“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
Gündəm
1735
20 Jun 2023 | 12:24

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Müraciətdə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi xahiş olunur

 

Moderator.az xəbər verir ki, BMT Baş Assambleyasının 4 dekabr 2000-ci il tarixli 55/76  saylı Qətnaməsinə  əsasən 20 iyun Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilir.

Beynəlxalq terrorizmin dəhşətli və qorxulu qolu olan erməni terrorizmi Ermənistan dövlətinin siyasətinə və ideologiyasına çevrildiyi üçün aborigen əhali olan azərbaycanlılar XX əsrdə 3 dəfə Qərbi Azərbaycandan (indiki Ermənistandan) deportasiya olunublar. 1988-ci ilin qışından başlayaraq Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti başlanıb. “Azərbaycanlılarsız Ermənistan” şüarı altında həyata keçirilən etnik təmizləmə nəticəsində Ermənistanın hakim dairələrinin himayəsi və razılığı əsasında hazırkı Ermənistan adlanan dövlətin ərazisindən 40897 azərbaycanlı ailəsi məcburi qaydada depotasiya edilib.Qaçqın həyatı yaşamağa məhkum edilmiş onlarla azərbaycanlı itkin düşüb. Deportasiya zamanı itkin düşmüş şəxslərin taleyi bugünə kimi naməlum olaraq qalır.

Qəbul olunmuş beynəlxalq humanitar hüquq normalarına zidd olaraq tarixi ərazilərindən qovulmuş, sonradan Dağlıq Qarabağda yerləşdirilmiş, həmin bölgələr işğal olunan zaman iki qat erməni terroruna məruz qalmış qərbi azərbaycanlıların 26 nəfəri şahid ifadələrinə əsasən əsir-girov götürülüb və bu günə kimi də azad edilməyiblər.

Erməni əsirliyindən  azad edilmiş 1480 nəfərin arasında 42 nəfər Ermənistandan (Qərbi Azərbaycandan) qaçqın düşmüş azərbaycanlılar var. Onların söylədiklərinə görə erməni terrorçuları əsir-girovluqda əslən   Ermənistandan (Qərbi Azərbaycandan) olanlara qarşı daha amansız, daha qəddar olublar.

Sonuncu dəfə XX əsrin 80-cı illərinin sonunda 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib, 700 minə yaxın soydaşımız isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 67 rayonunda 1600 məntəqədə məcburi köşkün həyatı yaşamaq məcburiyyətində qalıblar.

Bundan başqa, ölkəmizdəki qaçqınların təxminən 50 min nəfəfi Fərqanə hadisələri zamanı Orta Asiyadan Azərbaycana pənah gətirmiş Axısqa türkləridir.

Xocalı faciəsi zamanı 15 nəfər Axısqa türkü itkin düşüb.

77  nəfər müxtəlif işgəncələrə məruz qaldıqdan sonra azad edilib.

“Həsrərt Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi Ümumdünya Qaçqınlar Günündə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığına, BMT-nin İnsan Haqları Şurasına, Beynəlxalq Qızıl Xaç Komitəsinə, İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyaya, İtkin düşmüş şəxslər üzrə Qlobal Alyansa, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə, İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoruna və digər beynəlxalq təşkilatlara  ünvanladığı müraciətində şahid ifadələrinə əsasən əsir və girov götürülmüş şəxslərin, o cümlədən qaçqınların azad edilməsinə, itkin düşmüş hesab olunan şəxslərin taleyinə aydınlıq gətirməyə çağırır.

 

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər