İŞİD-in Türkiyəni təhdid etməsi, Azərbaycan üçün də təhlükə kəsb edirmi?
Oxunub: 1911
10 Aug 2015 | 00:37
İŞİD-in Türkiyəni təhdid etməsi, Azərbaycan üçün də təhlükə kəsb edirmi?
Elxan Şahinoğlu: “Azərbaycan hökuməti beynəlxalq layihələrin təhlükəsizliyi təmin edilməsi üçün terrorla mübarizəyə dəstək verməlidir”


Xəbər verdiyimiz kimi, İŞİD terror təşkilatı Türkiyəni təhdid edən bəyanat verib. Bəyanatda deyilir ki, əgər Türkiyə intihar hücumlarımızın hədəfi olmaq istəmirsə, təcili olaraq bu savaşdan əl çəkməlidir. Terror təşkilatı bəyanatında ABŞ-ın belə Ankaranı xilas edə bilməyəcəyini söyləyib: “Sabah İŞİD sizə hücum edəndə, qəflətən bomba partladanda, oturub ağlamayın. Bunu siz istəyirsiniz. Ey Türkiyə xalqı, başınızdakılar sizi xaçpərəst ABŞ-a kölə etdirib, savaşa aparır”. 
İŞİD bəyanatında Türkiyənin hökumət rəhbərlərini də hədəfə alıb: “Davudoğlu xaçpərəstlərin yanında dayanıb müsəlman qanı tökür. Allahın ordusuyla savaşan heç bir qövm uğur əldə edə bilməyib. Ərdoğan bizə hücum edərək, sonunu tezləşdirir”.

Bu bəyanat Türkiyə, eləcə də dünya mətbuatında müzakirə mövzusuna çevrilib. Qardaş ölkəni təhdid edən terror təhlükəsi Azərbaycan cəmiyyətində də narahatlıqla qarşılanıb. Bəs, görəsən Türkiyəyə qədər əlləri uzanan İŞİD terror qruplaşmasını Azərbaycan üçün də real təhlükə saymaq olarmı? Belə bəyanatlardan biri də yaxın zamanlarda ölkəmiz üçün verilə bilərmi? Bütün bunlardan əlavə regionda dünyanın ən iri dövlətlərinin belə dəf edə bilmədiyi terror təhlükəsinin olması Azərbaycanın siyasi, iqtisdi, enerji maraqları üçün nə dərəcədə təhlükə vəd edir?

“Yeni Müsavat”ın suallarını cavablandıran politoloq Elxan Şahinoğlu bildirdi ki, Türkiyəyə qarşı olan istənilən təhdid Azərbaycanı da narahat edir: “Ona görə ki, Türkiyə Azərbaycanın strateji müttəfiqidir. İkincisi, Azərbaycan Qərblə neft sahəsində sıx əməkdaşlıq edir. Bu da beynəlxalq terror qruplaşmalarının, eləcə də İŞİD-in xoşuna gəlmir. Digər  əsas amil ondan ibarətdir ki, İŞİD sıralarında xeyli Azərbaycan vətəndaşı da var və onlar antiterror qruplaşamaları ilə mübarizədə çox böyük təcrübə qazanıblar, aralarında “ölüm rəhbərləri” də var. Bu da Azərbacyan üçün real təhlükə yaradır. Elə ölkədə elə insanlar var ki, İŞİD-in apardığı bu mübarizəyə simpatiya ilə yanaşır. Bütün bu amilləri ortaya qoyduqda, üstəgəl İŞİD terrorçularının ara sıra verdiyi  bəyanatlarda enerji resurslarını hədəfə alacağını bəyan etməsi ondan xəbər verir ki, Azərbaycan üçün də bu təhlükə var. Konkret misallara müraciət etsək, Bakı-Ərzurum qaz xəttinəd törədilən partlayışı buna bir nümaunə ola bilər. Düzdür bunun İŞİD deyil, PKK terrorçuları etdi. Ancaq İŞİD-dən də bu cür əməlləri gözləmək olar. Digər tərəfdən Bakı-Ceyhan neft boru xətti də Türkiyə ordusunun PKK ilə mübarizə apardığı ərazilərdə yer alıb. Əslində, təkcə İŞİD deyil, PKK ilə gedən mübarizənin də Azərbaycana aidiyyatı var. Çünki, PKK-nın  Bakı-Tiflis-Ərzurum boru xəttini partlatmaqla  əslində Azərbaycana da savaş açmış oldu və çox təəssüf ki, İŞİD-ə qoşulan Azərbaycan vətəndaşları ilə yanaşı, PKK-ya qoşulan vətəndaşlarımız da var. Bütün bunları  nəzərə alaraq enerji yataqları və boru xətlərinin qorunması məsələsi aktuallaşır. Azərbaycan  bu məsələlərdə ABŞ, Türkiyə və NATO ilə sıx əməkdaşlıq etməlidir”. 

Politoloq onu da qeyd etdi ki, terrorla mübarizəyə Azərbaycan hökuməti də dəstək verməlidir: “Azərbaycan rəsmilərinin bəyanatları olmuşdu ki, bu məsələdə Türkiyəni dəstəkləyirik. İkinci bir tərəfdən kəşfiyyatla bağlı informasiya mübadiləsi genişlənməlidir.  Bu da Azərbaycan üçün çox vacibdir ki, terrorçuların planları haqqında Azərbaycanın müvafiq orqanlarının da məlumatları olmalıdır. Çünki, hazırda baş verən hadisələr Azərbaycandan çox da uzaqda deyil. PKK və İŞİD-lə mübarizənin getdiyi bölgə bizə də çox yaxındır və həmin terrorçu qruplaşmaların tərkibində xeyli azərbaycanlılar var ki, könüllü olaraq qoşulublar. Bu səbəbdən kəşfiyyat məlumatlarının intensivləşməsinə ehtiyac var ki, Azərbaycan da proseslərdən xəbərdar olsun. İŞİD-lə mübarizəni tək Türkiyə deyil, ABŞ da aparır və bu ölkə bölgədə ən çox kəşfiyyat məlumatlarına malik olan ölkədir. NATO rəhbərliyi də bəyan edib ki, enerji xətlərinin qorunması məsələsində Azərbaycanla hər an əməkdaşlığa hazırdır. Azərbaycan enerji yataqlarında Qərb şirkətləri ilə işləyir. Qərb şirkətləri və Türkiyə ilə birgə boru xətləri inşa edir və enerji resursları dünya bazarına çıxarılır. Bu səbəbdən Azərbaycanın həmin ölkələrlə terror təhlükəsizliyi məsələlərində əməkdaşlıq etməsinə ehtiyac var”. 
Azərbaycanın regional enerji layihələrinin terror təhlükəsi altında olduğunu vurğulayan politoloq qonşu ölkələrdə baş verənlərin ölkəmiz üçün də ciddi təhdid olduğunu bildirdi: “Bizim insanlara elə gələ bilər ki, bütün bunlar Azərbaycandan kənarda baş verir. Azərbaycanın 3 boru xətti həmin ərazilərdən keçir. Artıq onlardan ikisində problemlər yaranıb. Bakı-Subsanı artıq Rusiyanın silahlı qüvvələri Cənubi Asetiya üzərindən bir hissəsini ələ keçiriblər.  İkincisi, Bakı-Tiflisi-Ərzurumda partlayış baş verib. Bu özü Azərbaycan üçün böyük təhdiddir. Terror hücumlarından heç bir ölkə sığortalanmayıb. Ona görə də hər an hər şeyə hazır olmaq lazımdır, bütün təhlükəsizlik tədbirləri görülməlidir. Çünki, İŞİD elə təşkilatdır ki, ondan hər an hər şey gözləmək olar. Azərbaycanda da meşələrdə terrorçu qruplaşmalar meydana çıxmışdı ki, onlarla toqquşmalar oldu, tələfat oldu, daha sonra məscidlərdən birində partlayış həyata keçirildi. Artıq Azərbaycanda terror təhlükəsi müəyyən mənada baş verib. Təhlükəni artıran daha bir məqam odur ki, İŞİD-çilər sırasında Azərbaycan vətəndaşların sayı çoxdur, ölkəmizdə onlara simpatiyası iolan kifayət qədər insan var. Onların gələcək fəaliyyətlərindən də heç kim sığortalanmayıb. Yaxın ölkələrdə baş verənlərin Azərbaycanda da inikası olacağı ehtimalı var. Bu baxımdan terrorla mübarizə sahəsində əməkdaşlığı gücləndirməliyik. 
Yaxın zamanlarda Azərbaycanın çox böyük regional layihələri işə düşəcək. TAP və TANAP boru xətlərinin inmşasına başlanacaq, Bakı-Tiflisi Qars dəmiryolu xətti gələn il işə düşməlidir. Bu dərmiryol xəttinin təhlükəsizliyini də düşünmək lazımdır. Çünki, Bakı-Tiflis-Ərzurum xətti harada partladıldı, məhz Qars istiqamətində. Bakı-Tiflisi Qars dəmiryolu xətti də Qarsdan keçəcək. Bu baxımdan bu cür beynəlxalq layihələrin təhlükəsizliyi təmin edilməli, beynəlxalq tərəfdaşlarla informasiya mübadiləsi genişləndirilməlidir”. 

Oxşar xəbərlər
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
GÜNLÜK
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 16:54
Ukrayna Novorossiysk, Tuapse və Sevastopol şəhərlərini güclü hücuma məruz qoyub
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 17:06
Müğənnini sevgilisi döyüb öldürdü - FOTO
17 May 2024 | 16:56
Qadınlar niyə boşanmağa can atırlar? - VİDEO
17 May 2024 | 16:58
Sergen Yalçının “Beşiktaş”ı çalışdırmaq üçün şərtləri bəlli olub
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
AYLIQ
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 16:54
Ukrayna Novorossiysk, Tuapse və Sevastopol şəhərlərini güclü hücuma məruz qoyub
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 17:06
Müğənnini sevgilisi döyüb öldürdü - FOTO
17 May 2024 | 16:56
Qadınlar niyə boşanmağa can atırlar? - VİDEO
17 May 2024 | 16:58
Sergen Yalçının “Beşiktaş”ı çalışdırmaq üçün şərtləri bəlli olub
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu