Kəlbəcəri ermənilərə kimlər təslim edib?
Oxunub: 40596
26 Mar 2014 | 11:25
Kəlbəcəri ermənilərə kimlər təslim edib?

  Bəlkə də çoxları üçün indi təqdim etdiyimiz bu sənəd vaxtı keçmiş statistikadan başqa heç nəyi ifadə etməyəcək. Ancaq torpaqları işqal altında olan bir məmləkətin nəinki hərbi rəhbərliyi, hətta sıravi vətəndaşı da bu materallardan çox şey öyrənə bilər. Ən azı onu bilər ki, ötənlərdə neçə-neçə qəhrəman döyüşçülərimiz göstərdikləri misilsiz rəşadətlərə görə general paqonuyla mükafatlandırılmalı olduğu halda həbsxana köşələriylə "təltif edildilər", çünki onların mövcudluğu bu ölkəni çökdürmək və silahlı qüvvələrimizi zəiflətmək istəyən məkrli qüvvələri qane etmirdi və nə yazıq ki, bu alçaq siyasət bu gün də davam edir.

Moderator.az dünən Kəlbəcər döyüşlərində hərbi əməliyyatlara rəhbərlik etmiş keçmiş briqada komandiri, polkovnik Əzizağa Qənizadənin döyüş gündəliyini oxucularına təqdim etmişdi, Əfqanıstan döyüşlərinin qəhrəmanı olsa da günahsız olaraq illərlə həbsxanalarda çürüdülən polkovnikin əlindəki bu sənədlərin hamısını təqdim edəcəyimizi də bəyan etmişdik. İndi onu ittiham edənlərin arqumentlərini darmadağın etməli olan ekspertiza rəyini təqdim edirik, halbuki həmin vaxt bu sənəd də Əzizağa Qənizadəni həbsxanaya basmaq istəyənləri dayandıra bilməmişdi. Ancaq sabah başqalarının da oxşar aqibət yaşamaması üçün bunu oxumağa dəyər. Buyurun, arşınızda şok hesab ediləcək ekspertiza rəyi var. Onu da qeyd edək ki, sənədləri təqdim etməkdə davam edəcəyik və ən azı kəlbəcərlilər biləcək ki, onlar günahkarları başqa ünvanda axtarmalıymışlar...   


           Azərbaycan Respublikasının Kəlbəcər  və Laçın

                     rayonlarında gedən döyüşlərin analizi.

 

      Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin:

Taktika kafedrasının rəisi polkovnik R.M. Muxtarovdan, xidmət  stajı 20 il, Furunze adına Hərbi Akademiyanı bitirib;

      Hərbi mühəndis kafedrasının rəisi polkovnik S.M. Əliyevdət, xidmət stajı  39 il, hərbi mühəndislik Akademiyasını bitirib;

     Taktika kafedrasının rəisinin müavini polkovnik ”“ leytenant B.M. Pryaniçnikovdan, xidmət stajı 27 il, Lenin adına Hərbi Akademiyanı bitirib;

      Taktika kafedrasının müəllimi İ.A.Vəliyevdən,  xidmət  stajı 58 il, Frunze adına Hərbi Akademiyanı bitirib;

    Taktika kafedrasının kəşfiyyat silsiləsinin rəisi polkovnik V.M. Şabanovdan,  xidmət stajı 23 il, Frunze adına Hərbi Akademiyanı bitirib;

      İbarət Hərbi espertlər qrupu,BABAKM rəisinin 21 Fevral 1996-cı il tarixli 57 â„–-li əmrinə əsasən,Azərbaycan Respublikası Kəlbəcər rayonunun müdafiəsi üzrə 1993-cü il martın 26-dan 1994-cü il aprelin 4-dək aparılmış döyüş əməliyyatlarının Hərbi taktiki ekspertizasını keçirtdi.

 

      Komissiya işin gedişində Döyüş Nizamnamələrinin əldə rəhbər tutaraq, öz qarşısında aşağıdakı suallara cavab tapmaq vəzifəsinin qoymuşdu:

 

      I.  701-ci Hərbi hissə / I MABr/ sərəncamında olan texnika və canlı qüvvə ilə Kəlbəcər rayonunu müdafiə edə bilərdimi, əgər bilərdisə buna nə mane oldu? :

 

    A. I  MABr 1992-ci il sentyabrın 15-dən 1993-cü il martın 5-dək eni kilometrə qədər olan müdafiə zolağı tutaraq, Laçın rayonunun Şimal-Qərb hissəsinin müdafiə etmək üzrə döyüş tapşırığını yerinə yetirirdi.Kəlbəcər və Laçın rayonlarında döyüş əməliyyatlarının başlanmasından 20 gün əvvəl vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq Baş qərargahın DQŞ- 2 saylı 5.03.93-cü il tarixli direktivi ilə “L-ci MABr üçün müdafiə zolağı Alxaslı,Çaraktar,Kəlbəcər rayon mərkəzi,”Dəlida𔝠müəyyən  edilmişdi.

         I MABr müdafiə zolağına əlavə olaraq, Kəlbəcər rayonunun ¼  hissəsi qədər ərazi daxil edilmişdi,lakin bu ərazi Ermənistanla dövlət sərhəddi boyunca uzanan sahəni əhatə etmədiyiondən sonralar düşmən oradan əlavə yardımlı zərbə ilə Kəlbəcər rayonuna hücumunu davam  etdirdi. Elə bu döyüş sənədi ilə də birinci MABr-üçün ön xətt müəyyən edilmişdir (sxemə bax).

     B. I MABr-nın müdafiə zolağı Laçın rayonun Şimal qərb hissəsi və Kəlbəcər rayonun  Cənub ”“Qərb ərazisində yer səthinin  quruluşu (relyef) nəzərə alınmaqla 100 kilometrdən artıq idi ki, by da Döyüş Nizamnaməsində müəyyən edilmiş normativlərdən 3 dəfədən də çox artıq idi. (Quru Qoşunlarının Döyüş Nizamnaməsi, I hissə, maddə 86” Müdafiə zolağının eni döyüş imkanlarından asılı olaraq, 30 km-ə qədər ola bilər.)

      Kəlbəcər rayonunda Ermənistanla Dövlət sərhəddi sahəsi bumüdafiə zolağına daxil deyildir. Uzunluğu 70 km-dən  artıq olan həmin sahədə I MABr-nın 3-cü MAT-nun zastavaları yerləşirdi,həmçinin uzunluğu 25 km-dən artıq olan və I MABr-nın mövqeyinin Şimal hissəsi,o cümlədən Ağdaban yaşayış məntəqəsi və Omar aşırımına aparan yol həmin müdafiə zolağına daxil deyildir.

    V. Düşmən hücumundan əvvəl I MABr-nın 6 taborunun ikisi (sərhədçilərin vəzifəsinin icra edən 3-cü MAT və Çaraktar yaşayış məntəqəsi rayonunda döyüş mövqeləri tutan I-ci MAT) Kəlbəcər rayonunda yerləşirdi. I MABr-nın qalan qüvvələrində,Baş Qərargahın müəyyən etdiyi müdafiə zolağında idi.

     Q. Qoşunların döyüş qabiliyyəti deyənda onların döyüş əməliyyatları aparmaqla, döyüş tapşırıqlarını yerinə yetirməyə qadir oldüqları başa düşülür. Döyüş qabiliyyəti qələbəyə nail olmağın həlledici şərtidir.

   Briqada şəxsi heyətlə və silahla cəmi 60 faiz, döyüş texnikası ilə isə 15 faiz komplektləşdirilmişdi. Deməli düşmənin  hücumu vaxtı I MABr-ın döyüş qabilliyəti, onun komandirindən asılı olmayaraq, məhdud idi. Briqadada döyüş, həmçinin qeyri döyüşdə don vurmuşlar, xəstələr itkiləri vardı. Nə MABr komandirinin, nə də Müdafiə Nazirliyinin ehtiyat şəxsi heyəti olmadığından çatışmamazlığın yerini doldurmaq imkanı yox idi.

                                                             Nəticə:

  Yuxarıda deyilənlərə əsasən, təsdiq etmək olar ki, Laçın rayonunda və Kəlbəcər rayonunun Cənub-Qərb hissəsində müdafiə mövqeyi tutmuş I MABr, sərəncamında olan  şəxsi heyət, silah və texnika ilə ondan 3-4 dəfə üstün olan və üç əsas istiqamətdən hücuma keçən düşmənə müqavimət göstərə, eyni zamanda Laçın və Kəlbəcər rayonların müdafiə edə bilməzdi.

      Yalnız Kəlbəcər rayonun müvəfəqiyyətli müdafiəsini təşkil etmək üçün döyüş mövqelərində azı iki MABr-yerləşdirmək və bir briqadanı da ehtiyatda saxlamaq  lazım idi.

 2. ”Respublikanın sərhədyanı rayonlarında müdafiə qurğularının inşası haqqında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.1992-c- tarixli qərarının yerinə yetirilməməsinin düşmən tərəfindən  Kəlbəcər rayonunun işğalında rolu olubmu?

  A. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mühəndis qoşunları idarəsi tərəfindən Azərbaycan Respublikasının bütün sərhədyanı rayonlarında istehkam qurğuları və mühəndis maneələri sisteminin yaradılması üçün hesablamalar aparılmış və lazımı məlumatlar hazırlanmışdı.Bu hesablanmalar Nazirlər Kabinetinə verilmiş və bunların əsasında “Respublikanın sərhədyanı rayonlarında müdafiə qurğularının inşası haqqında”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin  28.08.1992-ci il tarixli qərarı qəbul olunmuşdu.

    B. Nazirlər Kabineti 28.08.1992-ci il tarixli Qərarı ilə Ermənistanla Dövlət sərhəddinin Kəlbəcər rayonundakı sahəsində müdafiə qurğularının inşası rayon İcra hakimiyyəti başçısının rəhbərlik etdiyi Müdafiə şurasına həvalə edilmişdi. Nazirlər Kabineti öz qərarını icra üçün məhz onun ünvanına göndərmişdi.

     V. Azərbaycan Respublikası Silahlı qüvvələrinin hissə komandirləri yalnız Ali Baş Komandanının ”“Prezidentin, Müdafiə Nazirinin və yuxarı qərargahların əmrlərinə tabedirlər.

     Q. Yuxarıda göstərilən işlərin yerinə yetitilməsindən ötrü döyüşən briqadanı Laçın rayonundan Kəlbəcər rayonuna daşıyıb aparmaq üçün IMABr komandiri və onun qərargahı yazılı döyüş əmri olmalı idilər.

     D.Komissiya müəyyən etmişdir ki, Kəlbəcər rayonun Ermənistanla sərhəd sahəsində mühəndis qurğularının inşası haqqında I MABr  komandiri və onun qərargahı heç vaxt əmr olmamışdır.

      E. 10 sərhəd zastavasına ayrılıb parçalanmış 3 MAT, gecə-gündüz Ermənistanla sərhəddə patrul xidmətini yerinə yetirə-yetirə yuxarıda  göstərilən iri həcmli işlərin görülməsinə cəlb edilə bilməzdi.

                                                                   Nəticə:

  Ermənistanla dövlət sərhəddinin Kəlbəcər rayonundakı sahəsi Laçın rayonunda arası kəsilməyən döyüş əməliyyatları aparan I MABr-nın müdafiə zolağına  ( cavabdeh olduğu zonaya )  daxil olmamaışdı.

    I  MABr komandiri və onun qərargahı dövlət sərhəddinin Kəlbəcər rayonundakı sahəsində müdafiə qurğuları  inşası barədə heç vaxt nə yazılı, nə də şifahi əmr  və sərəncam almamışdı. Laçın rayonunda döyüş əməliyyatları aparan İ MABr şəxsi heyəti dövlət sərhəddinin Kəlbəcər rayonunda kı sahəsində mühəndis qurğuları inşası ilə məşğul olmalı deyildi və bununla məşğul ola da bilməzdi.

     Deməli I MABr komandiri mühəndis qurğularının inşası üçün məsuliyyət  daşımır.

  3.  I MABr  komandiri polkovnik Ə.Qəni-zadənin döyüş əməliyyatlarının hazırlanması və aparılması vaxtı fəaliyyəti necə qiymətləndirilməlidir?

 A. Baş qərargahın 05.03.1993-cü il tarixli 02 saylə direktivi ilə I MABr üçün müdafiənin iki komandirlərlərinə verdiyi 008 saylı 15.03.1993-cü il tarixli tövsiyyələrə əsasən isə briqadanın döyüş düzümü ümumqoşun ehtiyyatı ayrılmaqla bir eşalonda olmalıdır. I MABr komandiri polkovnik Qəni-zadə böyük komandiri göndərmiş olduğu MN 008 saylı tövsiyyələrini yerinə yetirmişdi.

    B. I MABr komandiri tərəfindən müdafiə üçün vaxtında qəbul edilmiş, xəritədə əks olunmuş və I-ci ordu korpusunun qərargahına göndərilmişdi. I MABr komandiri müdafiə döyüşləri gedişində bölmələrin şəxsi heyətlə, silahlarla, döyüş texnikası iləkomplektləşdirilməsi sahəsində tədbirlər həyata keçirmişdi. Lakin briqada və Müdafiə Nazirliyində ehtiyatların olmaması ucbatından, I MABr komandirinin günahı olmadan, I MABr bölmələri düşmənin Kəlbəcər və Laçın rayonlarına iri  miqyaslı  hücumunun başlanmasından əvvəl lazım olan şəxsi heyyət, silah və döyüş texnikası ilə kompletləşdirilməmişdi. Avtobuslarda, metrolarda, küçələrdə yığılıb döyüş əməliyyatları gedişində cəbhəyə göndərilən marş bölüklərinin hazırlıq səviyyəsi olduqca aşağı idi. Hazırlıq keçməyən, atıcı qumbaraatandan istifadə etməyi, qumbara atmağı bacarmayan yeni gələn əsgərlər Kəlbəcər rayonunda vertalyotlardan düşən kimi silah alıb dərhal döyüşə göndərilirdilər, çünki vəziyyət gələnlərə təlim vermək, nları döyüş üçün uyğunlaşdırıb nizama salmağa imkan vermirdi. Marş bölükləri təşkil edilməmiş halda, komandir heyəti olmadan gəlirdilər. Komandirlərin döyüş başlanmamışdan əvvəl, döyüşdə “bölmələrə” komanda  verməyi bacarmayan əsgərlər sırasından seçib təyin etmək lazım gəlirdi. Bu, ona gətirib çıxarırdı ki, döyüş gedişində yeni gəlmiş cavan əsgərlərdən yaradılan və döyüşə göndərilən bölmələr düşmənin güclü təzyiqi altında döyüş mövqelərini qoyub tərk edir, silahı atıb döyüş meydanından fərarilik edirdilər. I MABr komandiri bu zaman bölmələrə şəxsən rəhbərlik edir, müdafiəni təşkil edir və təlim keçməmişdən bu bölmələrin bütün hücumlarına şəxsən başçılıq etməyə məcbur olurdu.

   V. MN 049 saylı 15.03.1993-cü il tarixli əmri ilə I MABr komandirinə 1993-cü il martın 25-dək Kəlbəcər rayonun mərkəzinin müdafiəsini təşkil etmək tapşırılmış,bu əmri yerinə yetirmək üçün lazım olan qüvvələr və vasitələr sabiq Müdafiə Naziri tərəfindən ayrılmamaışdı.

        I MABr komandiri polkovnik Ə.Qəni-zadə şəraiti,briqadanın döyüş imkanlarını, döyüş əməliyyatları rayonunu ehtiyyatların olmamasını, ön xəttdə bölmələrin komplektləşdirilməsini götür-qoy edib qiymətləndirərək, I ordu korpusu komandiri tərəfindən təsdiq edilmiş və böyük komandirin ümumi niyyəti çərçivəsindən çıxmayan yeganə düzgün qərar qəbul etdi: düşmənlə biləvasitə təmasda olan bölmələri ön  müdafiə xəttindən çıxarmamaq, mühasirə təhlükəsini nəzərə alaraq, öz bölmələrini kiçik məkanda /Kəlbəcər rayon mərkəzində/ cəmləşməsinə yol verməmək, əks halda bu bölmələr bütün silah növlərinin zərbəsi ilə asanlıqla darmadağın edilə bilərdilər. /QQDM I.hissə, maddə 431/.

 

Qərarın qəbul edilməsi səbəbləri:


    a)  Kəlbəcərin rayon mərkəzinin dairəvi müdafiəsinin təşkil etmək üçün bölmələrin olmamsı:axı bunun təşkili üçün I MABr komandiri ön xəttdən ikiyə qədər motoatıcı tabor çıxarıb gətirməli idi ki, bu da düşmənin maneəsiz irəlıləməsi və Omar aşırımına gedən əsas yolları alması təhlükəsini yaradır və Kəlbəcər rayonun müdafiə  olunan bölmələrini və yerli əhalini mühasirəyə almağa imkan verərdi.

   b)  Kəlbəcər rayon mərkəzi əsas nəqliyyat vasitələrindən və yollardan kənarda yerləşirdi və mühüm operativ-taktiki obyekt sayılmırdı. Omər aşırımı düşmən tərəfindən tutulsaydı Kəlbəcər rayon mərkəzini saxlamağın heç bir mənası yox idi.Düşmənin hücumu gedişində yaranmış  real vəziyyəti nəzərə almadan həmin əmri  kor-koranə yerinə yetirmək  olduqca ağır nəticələr verə bilərdi.

   q)  Yuxarı rəhbərliyin I MABr bölmələrinin yerdəyişməsini müəyyən edən əmr və sərəncamları,ona köməklik göstərilməsi döyüşlərin müqəddaratına təsir göstərə bilməzdi, çünki I MABr bölmələri Laçın rayonunda düşmənlə  biləvsitə təmasda idilər və deməli, onların döyüşdən çıxması və geri çəkilməsi düşmənin daimi atəşinin təsiri altında həyata keçirilərdi ki, bu da əlverişli xəttə çıxmağı və müdafiənin hazırlanmağını çətinləşdirərdi. Bundan başqa, Kəlbəcər rayonunda 30 Mart 1992-ci il üçün artıq olduqca ağır vəziyyət, onun ərazisində yerləşən bölmələrin mühasirəyə düşməsi təhlükəsi yaranmışdı və briqadanın düşmən tərəfindən işğal olunmuş Kəlbəcər rayonuna girən bölmələri mühasirəni yarıb çıxmaq əməliyyatını həyata keçirirdilər.

 

Nəticə:

I MABr komandiri olduqca ağır vəziyyətdə,düşmənin üstünlük təşkil edən qüvvələrinin mühasirəsinə düşmək təhlükəsi altında döyüş əməliyyatları apararkən düzgün hərəkət etmişdir.Polkovnik Qəni-zadə müdafiə döyüşü gedişində döyüşün gedişinə nəzarət edir, vəziyyət haqqında daim məlumatlar toplanmasını təşkil edir, vəziyyəti düzgün qiymətləndir, vəziyyətin dəyişməsi ilə əlaqədar vaxtında bir qərara gəlir, dəqiqləşdirilmiş tapşırıqları bölmələrə çatdırır, əmrlərin yerinə yetirilməsinə nəzarət edirdi. Döyüşün həlledici anlarında şəxsən özü daha mühüm istiqamətlərdə olur və sərəncamında olan qüvvə vasitələri ilə döyüşün müqəddaratına vaxtında şəxsən təsir edir və bu zaman əsil mərdlik və qəhrəmanlıq nümunələri göstərirdi.

 

   4.  DÖYÜŞ  SƏNƏDLƏRİNİ MƏHV EDƏRKƏN I MABr KOMANDİRİNİN        VƏ  TABELİYİNDƏ  OLASN  ZABİTLƏRİN   HƏRƏKƏTLƏRİ  NECƏ

                            QİYMƏTLƏNDİRİLMƏLİDİR?

 

     A. 1993-cü  il aprekin 2-də düşmən canlı qüvvə və texnikadakı üstünlüyündən istifadə edərək, I MABr-ın “Çiçəkli” təpəsini və Qamışlı körpüsünü müdafiə edən bölmələrini mühasirəyə aldı. 3 saatlıq döyüşdən sonra  polkovnik Qəni-zadə ilə 7 adam qalmışdı.Düşmən onları əsir  almağa dəfələrlə cəhd göstərmişdi. Briqadaya komandanlıq etmək üçün ona lazım olan məxvi sənədlərin düşmən əlinə keçməsi təhlükəsinin reallığını nəzərə alaraq, polkovnik Qəni-zadə məmin sənsdləri məhv etmişdir. Əla fiziki hazırlığına və döyüş məharətinə görə polkovnik Qəni-zadəyə mühasirədən çıxmaq və bir sutkadan sonra onu həlak olmuş hesab edən öz briqadasının tutduğu mövqeyə çatmaq müyəssər olmuşdu.

    B. I-ci MAT I-ci MABr orada olan operativ şöbəsi ilə birlikdə Laçın rayonundan çıxarkən yaşayış məntəqəsi Qılınclı rayonunda belə bir oxşar vəziyyətə düşmüşdü.I MABr komandiri müavini vəzifəsinin icra edən baş leytenant Q.Qarayev və əməliyyat şöbə rəisinin vəzifəsini icra edən kapitan V.Əliyev briqadanın döyüş sənədlərini məhv etmişlər, həlak olan döyüşçüləri dəfn edərək, döyüşə-döyüşə dağ silsiləsini  aşıb özünə yol açaraq, Daşkəsən rayonuna gəlib çıxmışlar.

 

Nəticə:

 I MABr döyüş sənədləri yəni: BQ-ın 02 saylı 05.03.1993-cü il tarixli direktivi ilə müdafiə sahəsinin təhkim edilməsi haqqında döyüş əmri,qarşılıqlı əlaqə üzrə planlaşdırılmış cədvəl, hədəfə atəş açma planı,arxa və texniki təchizat üzrə sərəncamlar, MN-dən alınmış “beş məxfi paket, bunların düşmən əlinə keçməsi təhlükəsi olduğundan, polkovnik Qəni-zadə və I MAB qərargahının ona tabe olan zabitləri tərəfindən məhv edilmişdi.

 

5. MAA/MABr/ üçün müdafiə döyüşündə döyüş nizamnamələri ilə müəyyən edilmiş normativlərlə, keyfiyyət nəzərə alınmaqla, hansı miqdarda şəxsi  heyət, texnika və silah nəzərə tutulur?

 

 

    A. Döyüş nizamnamələri bir motoatıcı alayın müdafiə əməliyyatları aparması üçün aşağıdakı normativləri müəyyən edir-şəxsi  heyət mütləq döyüş hazırlığı keçmiş 2400 nəfərdən ibarət olduğu təqdirdə müdafiə zolağı 30 kilometr olmalıdır:döyüş hazırlığı deyəndə birinci yarım il ərzində fərdi təlim, ikinci yarım ildə alayda döyüş atışı ilə taqım,bölük və tabor taktiki təlimlərinin keçirilməsi nəzərdə tutulur. Təlim müddəti başa çatandan sonra yuxarı komandanlıq tərəfindən sııra baxışı keçirilir və alayın döyüş tapşırığını yerinə yetirməyə hazır olduğu barədə akt tərtib edilir.

    B. Ştata görə Motoatıcı alayın aşağıdakı  miqdarda piyada döyüş maşını olmalıdır: 40 tank, 137 piyada döyüş maşını, 18 ədəd D-30 topu, 24 ninomyot, 16 ədəd MT-12 topu, 9 ədəd tank  əleyhinə idarə edilən reaktiv mərmi / PTURS/.

30 km-lik cəbhə sahəsinin müdafiəsi idarəetmə vasitələrinin imkanlarından da asılıdır. Alayın ştatda nəzərdə tutulmuş rabitə vasitələri olmaqla bir rabitə bölüyü, taborun rabitə taqımı olmalıdır.

  Alayın o zaman döyüş qabiliyyətli sayılır ki, onun zabitləri təlim görmüşlər, şəxsi heyətlə işləmək təcrübələrihəmçinin qərargah mədəniyyətləri, döyüş sənədləri ilə işləmək məharətləri var.

   V. Yuxarıda qeyd edilənlərlə təmin edəndən sonra alay  komandirinə normativ tələblərdən artıq olmayan müdafiə sahəsinin qorunub saxlanması haqqında Döyüş Nizamnamələrində nəzərdə tutulmuş döyüş tapşırıqları vermək olar. Bundan başqa, döyüş tapşırığini yerinə yetirmək üçün alaya bir qayda olaraq, bir-iki artilleriya divizionundan, mühəndis-istehkam bölüyündan, tank əleyhinə divizionundan, həmçinin döyüş aviasiyası ehtiyyatından ibarət gücləndirmə vasitəsi ayrılıb verilir. Döyüşün gedişində hər döyüş sutkası başa  çatanda alayın bölmələri döyüş sursatı və sürtkü materalları ilə təmin  edilib sərf  olunmuşların yeri doldurulmalıdır. Yaralılar və ölənlər arxaya təxliyyə edilir.bunun üçün təxliyə vasitələri tələb olunur.

    Q. Alayın döyüşdə bütün zəruri vasitələrlə təmin olunmasından ötrü, bu işlə məşğul olan bölmələrin minimum iki yolu olmalıdır. Həmin yollarla yuxarı komandanlığın nəqliyyatı ilə bütün lazımi vasitələr gətirilir. Dəniz səhtindən 3300 metr yüksəklikdə olan Omər aşırımından çəkilmiş yollarda isə  qışda qar örtüyünün qalınlığı üç metrə çatır, buna görə də həmin yol briqadanın təhcizatı üçün nəqliyyatın fasiləsiz hərəkətini təmin edə bilməzdi.

 

Nəticə:

 7 tankı, 7 ədəd piyada döyüş maşını,  27 topu, 1985 nəfər şəxsi heyəti olan ümumi sahəsi 3000 kv.km-dən artıq olan Laçın və Kəlbəcər rayonlarınl müdafiə edib saxlayab bilməzdi, çünki  MAA /MABp/sahəsi 600 kv. km-dən artıq olmayan ərazidə müvəffəqiyyətli döyüş əməliyyatları apara bilər. Zabitlərin zəif təlim olmaları, çox vaxt isə ümumiyyətlə olmamaları, siravi heyyətin, xüsusulə tutatut hesabına komplektləşdirilmiş marş bölüklərinin demək olar ki, heç təlim keçməmələri də rayonları müdafiə edib saxlamağa imkan vermirdi.

 

 

ANALİZİN   NƏTİCƏ

 

    A.  I MABr sərəncamında olan şəxsi heyət, silah və texnika ilə ondan 3-4 dəfə üstün olan düşmənin 3 əsas istiqamətdən hücumunun qarşısını alan və Laçın və Kəlbəcər rayonlarının Şimal-Qərb hissəsinin müdafiəsini təmin edə bilməzdi.

 

    B.  I  MABr komandiri polkovnik Qəni-zadə öz qərargahı ilə, real vəziyyət nəzərə alınmaqla, düzgün hərəkət etmişdir.

 

    V.  Reshublikanın rəbərliyinin buraxdığı siyasi səhvlər üzündən, yəni ermənilərin Qarabağ hüdudlarından kənarda yerləşən Kəlbəcər rayonuna hücumunun istisna edilməsi, Müdafiə Nazirliyi tərəfindən vaxtında əlavə qüvvələrin göndərilməməsi və müdafiə üçün düzgün qərarın qəbul edilməməsi Kəlbəcər rayonunun düşmən tərəfindən işğalını əvvəlcədən həll etmişdi.

 

 

  Komissiyanın  Sədri:

  Polkovnik                                                                       Muxtarov   R.M.

 

  Komissiyanın   Üzvləri:

  Polkovnik                                                                       Əliyev        S.M.

 

  Polkovnik- leytenant                                                      Pryaniçnikov    V.M.

 

  Polkovnik                                                                       Vəliyev    İ.A.

 

  Polkovnik                                                                       Şabanov   F.M.

 

Oxşar xəbərlər
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
GÜNLÜK
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 17:58
Çeçenistanda Ramzan Kadırov adlı "fələstinli" dünyaya gəldi...
03 May 2024 | 17:46
Bu nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
03 May 2024 | 17:53
Qurban Qurbanov La Liqa klubunun düşərgəsinə yollanır
03 May 2024 | 17:51
Naxçıvan Dövlət Universiteti yenidən təşkil ediləcək - QƏRAR
03 May 2024 | 17:43
İranda zəlzələ olub
03 May 2024 | 17:39
Kəlbəcərdə faciəvi şəkildə həlak olan və yaralanan hərbçilərimizin ADLARI
03 May 2024 | 17:36
Daşkənd Kimya Texnolgiya Universitetinin rektoru ADNSU-da - FOTOLAR
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:15
Çin Ayın qaranlıq tərəfinə kosmik gəmi göndərdi
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar