BMT Türkiyəyə 1915-ci il olayları ilə bağlı absurd sorğu göndərib.
Moderator.az erməni mediasına istinadən xəbər verir ki, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı 1915-1923-cü illərdə Türkiyədən köçürülən və daha sonra barələrində heç bir məlumat alınmayan ermənilərin taleyi ilə maraqlanıb.
Müraciətdə Türkiyə hökumətinə yönəlik konkret suallar ünvanlanıb ki, rəsmi Ankaradan bu sualalra dəqiq və ətraflı məlumat vermək tələb olunur. Uzun illərdir ki, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün səsini eşitməyən, bunca insanın harayı qarşılığında özünü karlığa vuran BMT, Türkiyə hökumətindən 1915-1923-cü illərdə ölən ermənilərin qəbirlərinin tapılması üçün hansı işlərin aparıldığını soruşur, habelə onlara vurulan maddi ziyana görə həmin şəxslərin yaxınlarına təzminatların ödənilməsi istiqamətində nə kimi adımların atılması ilə maraqlanır.
Erməni mənbələrinin məlumatına görə, Türkiyə tərəfi BMT-nin bu sorğularını cavablandırmaq imtina edib.
Məlumat üçün qeyd edək ki, 1915-1923-cü il olaylarında öldü hesab edilən ermənilərin böyük əksəriyyəti ABŞ və Avropanın bir çox ölkələrinə köç edib və məskunlaşdıqları ölkələrdə Türkiyəyə qarşı böhtan xarakterli kampaniya aparıb. Hansı ki, bu kampaniya onların nəsilləri tərəfindən bu gün də davam etdirilməkdədir.
Seymur ƏLİYEV