Rəbiyyət Aslanova: "İbrahimbəyov yaşının bu ahıl çağında nəyə görə belə bir addım atıb"
Gündəm
Oxunub: 4884
01 Aug 2013 | 18:39
Rəbiyyət Aslanova:
Respondentlərin, Azərbaycan vətəndaşlarının, Azərbaycan dövlətinin təkcə bu gününü deyil, həm də sabahını düşünən insanların bu mövqeyini, bu münasibətini çox məntiqli qəbul etmək lazımdır.

Çünki həqiqətən bu gün Azərbaycan seçicilərinin, Azərbaycan vətəndaşlarının çox böyük əksəriyyəti Rüstəm İbrahimbəyovun artdığı bu yanlış və düşünülməmiş addımı hələ də başa düşə bilmir.

Moderator.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova “Rəy” Monitorinq Mərkəzinin son sorğusuna əsasən respondentlərin 86,1 faizinin Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizədi kimi prezidentliyə namizədliyinin irəli sürülməsindən xəbərsiz olmalarına, o cümlədən, onu sadəcə, yazıçı kimi tanımalarına, siyasətçi kimi görmək istəməmələrinə, ən əsası sözügedən şəxslə ölkə Prezidenti İlham Əliyevin reytinqi arasında bu qədər fərqin çoxluğuna münasibətini bildirərkən dilə gətirib.

“Şəxsən mən özüm də başa düşə bilmirəm ki, Rüstəm İbrahimbəyov yaşının bu ahıl çağında nəyə görə belə bir addım atıb, yəni, siyasətə atılaraq radikal, barışmaz müxalifətin, qeyri-ciddi, yaxın zamanlarda iflası qaçılmaz olan bir qurumun - Milli Şuranın prezidentliyə namizədi olmağa razılıq verib...” - deyən komitə sədrinin sözlərinə görə, R.İbrahimbəyov yaxşı yazıçı, kinorejissor ola bilər, amma bu heç də o demək deyil ki, adıçəkilən şəxs yaxşı, peşəkar bir siyasətçidir.

R.Aslanova qeyd edib ki, əslində R.İbrahimbəyov siyasətdə, siyasət səhnəsində tamamilə naşı bir adamdır və siyasət onluq deyil:

 “Siyasət sahəsində heç bir təcrübəsi olmayan bir insanın da indi birdən-birə bu cür iddia ilə çıxış etməsi çox təəccüblü və məntiqsiz görünür. Siyasətin nə demək olduğunu bilməyən, dövlət idarəçiliyində təcrübəsi olmayan birisinin belə bir iddiada bulunması Azərbaycan seçicisi üçün də çox gözlənilməzdir.

Hamı düşünür və sual edir ki, görəsən, bu adam nədən belə bir addım atır... Məgər onun özü qarşısındakı insanın - öz rəqibinin reytinqini, nüfuzunu, çəkisini, gücünü, qüdrətini görmürmü, onu sonadək dərk etmirmi?”

Millət vəkili bu yerdə bir müddət öncə R.İbrahimbəyovun özünün internetdə  yayımlanmış çıxışını xatırladıb:

“Rüstəm müəllim özü həmin çıxışında möhtərəm Prezidentimizin bacarığına, peşəkarlığına çox yüksək qiymət verir və bunu açıq şəkildə də etiraf edirdi. Belə olan halda, görəsən, nə baş verdi ki, həmin insan 180 dərəcə bucaq altında fikrini dəyişdi?

 Cəmi bir müddət öncə ölkə Prezidenti haqqında bu cür yüksək fikirlər söyləyən bir şəxsin və heç də gənc olmayan, 74 yaşlı bir insanın birdən-birə öz əqidəsinə dönük çıxması, münasibətini bu dərəcədə dəyişməsi nədən baş verdi? Bunu heç cür sağlam məntiqlə izah etmək mümkün deyil. Bu, yumşaq şəkildə desək, çox təəssüfləndirici, eyni zamanda, ahıl bir adama yaraşmayan uğursuz, qınanılmalı bir hərəkətdir”

 R.Aslanovanın bildirdiyinə görə, əgər R.İbrahimbəyovun düşüncəsini, mövqeyini bu dərəcədə dəyişməyə vadar edən həmin Milli Şura üzvlərinin fikirləri, münasibətidirsə, deməli, o, hadisələrə onların gözü ilə baxır, onların dili, sözü ilə danışır:

 “Bu isə heç bir halda insana hörmət gətirən məqam, davranış deyil”.

Millət vəkili deyib ki, hər bir insanın, xüsusilə, siyasətə atılan, prezidentliyə iddialı olan hər bir kəsin hadisələrə özünün baxışı, münasibəti olmalı və hadisələri də  düzgün qiymətləndirməyi bacarması lazımdır:

 “Bu baxımdan, Rüstəm İbrahimbəyovun çox düşünülməmiş bir addım atması onu Azərbaycan seçicisinin - vətəndaşının gözündən salan uğursuz bir addımdır. Bir addımı atarkən onun son nəticəsini də görmək çox önəmlidir. Həyatdır, dünyadır, hər bir kəsin səhvi olur və ya ola bilər. Ancaq həmin səhvdən nəticə çıxarmaq, bunun nələrə gətirib çıxara biləcəyini də düşünmək, anlamaq olduqca vacibdir”.

Bununla yanaşı, komitə sədrinin dediyinə görə, bu gün Azərbaycan seçicisi -Azərbaycan vətəndaşı onun sabahı üçün məsuliyyət hissi daşıyan bir insanın kim olduğunu çox gözəl anlayır:

 “Ötən on il ərzində Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin tarixində böyük rol oynamış, Azərbaycan vətəndaşını güclü bir vətəndaşa çevirmiş, Azərbaycan dövlətini güclü bir dövlətə çevirmiş, Azərbaycan adlı məmləkəti rəqabətə davamlı bir dövlət olaraq dünyada tanıtmış bir insanla rəqabət aparmaq, onunla rəqabətə girmək üçün çox böyük bir güc-qüdrət lazımdır.

Ancaq bu gün o qüdrət, o güc Azərbaycanın siyasət məkanında möhtərəm prezidentimiz İlham Əliyev cənablarından başqa heç bir siyasətçidə, heç bir şəxsdə yoxdur. Bu baxımdan, “mən rəqibəm” demək iqtidarında olan və siyasət səhnəsinə çıxan bir kəsi də Azərbaycan vətəndaşı görmür. Şəxsən mən özüm də görmürəm, çünki bu, mümkün olan məsələ deyil”.

R.Aslanova həmçinin bildirib ki, insanın - siyasətçinin böyüklüyü təkcə dünəni və bu günü qoruyub-saxlamaq deyil, əldə edilmiş uğurları möhkəmləndirməklə yanaşı, həm də Azərbaycan xalqının sabahını görmək və sabaha ünvanlanmış fəaliyyəti düzgün istiqamətləndirməkdir:

 “Möhtərəm Prezidentimizin Azərbaycan xalqı və dövləti üçün gördüyü işlər müqayisəyə, ölçüyəgəlməz dərəcədə böyükdür. Bunları adi sözlə ifadə etmək belə mümkün deyil. Yəni, onun Azərbaycanın gələcək on illiklərinə ünvanlanmış, istiqamətlənmiş fəaliyyətini görmək hər birimiz üçün çox sevindirici haldır və indi bunu qiymətləndirməmək ən azı insafsızlıqdır”.

 Millət vəkilinin bununla belə qeyd etdiyinə görə, Azərbaycan vətəndaşı nəinki bu gün rahat yaşamaq, həm də sabahı üçün rahat yaşamaq istəyir və onun bu istəyi də gerçəkləşməkdədir:

“Eyni zamanda Azərbaycan vətəndaşı onu da çox gözəl bilir ki, “Azərbaycan  2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, 2030-cu, 2040-cı illər üçün hədəflənmiş istiqamətlər və sair, bunlar hamısı məhz onlar üçün təmin olunmuş xoşbəxt, uğurlu gələcəkdir.

 Bir insan ki, bu on il ərzində bütün fəaliyyətini Azərbaycan vətəndaşı, Azərbaycan vətəndaşının sosial təminatı, Azərbaycan vətəndaşının rifahı, eləcə də Azərbaycan insanının rahat və qorxusuz gələcəyi üçün həyata keçiribsə, bunu qiymətləndirməmək düzgün və ədalətli deyil. Çox sevindirici haldır ki, Azərbaycan vətəndaşı da dövlət-vətəndaş münasibətlərində olan bu ali prinsipi çox gözəl qiymətləndirir, ona yüksək dəyər verir.

Azərbaycan vətəndaşı həmçinin, ona bu təminatı verən insanın arxasındadır və hər zaman da arxasında olacaq”.

Komitə sədri sonra onu da bildirib ki, iqtisadi, sosial, mədəni və digər sahələrin hər birinə baxanda ölkə Prezidentinin, YAP-ın, eləcə də Azərbaycan xalqının prezidentliyə vahid namizədinin uğurları göz qarşısındadır və bu uğurların mində, milyonda birinə kölgə sala biləcək bir məqam yoxdur:

 “Yəni, kimsə onunla bu sahədə rəqabətə girə bilməz. Odur ki, “mən vətənim üçün nə etmişəm”, “mən Azərbaycan, Azərbaycan vətəndaşı üçün nə etmişəm” sualına cavab tapa bilən rəqib buyursun, siyasət səhnəsinə daxil olsun. Bir tərəfdə cənab Prezidentimizin gördüyü işlər və digər tərəfdə isə özünü rəqib adlandıra biləcək digər birisinin fəaliyyəti...

Əgər həmin şəxs Azərbaycan vətəndaşına inandıra bilsə ki, onun gördüyü işlər cənab Prezidentin gördüyü işlərin - heç vaxt üstün ola bilməz - heç olmasa, onda, yüzdə birinə qədərdir, o zaman, bəli, öz namizədliyini irəli sürə bilər və sürsün. Ancaq rəqib cinahdan “mən bu xalq üçün nə etmişəm”, “mən Azərbaycan vətəndaşı üçün nə etmişəm”, “xalqımın sabahı naminə nə işlər görmüşəm və açıq üzlə bu seçicinin qarşısına çıxıb nə deyə bilərəm” fikrini əsaslandıra bilən birisi Azərbaycan siyasətində yoxdur”.

YAP-çı deputatın daha sonra  qeyd etdiyinə görə, bu, həm də rəqib cinaha bir xəbərdarlıqdır:

  “Azərbaycan seçicisi həmin rəqib cinahdan, radikal müxalifət düşərgəsindən “mən Azərbaycan vətəndaşı, Azərbaycan dövləti üçün nə etmişəm” sualına cavab gözləyir. Möhtərəm Prezidentimizin isə cavabı göz qarşısındadır.

Bəs onların - radikal müxalifət nümayəndələrinin etdiyi nədir? Onların etdiyi isə Azərbaycanı sevməyən  qüvvələrdən yardım diləmək, Azərbaycanın milli maraq və mənafelərini həmin qüvvələrin ayaqları altına atmaq, öz şəxsi ambisiyalarını həyata keçirmək üçün Azərbaycana qənim kəsilmiş qüvvələrə üz tutmaq, Azərbaycanın dünyada imicinə xələl gətirən fikirlərlə, yazılarla hansısa beynəlxalq təşkilatlara müraciət edib, Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaqdan başqa bir şey deyil.

Ona görə bu gün Azərbaycan vətəndaşı onun obrazını bu şəklə salan müxalifətlə razılaşmır, razılaşmaq niyyətində də deyil.  Bu baxımdan “mən bu xalqa, bu dövlətə nə vermişəm” sualına cavab tapa bilən insan ancaq özünü seçki marafonunda görə bilər. Əks təqdirdə, heç bir sahədə uğur qazana bilməyən, həmişə fəaliyyətləri uğursuzluqlarla müşayiət olunan birilərinin fikirləri, onların Milli Şurada birləşmələri və hətta, onun görüşlərini ayrı-ayrı ölkələrdə keçirmələri, kimlərdənsə kömək əldə etmək istəkləri müxalifətə yaraşmayan, ona başucalığı gətirməyən bir haldır.

Bu, sağlam müxalifət adına daşımağa layiq olmayan insanların fəaliyyətinin “nəticəsidir” . Bu, həmin insanları Azərbaycan vətəndaşlarının gözündən salan və bütün fəaliyyətlərinin üstündən birdəfəlik xətt çəkən bir addımdır.

Bu, ümumiyyətlə, onların siyasət səhnəsindən birdəfəlik uzaqlaşmağa “layiq” olmalarının göstəricisidir”.

 Sonda bir daha R.İbrahimbəyovun addımlarına toxunan millət vəkili deyib ki, bu, çox təəssüfləndirici bir haldır:

 “Çünki bu şəxs həmişə ulu öndərimizin qayğısı, onun hörmət və ehtiramı ilə əhatə olunmuş insandır. Eyni zamanda, möhtərəm Prezidentimizin hörmətini, diqqət və qayğısını görmüş bir insandır. Ancaq indi Rüstəm İbrahimbəyov və onun kimilərinin bu insanlara qarşı çıxması, - əslində qarşı çıxa da bilməzlər - onların bu hörmət və ehtiramını doğrultmaması çox acınacaqlı bir haldır.

Yaxşılığa-yaxşılıqla cavab verərlər. Yaxşılığı qiymətləndirməmək, əksinə, görülən işlərə kölgə salmaq, bu, həmin insanların siyasi nankorluğuna dəlalət edən bir haldır. Odur ki, onların gələcək uğursuzluqları göz qarşısındadır və bunun üçün seçkiləri də gözləməyə heç ehtiyac yoxdur.

Bu gün Azərbaycan insanı indiki iqtidarın və onun vahid, yeganə namizədi olan İlham Əliyev cənablarının ətrafında sıx birləşib. Bu birliyi də heç kim, heç bir qüvvə, güc poza bilməz. Ona görə nə qədər gec deyil, Rüstəm İbrahimbəyov və digərləri bu barədə yaxşı düşünməlidirlər, yoxsa,...”
Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 07:29
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 07:29
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb