İngiltərənin “Mançester Yunayted” klubu Rusiyanın “LXR” və “DXR”-in müstəqil siyasi subyekt kimi tanımasına etiraz olaraq bu ölkənin “Aeroflot” aviaşirkətinin xidmətindən imtina edib.
Belə ki, Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Madriddə “Atletiko” ilə qarşılaşmaq üçün İspaniyaya yollanmağa hazırlaşan “Mançester Yunayted” Rusiyanın “Aeroflot” aviaşirkəti ilə uçmaqdan imtina edib.
Qeyd olunub ki, İngiltərənin “Mançester Yunayted” klubu uzunmüddətli kommersiya tərəfdaşlığı çərçivəsində mütəmadi olaraq “Aeroflot” aviaşirkətinin xidmətindən istifadə edib.
Mənbə: Sport.segodnya.ua