Bu şadlıq evində nöqsanlar aşkarlandı
Hadisə
320
17:50, Bu gün

Bu şadlıq evində nöqsanlar aşkarlandı

Biləsuvar rayonu, Nəsimi kəndində fəaliyyət göstərən, fiziki şəxs Samir Xeyrulla oğlu Xanverdiyevə məxsus "Nicat" şadlıq evində yoxlama keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, obyektdə temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, emal prosesində istifadə olunan suyun filtrdən keçirilmədiyi, işçi masaların korroziyaya davamlı və yuyulabilən materialla üzlənmədiyi, manqal yeməkləri hazırlanan sahədə sanitar-texniki tələblərin pozulduğu və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, obyektdə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər