Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Moderator.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.
Kişilər
60 kq, 1/8 final
Balabəy Ağayev - Qal Blaziç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə
Əhməd Yusifov - Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə
66 kq, 1/16 final
Turan Bayramov - Nikolas Kuntse (Almaniya)
73 kq, 1/16 final
Hidayət Heydərov - Konstantinos Tsaparas (Yunanıstan)
81 kq, 1/16 final
Zelim Tçkayev - Nase Herkoviç (Sloveniya) / Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə
Ömər Rəcəbli - Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə
90 kq, 1/16 final
Murad Fətiyev - Aleks Çeret (Rumıniya)
100 kq, 1/16 final
Zelim Kotsoyev - Nikola Pavlovski (Şimali Makedoniya)
+100 kq, 1/8 final
Kənan Nəsibov - Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə
Qadınlar
48 kq, 1/16 final
Könül Əliyeva - Amber Gersyes (Niderland)
Şəfəq Həmidova - Erza Muminoviç (Kosova)
52 kq, 1/16 final
Leyla Əliyeva - Nikolina Nişaviç (Serbiya)
Gültac Məmmədəliyeva - Karla Tavares Fernandeş (Lüksemburq)
70 kq, 1/32 final
Südabə Ağayeva - Maya Goşen (İsrail)
+78 kq, 1/16 final
Madina Kaisinova - Elis Startseva (Rusiya)
Azərbaycan qitə birinciliyində 11 çəki dərəcəsində 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunacaq. Mötəbər turnirdə 46 ölkədən 400 idmançı iştirak edəcək.
Aprelin 16-19-da keçiriləcək Avropa çempionatının təsnifat mərhələsi hər gün saat 10:00-da, final bloku isə 16:00-da start götürəcək.