Erməni təcavüzü nəticəsində doğma yurdundan digərgin düşən məcburi köçkünlərin Avropa Məhkəməsinə müraciəti davam edir. Avropa Məhkəməsinə üz tutan soydaşlarımız Ermənistandan onlara vurduqları maddi-mənəvi zərərə görə kompensasiya tələb edir.
Maraqlıdır, Avropa Məhkəməsinin bu iddiaları təmin etməsi Ermənistanın işğalçılıq siyasətinin ifşası baxımından nə dərəcədə əhəhmiyyətlidir?
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov bu cür qərarların mühüm önəm daşıdığını bildirib:
“Bildiyiniz kimi, bir müddət öncə Avropa Məhkəməsi Laçından olan məcburi köçkünlkər ”“ Çıraqovlarla bağlı ədalətli qərar verdi. Onların iddiası təmin olundu. Doğrudur, ödəniş olmadı. Amma qərar mövcuddur. Avropa Məhkəməsinə minlərlə məcburi köçkün müraciət edib. Ancaq onların işi hələ ki, icraata götürülməyib. Bu məhkəmə qərarları Ermənistanın Azərbaycana təcavüz etməsinin sübutudur. Bu qərarlar sübut edir ki, Ermənistanın təcavüzü nəticəsində məcburi köçkün problemi yaranıb və onların bütün hüquqları, eləcə də mülkiyyət hüquqları pozulub. Bu hüquqları təmin etmək alzımdır. Bu, Ermənistanın işğalçı olduğunu birbaşa sübut edən qərardır”.
Seymur Əliyev