Politoloq Qabil Hüseynli Moderator.az-a açıqlamasında Türkiyənin Rusiya ilə mübarizədə türk-islam faktorundan istifadə etməsinin mümkünlüyünü şərh edib. Ekspert hesab edir ki, indiki şəraitdə Türkiyənin bu amildən Rusiyaya qarşı istifadə etməsi o qədər də asan deyil:
“Təbii ki, Türkiyə bu
imkandan yararlana bilər, lakin bunu da deməliyik ki, bu, çox çətin məsələdir.
Baxın, bu gün ən türkpərəst dövltələrdən biri Qazaxıstandır, ancaq Qazaxıstan da ehtiyatlı mövqe sərgiləyir
və Rusiyaya qarşı açıq mövqe ortaya qoymaq istəmir. Ancaq bunu da bilmək
lazımdır ki, hər şeyin bir vaxtı, bir zamanı var. Vaxt gələcək hər şey başqa məcrada
cərəyan edəcək. Tatar xalqı da, çuvaş xalqı da, kazan xalqı da, digər xalqlar
da oyanacaq. Necə ki, vaxtıykən Çingiz xan, Batı xan və başqaları Rusiyanı
barmağının ucunda oynadırdı, bundan sonra da bu xalqlar, onların qabaqcıl nümayəndələri
Rusiyanı yerində oturdacaq və ona öz yerini göstərəcəkdir. Onlar Rusiyaya
başını aşağı salıb digər dünya xalqları kimi dinc yaşamağı öyrədəkdir. Şəxsən mən
buna inanıram”.
Seymur Əliyev