Burak Yılmaz istefa verdi
İdman
269
12:16, Bu gün

Burak Yılmaz istefa verdi

Türkiyənin “Qaziantep” komandasının baş məşqçisi Burak Yılmaz istefa verib.
 
Moderator.az xəbər verir ki, mütəxəssis bu qərarı Superliqanın 29-cu turunda "Rizəspor"a 1:2 hesabı ilə məğlubiyyətdən sonra təşkil olunan mətbuat konfransında açıqlayıb.
 
O, klubda tək qaldığını, həmçinin də Superliqa oyunlarını idarə edən hakimlərin düzgün qərarlar vermədikləri üçün bu addımı atıb.
 
“Qaziantep” Burak Yılmazın rəhbərliyi altında bu mövsüm Superliqada 29 oyunda 34 xal toplayıb və 11-ci pillədə qərarlaşıb.
 
B.Yılmaz ötən il də istefa versə də, sonradan vəzifəsinə geri dönmüşdü.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər