Enerji qiymətlərinin qalxmasına etiraz əlaməti olaraq Ermənistanda baş verən aksiyalar Azərbaycanda da maraqla izlənməkdədir. Bəzi siyasilər hesab edir ki, bu gərginlik bir qədər də dərinləşib daha ciddi qarşıdurma və böhranla nəticələnərsə, bu, Azərbaycana Qarabağda müharibəyə başlamaq üçün əla fürsət yarada bilər.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən ASDP sədri, politoloq Araz Əlizadə isə hesab edir ki, Azərbaycanın müharibəyə başlaması üçün məxsusi fürsət gözləməsinə ehtiyac yoxdur:
“Azərbaycanın Qarabağda müharibəyə başlaması üçün Ermənistan daxilində hansısa hadisənin baş verməsinə ehtiyac yoxdur. Azərbaycan istədiyi gün qərar verib müharibəyə başlaya, öz torpaqlarını azad edə bilər. Bu gün Ermənistanda baş verən iğtişaşlar əslində Rusiyaya qarşı etirazlardır. Çünki Ermənistandakı enerji şirkətlərinin hamısı Rusiyaya məxsusdur”.
Seymur Əliyev