Avtoxuliqanlıq edib videosunu paylaşan sürücü həbs edilib
Hadisə
162
20:10, Bu gün

Avtoxuliqanlıq edib videosunu paylaşan sürücü həbs edilib

Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib.

DİN-in Mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, Yasamal RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “BMW” markalı nəqliyyat vasitəsinin sürücüsü Orxan Kamilli saxlanılıb.

Bildirilib ki, o, idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.

Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə O. Kamillinin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 15 sutka inzibati qaydada həbs edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər