Çanaqqala sahilində zəlzələ olub
Hadisə
1573
06 Oct 2024 | 17:41

Çanaqqala sahilində zəlzələ olub

Türkiyənin Çanaqqala şəhərinin sahilində 4,2 maqnitudalı zəlzələ olub.
 
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
 
Bildirilib ki, yeraltı təkanların episentri Ayvacık rayonundan 52,08 km məsafədə – Egey dənizində qeydə alınıb. Agentliyin verilənlərinə görə, zəlzələnin ocağı 24,16 km dərinlikdə yerləşib.
 
Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
 
Xatırladaq ki, daha əvvəl Konyada 4,3 maqnitudalı zəlzələ qeydə alınmışdı. (report.az)
Link kopyalandı!
Son xəbərlər