Sabah 28 may - Respublika Günüdür.
Maraqlıdır, müasir Azərbaycan
gəncliyinin Cümhiriyyət tarixinə yetərincə marağı varmı? Gənclik Cümhuriyyət
tarixi haqında kifayət qədər məlumatlıdırmı?
Moderator.az-a açıqlama
verən professor Nəsiman Yaqubli gəncliyin Cümhuriyyətə böyük sevgi bəslədiyini
vurğulasa da, bu məsələdəki bəzi problemlərə də diqqət çəkdi:
“Gəncliyin Cümhuriyyətimizə
çox böyük sevgisi var. Mən bunu onların suallarından, sorğularından, Cümhuryyyətə
olan maraqlarından hiss edirəm. Sadəcə, Cümhuriyyətlə bağlı geniş təbliğatın
aparılmaması gənclərdə müəyyən informasiya qıtlığı yaradır.
Cümhuriyyyətimizlə bağlı
çoxlu kitabların çapı, televiziya verilişlərinin hazırlanması vacibdir. Təsəvvür
edin ki, bizim Cümhuriyətimizlə bağlı bu günə qədər bir dənə də olsun normal sənədli
film çəkilməyib. Halbuki, gürcülər belə
bir film çəkib. Mən o filmlə bağlı onlara kömək etmişəm. Hətta o filmdə
mənim çıxışım da var. Qazaxlar da özləri ilə bağlı belə bir film çəkib.
Qazaxıstan dövləti
Mustafa Tokay haqqında 5 serialı film çəkib. Mustafa Tokay 2 ay Bakıda yaşayıb.
Mən qazaxlara da bu məsələdə kömək etmişəm. Bizim isə bu sahədə gördüyümüz işlər
azdır. Biz ancaq yubiley keçirir, bir də ildönümü yaxınlaşanda bunu qeyd
edirik. Bunu həyatımızın ümumi məramına çevirə bilməmişik. Bu məsələdə problemlərimiz
var. Buna görə də düşünürəm ki, bu işlər intensivləşməli, sistemli hala keçməlidir.
Orta və ali məktəb dərsliklərində əsaslı şəkildə tədris edilməlidir. Bu sahənin
ciddi araşdırıcılarına dövlət tərəfindən maddi baxımdan köməklik göstərilməlidir.
Bunlar olduqca vacib məsələlərdir”.
Seymur ƏLİYEV