Binəqədidə üçmərtəbəli tikilidə yanğın baş verib
Hadisə
3165
11 May 2023 | 11:00

Binəqədidə üçmərtəbəli tikilidə yanğın baş verib

Bakı şəhərinin Binəqədi rayonunda üçmərtəbəli tikilidə yanğın olub.

FHN-in məlumatına görə, ümumi sahəsi 400 kvadratmetr olan, tikintisi başa çatmayan üçmərtəbəli tikilinin birinci mərtəbəsində fəaliyyət göstərən avtomobil təmiri sexinin içərisində təmirə dayanan “Volkswagen” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sex və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər