Artıq iki gündür ki, Ermənistanla sərhəd xəttində ciddi döyüşlər gedir.
Maraqlıdır, Ermənistanın uzunmüddətli hərbi əməliyyatları aparması üçün yetərincə iqtisadi gücü varmı? Bu toqquşmalar uzunmüddətli müharibəyə çevrilərsə, o zaman Ermənistanın iqtisadi imkanları bu savaşın ağırlığını qaldıra biləcəkmi?
Moderator.az-a açıqlama verən millət vəkili Tahir Mirkişli Ermənistan iqtisaiyyatının belə bir müharibəyə hazır olmadığını bildirdi:
“Şübhəsiz ki, müharibə aparmaq güclü iqtisadi resurs tələb edir. Ermənistan həm də iqtisadi cəhətdən regionda ən zəif ölkədir. Bu ölkədə yoxsulluq səviyyəsi 40%-ə yaxındır. Xarici maliyyə yardımlarından və kreditlərdən asılı olan bir ölkənim müharibə aparmaq imkanı yoxdur. Məhz ona görə genişmiqyaslı əməliyyatlar başlayan kimi Ermənistan bütüm dünyaya Azərbaycana əməliyyatlatı dayandırmağa nail olmaq üçün yalvarır”.
Seymur ƏLİYEV