Bizi sosial şəbəkələrdən izləyin:
"Real Madrid"in yarımmüdafiəçisi Arda Güler "kral klubu"nun Çempionlar Liqasındakı ən erkən qolunun müəllifi olub.
Moderator.az championat.com-a istinadən xəbər verir ki, bu, Çempionlar Liqasının 1/4 finalının "Bavariya" ilə cavab görüşündə baş verib.
Güler görüşün 35-ci saniyəsində münhenlilərin qapıçısı Manuel Noyerin səhvindən sonra fərqlənib. Güler Madrid klubunun keçmiş futbolçusu Qaret Beylin nailiyyətini üstələyib. Beyl 2016-cı ilin noyabrında "Legia" ilə oyunda 57-ci saniyədə fərqlənmişdi.