Dünən xəbər
verdiyimiz kimi, Şamaxıda ayı iki nəfərə hücum edib. Hadisə təxminən saat 21:30
radələrində baş verib.
Qala
dərəsi kəndində toy zamanı ayı qəflətən insanlara hücum çəkib. Burada 1995-ci
il təvəllüdlü Nuriyeva Fəridə Rəşid qızına hücum edilib. Ayı qızın döş qəfəsini
cırmaqlayıb.
Daha
sonra kənddəki tövləyə girən heyvan bir inək və bir eşşəyi parçalayaraq yeyib.
Ancaq qızmış heyvan bununla da kifayətlənməyib. Hadisədən dərhal sonra meşəyə
qaçan ayı, buradan da Keşmədin kəndinə keçib. Kəndin girişində qoyun otaran
çobana hücum çəkib. 1964-cü il təvəllüdlü Allahverdiyev Sahib ayını görən kimi
əlindəki çomaqla müdafiə olunmağa başlayıb. Nəticədə ayı onun bədəninin
müxtəlif yerlərinə 10-15 cırmaq atıb. Ancaq Sahib Allahverdiyev özünü
itirməyib, qoyunları ayının əlinə buraxaraq kəndə qaçıb. Burada dərhal onu
avtomobilə qoyaraq xəstəxanaya aparıblar. Həmçinin Fəridə Nuriyevanı da təcili
olaraq xəstəxanaya çatdırıblar. Hazırda hər iki nəfərin də vəziyyətinin ağır
olduğu bildirilir. Xəbər verdiyimiz kimi, dünən axşam saat 21.30 radələrində
Şamaxıda ayıların kəndlərə hücumu olub.
Moderator.az ayı
hücumundan zərərçəkmiş şəxsin foto və video görüntülərini təqdim edir: