17:23
14°C
Bakı
Şair, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza ağır avtomobil qəzasına uğrayıb.
Moderator.az xəbər verir ki, hadisə Göyçay rayonu ərazisində baş verib.
Bu barədə X.Rza özü sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, qəza zamanı ciddi təhlükə ilə üz-üzə qalıblar: “Allah saxladı. Yarım metr fərqlə hər şey başqa cür olardı.”

Paylaşılan görüntülərdən avtomobilin ön hissəsinin ciddi zədələndiyi, həmçinin təhlükəsizlik yastıqlarının açıldığı görünür.
X.Rza hadisə zamanı xəsarət alanların olub-olmaması ilə bağlı dəqiq informasiya verməyib.