydalara əsasən, yarımfinalda PSJ ilə baş tutacaq ilk görüşü kənardan izləmək məcburiyyətində qalacaq.
Qeyd edək ki, komandalar arasında ilk oyun aprelin 28-də, cavab görüşü isə mayın 6-da keçiriləcək.