Yaman özlədik səni, dostum...
Oxunub: 2855
25 Jul 2016 | 11:54
Yaman özlədik səni, dostum...

(Azərbaycanın Milli Qəhrəmanı Samir Xasıyevə ithaf olunur)

Biz yaxın qohum idik... ancaq yaxın qohumluqdan daha möhkəm bağlayan tellər vardı bizim aramızda: Dostluqdu o bağın adı..! 

Əzizim Samir, sən mənim uşaqlıq dostum idin və dostum olaraq qalırsan hər zaman..! Aramızda iki yaş fərq vardı. Sən məndən böyükdün... amma işə bax ki, indi mən səndən “böyüyəm”... Çünki sən hər zaman gəncsən. Məsələn, saçlarının necə ağardığını görə bilmədik. Hər zaman şəkillərdən o yaraşıqlı, məğrur oğlan baxır bizə... Mənimsə saçlarıma ağlar düşdü... Nə acılar yaşadıq bir bilsən... Yadındamı, “Sən heç zaman ağlama, elə ağlayırsan adam özünü güahkar hiss edir” deyərdin... Səndən sonra gözyaşlarım çoxaldı, xəbərin oldumu oralarda, dost?.. Dostum, hələ heç bir dost sənin kimi söyləyə bilmədi “sən ağlama!” sözünü... 
Balacaydıq, dostlarla oynayanda yıxılmışdım, dizim qanamışdı ”“ xatırlayısanmı, yaramdan qan gəlirdi, ağlayırdım. “Ağlama” dedin, qaçıb su gətirdin, yarama tökdün və “bax, indi dayanacaq, ağlama” dedin. Sonra da, “kim onu itələdi?” deyə az qaldın uşaqların hamısını döyəsən... 
Sənin qəlbin bir başqa idi, Samir..! Nədən yaxşılar erkən gedir hələ də anlaya bilmirəm..! Hələ də cavab tapa bilmirəm bu suala... bilmirəm... 
Vətəndən elə həvəslə danşardın ki... Sən şəhid olanda hamı elə bir durumdaydı ki, sanki sənin şəhid olacağını bilirdilər, gözləyirdilər... Sən şəhid olmaq üçün doğulmuşdun, Samir..! Az ömründə böyük döyüş yolu keçmişdin... 
Yadındadımı, hər yay tətilinə kəndə gələndə səninlə arzularımızdan danışardıq. Mən o qədər xəyallar qurardım ki... ancaq sən çox qısa danışardın. Aramızdan tez gedəcəyini bilirdin sanki... Məsələn, heç zaman kimi sevdiyini də söyləməmirdin. Sanki bilirdin nakam gedəcəyini... bilirdin...
Yıxıla-yıxıla böyüdüm, dostum. Həyat məni əzdi, əzdi... Gün oldu bu gen dünya dar cəhənnəm oldu, dostum... 
İmtahanlardan o qədər qorxardıq ki, bilməm, xatırlayırsanmı?.. Çünki “əla” almalıydıq ”“ illa da, “əla”!.. Ən böyük dərdimiz o idi. Əsl imtahan insanlıq imtahanı imiş dostum... Həyat adlı müəllim çox zalım və qəddardır, sanki xəta etməni gözləyir... 
Söylə görüm, cənnətdə nə var, nə yox? Burda bir-birimizi öldürməyə hazır olduğumuz şeylər üçün oradan gülürsünüzmü yoxsa bizə.?! Hələ bir də qadın olmaq asan deyil bu yer üzündə... Bax 40 yaşıma gəldim, hələ də asan deyil, deyirəm... Bədəli çoxdur... Ümumən İnsan ola bilmənin ağır bədəlləri var bu dünyada... 
Eh, dostum! Nədən deyim, kimdən danışım sənə..? 
Acı çəkməmə, kədərlənməmə üzülərdin. Nə acılar çəkdim, dostum, bir bilsən. Amma nə qəribə həyatdı, deyilmi? ”“ acılar böyüdür, olğunlaşdırır bizi... Görsən tanımazsan. Daha o qıza heç bənzəmirəm, heç..! “Sənin qəlbin çox yumşaqdı” deyərdin. Deyəsən bir tək dəyişməyən elə o qalıb... Yenə bir körpənin gözyaşına, bir heyvanın belə acısına ağlayıram. Və bu halıma şükr edirəm..! Gözümdə insanlıq adına hələ də gözyaşı var, deyə şükür edirəm... 
Sən çox ağıllı və sevgi dolu idin, Samir. Yəqin orda da söhbətlərini maraqla dinləyirlər. Şəhid olanda acı çəkdinmi? Yanında ola bilmədik. Sən bizim gözyaşlarımıza dözə bilməzdin..! Sən elə o cür getməli idin..! 
Böyük Azərbaycan xəyalları qurardın. Azərbaycanı indi görsən sevinərsən... Bir bax, mən nə deyirəm? ”“ əslində sən, təbii ki, görürsən hər şeyi ”“ ruhun aramızdadı...
Sən şəhid oldun. Yaradana daha yaxınsan. Aradan 20 ildən çox zaman keçdi... amma sanki bir neçə gün öncə ayrılıbsan aramızda.. Son sözünü də eşitmədik... Əslindəsə onu hər gün eşidirik... ”“ Qarabağ, Şuşa, Xocalı... deyirsən... duyuruq... “Hanı üstümə səpməyə söz verdiyiniz torpaq?!” deyə soruşursan tez-tez... Hələ olumlu cavabım yoxdu, deyə susuram, Samir... ancaq o cavab mütləq olacaq..! İnan, olacaq!.. 

Biz səndən daha ağır yük daşyırıq, əziz dost... Yadındadımı, yaşlılığımızla bağlı xəyallar qurardıq... Mən jurnalist, sonra da diplomat olacaqdım... amma biz dost kimi heç ayrıl¬ma-yacaqdıq. Belə deyərdik bir-birimizə... Ayrıldıq... ”“ Daha doğrusu, necə deyərlər, həm ayrıldıq, həm də ayrılmadıq..! 20 il sonra da sənə məktub yazıramsa, demək, əslində ayrılmamışıq..! Sən sadəcə səni nə qədər sevdiyimizi bilmən üçün getdin aramızdan... Yox, sən bizə vətəni necə sevməyi göstərmək istəyirdin həm də... Hər yay kəndə gələndə “səni yaman özləmişəm, dostum” deməzdim... Qəribə qızdım. Sənin gəldiyinə bəlkə ən çox sevinənlərdən biri olardım... amma bunu söyləməzdim... Sən bilirdin səni çox istədiyimi, bilirdin... bir mübahisə olanda dərhal sənin tərəfini tutardım... 
40 yaşım tamam olan günü də sizi xatırladım, sizdən danışdım ”“ bizi tərk edib gedən dostlarımızdan... Sonra bizi unutdular deməyin... Unutmadıq..! Heç bir zaman... Və mən hələ də hər yay tətili gələndə sanki bir yerdən çıxıb gələcəyini düşünürəm... 
Yaman özlədik səni, dostum...

Qənirə Paşayeva, millət vəkili
Oxşar xəbərlər
20:54, Bu gün
Gürcüstanın daxili işlər naziri nümayişçilərə xəbərdarlıq edib
20:37, Bu gün
“Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
20:09, Bu gün
Blinken: ABŞ İsraili dəqiq silahlarla təchiz etməyi dayandırmayıb
19:57, Bu gün
BMT-dən Belqorodda yaşayış binasına edilən hücuma reaksiya
19:33, Bu gün
İsrail ordusu yenidən Cəbaliyə şəhərində əməliyyata başladı
19:07, Bu gün
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
18:59, Bu gün
İsrail mediasından "Avroviziya" ilə bağlı qalmaqallı yazı
18:51, Bu gün
Mingəçevirdə parkda avtoxuliqanlıq edən sürücü həbs olunub
18:49, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
18:47, Bu gün
Baş nazir müxalifətin iğtişaşlar planlaşdırdığını açıqlayıb
18:41, Bu gün
Bilal Əliyevin ingilis dilindən tərcüməsi gündəm oldu - VİDEO
18:16, Bu gün
Everesti fəth edən nepallı alpinistdən dünya rekordu
18:08, Bu gün
Səfir: Azərbaycanda keçirilən “Panama günləri” bizi çox məmnun etdi
17:58, Bu gün
Tovuza dolu düşüb
17:37, Bu gün
Sərhədimizdə təxribat ehtimalı böyükdür – XƏBƏRDARLIQ
17:30, Bu gün
Ramil Şeydayevin çıxış etdiyi klub baş məşqçisi ilə vidalaşıb
17:26, Bu gün
Bu məişət əşyasını uzadıcılara qoşmaq olmaz  – Çox adam bilmir
17:20, Bu gün
Şəkər və xərçəngin 1 nömrəli səbəbi - budur
17:13, Bu gün
Dünya reytinqi: “Qarabağ” 7 komandanı arxada qoydu
17:09, Bu gün
Toyda içkili atanı oğlu DÖYDÜ - VİDEO
16:54, Bu gün
HƏMAS-ın İsraillə bağlı – Şok planı
16:48, Bu gün
Ürəyi Öldürən 8 qida - Ürək xəstələri qətiyyən yeməsin!
16:33, Bu gün
FHN əhaliyə MÜRACİƏT ETDİ 
16:29, Bu gün
DİM: 25 minə yaxın şagird və abituriyent Azərbaycan dilindən imtahan verib - YENİLƏNİB
16:20, Bu gün
İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – İyulun 1-dək…
16:18, Bu gün
Azərbaycanlı qol güləşçisi Avropa Çempionu olub
16:12, Bu gün
Dünyada ilk dəfə donuz böyrəyi köçürülən şəxs  ölüb
15:59, Bu gün
Dövlət qulluğuna qəbul imtahanı keçirildi - Yeniləndi
15:51, Bu gün
Oxumadan imtahandan keçmək istəyənlər bu yola üz tutur: cəmi 60 manata... - VİDEO
15:45, Bu gün
Sürücülərin nəzərinə!
15:42, Bu gün
Günlük villa kirayələrinə maraq artıb - Səbəb nədir?
15:36, Bu gün
"21:15" qatarı yola düşdü
15:30, Bu gün
Güclü külək meteohəssas insanlar üçün əlverişsiz olacaq
15:20, Bu gün
Makrondan BƏYANAT- Fransa Ukraynaya qoşun göndərəcəkmi?
15:06, Bu gün
Xanımların nəzərinə: Ən sadiq kişilər bu bürclər altında dünyaya gəlir
14:56, Bu gün
Bakıda avtobusda QƏRİBƏ GÖRÜNTÜ: gənc qız... - VİDEO
14:44, Bu gün
Dəhşətli işgəncələr verib, minlərlə adamı öldürən general – o, Beriya ilə qarşıdurmada məğlub olub 
14:31, Bu gün
Rusiyanın səfiri vəfat etdi
14:25, Bu gün
Zəhərlənmə əlamətləri
14:11, Bu gün
Belqorod atəşə tutuldu: 4 ölü, çoxlu sayda yaralı var
14:08, Bu gün
Maqnit qasırğaları İlon Maska da ZİYAN VURDU
14:00, Bu gün
Ermənistanda fərariliyin qarşısını almaq üçün yeni ADDIM
13:51, Bu gün
Gündəlik nə içək? - Ekspertdən isti çayın xərçəng riski yaratması iddialarına CAVAB
13:45, Bu gün
Bizə yeni Qars müqaviləsinin imzalanması daha sərfəlidir - Qüdrət Həsənquliyev
13:42, Bu gün
Mətbəxdə yaxşı əhval-ruhiyyənin 3 qaydası!
13:33, Bu gün
"Ərimi işə gedəndə öpməsə, sonra..." - VİDEO
13:23, Bu gün
Bitkilər görə, eşidə və iyləyə bilirlər
13:12, Bu gün
Tunarın ifası Tatlısəsi ağlatdı - VİDEO
13:00, Bu gün
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
12:49, Bu gün
Avropa böcəklər və siçovullarla mübarizədə məğlub olur
12:40, Bu gün
"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK: kimsə xəbəriniz olmadan...
12:17, Bu gün
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
12:03, Bu gün
Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını AÇIQLADI
11:44, Bu gün
DİN-dən vətəndaşlara xəbərdarlıq - VİDEO
11:42, Bu gün
Polşa paytaxtında iri ticarət mərkəzi yanaraq külə dönüb
11:37, Bu gün
Ermənistanda hərbi xidmətdən yayınmağın qarşısını almaq üçün qaydalar sərtləşdirilib
11:24, Bu gün
Litvada prezident seçkiləri keçirilir
11:14, Bu gün
Rayonlarda yağış yağıb, şimal-qərb küləyi əsib - FAKTİKİ HAVA
11:09, Bu gün
İsveçrənin vitse-kansleri qəflətən vəfat edib
10:31, Bu gün
Tələbələr imtahanlardan keçmək üçün gizli qulaqlıqlardan istifadə edirlər? - VİDEO
10:28, Bu gün
Qəzzada atəşkəs girovların azad edilməsindən sonra baş verəcək - Bayden
10:21, Bu gün
Bu qidaları QƏTİYYƏN YEMƏYİN - Ömrü qısaldırmış...
10:13, Bu gün
"Real” klubu rekordunu təkrarlayıb
09:57, Bu gün
"Lənətlənmiş ada": burada hamının başına eyni hadisə gəlir
09:55, Bu gün
Körpədən narahat olan pişiyin hərəkətləri hər kəsi təəcübləndirib - VİDEO
09:55, Bu gün
Mayda bu 4 bürcün həyatında yeni səhifə açılacaq
09:50, Bu gün
Bakıda intihara cəhd edən şəxs belə xilas edildi - VİDEO
09:47, Bu gün
Yeni Zelandiyada 5,4 maqnitudada zəlzələ olub
09:43, Bu gün
Xaricdə ödənişli təhsil alan müharibə veteranları üçün güzəşt edilə bilərmi? - VİDEO
09:36, Bu gün
İsrail rəsmisinin BMT-də bu hərəkəti sübut elədi ki... - AKP
09:27, Bu gün
NATO Ukraynaya qoşun yeridəcək?
09:19, Bu gün
Bu gün dövlət qulluğu vəzifələri üzrə imtahan keçiriləcək
09:17, Bu gün
Evlərdən yumşaq divanı yığışdırmaq lazımdır – Alimlər
09:13, Bu gün
“Google Chrome” istifadəçilərinə təcili XƏBƏRDARLIQ
09:08, Bu gün
Qədir Qızılsəs sağlamlıq sirrini AÇIQLADI
08:55, Bu gün
İctimai "wi-fi" sahələri iddia edildiyi qədər təhlükəlidirmi? - Təhlükəsizlik mütəxəssisləri cavablandırır
08:48, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:31, Bu gün
Gürcüstanda Rusiyayönlü hökumətə qarşı 300 minə yaxın insan etiraza qalxdı...-FOTO 
08:30, Bu gün
Bu qidalar QANI LAXTALANDIRIR - Qətiyyən yeməyin!
08:22, Bu gün
Bakıda dəhşət: Sahibsiz itlər azyaşlıya hücum etdilər  - VƏZİYYƏTİ AĞIRDIR
08:13, Bu gün
“Avroviziya-2024”ün qalibi mükafatını səhnədə sındırdı
08:08, Bu gün
25 minə yaxın şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək
07:44, Bu gün
"Gənclik" metrosunun yaxınlığında maşın piyadanı vurdu
00:18, Bu gün
Mikayıl Cabbarov Mariya Stadniki təbrik etdi - FOTO
00:17, Bu gün
"Çin Rusiyaya Ukrayna ilə bağlı təsir göstərməkdə maraqlı deyil" - Borrel
00:16, Bu gün
Şuşa sakini: “Qayıdacağımız xəbərini eşidəndə ağladım” - VİDEO
11 May 2024 | 23:56
Goranboyda minik və yük avtomobilləri toqquşub, ölən var
11 May 2024 | 23:33
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11 May 2024 | 23:11
Modriç gələcəyi ilə bağlı qərar verdi
11 May 2024 | 23:09
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
11 May 2024 | 23:03
Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb
11 May 2024 | 22:39
“Fənərbağça” ilə görüşə yollanan komandanın təyyarəsini ildırım vurdu
11 May 2024 | 22:14
Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı
11 May 2024 | 22:05
"ABŞ İsraili beynəlxalq humanitar hüququ pozmaqda ittiham edir, amma silah göndərməyi də unutmur" - KİV-lər
11 May 2024 | 21:53
İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb
11 May 2024 | 21:36
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
11 May 2024 | 21:34
Rusiyada beşmərtəbəli bina uçdu - VİDEO
11 May 2024 | 21:12
Politoloq Paşinyanın hansı halda istefa verəcəyini açıqladı
11 May 2024 | 20:52
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
GÜNLÜK
11 May 2024 | 21:34
Rusiyada beşmərtəbəli bina uçdu - VİDEO
11 May 2024 | 21:36
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
11 May 2024 | 21:53
İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb
11 May 2024 | 22:39
“Fənərbağça” ilə görüşə yollanan komandanın təyyarəsini ildırım vurdu
11 May 2024 | 22:05
"ABŞ İsraili beynəlxalq humanitar hüququ pozmaqda ittiham edir, amma silah göndərməyi də unutmur" - KİV-lər
11 May 2024 | 22:14
Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı
11 May 2024 | 23:11
Modriç gələcəyi ilə bağlı qərar verdi
11 May 2024 | 23:03
Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb
11 May 2024 | 23:09
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
11 May 2024 | 23:33
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
HƏFTƏLİK
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
07 May 2024 | 15:08
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
07 May 2024 | 20:15
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
AYLIQ
11 May 2024 | 21:34
Rusiyada beşmərtəbəli bina uçdu - VİDEO
11 May 2024 | 21:36
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
11 May 2024 | 21:53
İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb
11 May 2024 | 22:39
“Fənərbağça” ilə görüşə yollanan komandanın təyyarəsini ildırım vurdu
11 May 2024 | 22:05
"ABŞ İsraili beynəlxalq humanitar hüququ pozmaqda ittiham edir, amma silah göndərməyi də unutmur" - KİV-lər
11 May 2024 | 22:14
Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı
11 May 2024 | 23:11
Modriç gələcəyi ilə bağlı qərar verdi
11 May 2024 | 23:03
Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb
11 May 2024 | 23:09
COP29-un Danışıq Qrupu ada ölkələrindən olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb
11 May 2024 | 23:33
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb