İdman
527
15 Apr 2026 | 18:55

"Soyğunçuluq" iddiası baha başa gələ bilər: Rafinyaya ağır cəza təhlükəsi

Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutan "Atletiko Madrid"lə cavab qarşılaşmasından sonra səsləndirdiyi fikirlər "Barselona"nın yarımmüdafiəçisi Rafinya üçün ciddi problemlər yarada bilər.

Moderator.az xəbər verir ki, həmin gərgin görüşdə qırmızı vərəqə alan Kataloniya təmsilçisi meydanda azlıqda mübarizə aparmalı olub. Matçın ardınca hakim qərarlarına münasibət bildirən Rafinya "Barselona"nın açıq şəkildə soyğunçuluğa məruz qaldığını iddia edib.

Qeyd edək ki, qarşılaşmanın baş hakimi Kleman Turpin "Barselona"nın vurduğu qollardan birini hesaba almayıb.

Yayılan məlumatlara görə, səsləndirdiyi bu kəskin ittihamlara əsasən, Rafinya Çempionlar Liqasından 3 oyunluq uzaqlaşdırılma təhlükəsi ilə üz-üzədir. "Barselona" artıq bu turnirdə mübarizəni dayandırdığı üçün ehtimal olunan cəzanın növbəti mövsümdə tətbiq edilməsi gözlənilir.

Link kopyalandı!
Son xəbərlər