Azərbaycan hərbi sənaye məhsulları beynəlxalq sərgidə nümayiş etdirilir - FOTO
Hərb
257
18:35, Bu gün

Azərbaycan hərbi sənaye məhsulları beynəlxalq sərgidə nümayiş etdirilir - FOTO

Aprelin 20-də Malayziyanın Kuala Lumpur şəhərində "DSA 2026" 19-cu Asiya Müdafiə Xidmətləri Sərgisi öz işinə başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Mehman Baxışovun rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb.

Sərgidə "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinə ("Azərsilah") məxsus 72 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir. Eyni zamanda, "Azərsilah"ın stendində Azərbaycanın "USH Group", "Synapline", "Q-STP", "6L Systems" və "RD Smart" şirkətləri də öz məhsullarını nümayiş etdirirlər.

Malayziyanın Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilən "DSA 2026"da 50 ölkədən 600-dən çox yüksək səviyyəli nümayəndə heyəti, 1400 şirkət iştirak edir.

Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Musa Heybət, Malayziya müdafiə nazirinin müavini Adli bin Zahari və Sinqapur Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aaron Benq ilə görüşüb.

Görüşlərdə mövcud münasibətlərin ümumi vəziyyəti müsbət qiymətləndirilib, qarşılıqlı əlaqələrin gücləndirilməsinin əhəmiyyətinə toxunulub. Tərəflər müxtəlif platformalarda əməkdaşlıq imkanlarının araşdırılmasının vacibliyini qeyd ediblər.

Eyni zamanda, beynəlxalq əməkdaşlığın əhəmiyyəti və müdafiə sənayesi sahəsində təcrübə mübadiləsinin rolu, həmçinin gələcəkdə belə dialoqların davam etdirilməsinin önəmi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sərgi aprelin 23-də başa çatacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər