Tanrının və Çingiz Abdullayevin vəzifəsi...
Oxunub: 1686
05 Feb 2016 | 16:52
Tanrının və Çingiz Abdullayevin vəzifəsi...
"Sənə bu qədər təşkilata rəhbərliyi etibar edirlərsə, qərar qəbul etməyi bacarmalısan. Hərdən o qədər də xoş olmayan qərarları da. Yazıçılar Birliyində də, "Pen-klub"da da, "Neftçi"də də, Beynəlxalq Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunda da..."
 
Möhtəşəm yazıçımız  Çingiz Abdullayevin yuxarıdakı təsirli yanğısını son dövr Azərbaycan sosial reallığına verilən adekvat qiymət saymaqda səhv etdiyini düşünmürük. İş yeri itkisi gerçəkdən də bütün formasiyalarda ölüm hökmünə yaxın tutulub. Məgər yoxsulluq məngəsinə atılan insanların mənəvi və fiziki məşəqqətləri təkcə yazıçılarınmı baş qayğısıdır?
 
Viktor Hüqonun qəhrəmanlarını hərdən çevrəmizdə gördükcə heç bir ədəbi keyfiyyəti daşımadan onların psixoloji halına və öləziyən ruhuna yanmaya bilmirsən. Kapitalist cəmiyyəti üçün Marksın təsvir etdiklərini indi solçular hər addımda liberal iqtisadiyyatı tərənnüm edənlərin gözünə pərçim etməyə çalışır. Lenin həmin ümidsiz və qollarında yoxsulluq zənciri gəzdirənlərlə çarizmi taxtdan salmışdı.
 
Hər halda fəhlə-kəndli sinfinin balası olan görkəmli bir qələm adamımızın lümpenlərə rəhm və himayəçilik göstərməsi az qala “Çingizin siyahısı” adlana bilərdi. Axı adam vaxtilə Polşada gettolarda aclıqdan və səfalətdən kütləvi məhv edilən yəhudilərin bir qismini xilas edən Oskar Şindler qədər öz xalqını müxtəlif çətinliklərdən  qorumağa çalışırdı. Sovet yaddaşımızda dərin izlər buraxan bir qəhrəmanın indiki davamçısı faşizm təhlükəsi olmasa da, kapitalizm adlı canavarın sərt caynaqlarından öz soydaşlarını ala bilirsə, bunu yalnız alqışlamaq lazımdır.
 
Amma deyəsən, bütün siyasi detektivləri kimi, yazıçı öz personajlarını konkret sadaladığı qurumlardan deyil, içərisində yaşadığı cəmiyyətdən götürüb. Gəlin razılaşaq ki, hörmətli qələm adamımız axırıncı hayqırtısı ilə başqa vəzifə sahiblərini insan taleləri ilə ehtiyatla davranmağa çağırarkən sadəcə ədəbi priyom işlədib. Çünki elə olmasaydı, ”Neftçi”dən verilən bəyanatda deyildiyi kimi, orada kimisə ixtisara salmağa səlahyyəti çatmadığından, Yazıçılar Birlyində hörmətli Anar müəllimin öz müdrik və tarazlayıcı rəhbərliyini uğurla davam etdirməsindən, Pen-klubdakı tənhalıq vəziyyətindən və digər ictimai vəzifələrdən məmurlara görk edəcək heç bir imkanı olmayıb. Daha sadə dillə desək, sən demə, Çingiz müəllimin özü də “işsiz imiş”.
 
Bütün bunlara rəğmən ona sevgimizi izhar edən bir çıxışla siyasi məclisimizdə çağırışda bulunmuşduq: qoy məmurlar və xalq təmsilçiləri də prezidentin dövlət və özəl şirkətlərə müraciətinə qoşularaq iş yerlərini ixtisara salmaqdan daşınsınlar, yaxud yeni fürsətləri tanıyaraq əlavə zəbt etdikləri ştatları boşaltmaqda tərəddüd göstərməsinlər.
 
Stalinli müharibə keçmişimizin nümunəvi tarixçəsini indi xatırlamaqda pis nə ola bilərdi ki! Məsələn, birinizin iki geyimi varsa, gəlin onu ehtiyacı olan başqası ilə bölüşək. ”Şərikli çörək” şirin olmazmı?
 
İndi sizə çıxışımın videostenoqramını təqdim edirəm. Orada əsas ağırlıq mərkəzinin məhz həmkarlarıma və məmurlara yönəldiyini görməmək mümkün deyil. Çingiz Abdullayevi “ünlü simamı”mız adlandıraraq onun əsərlərinin külliyatı üzərində bir millətin neft və qazdan savayı dünyaya həqiqi ədəbiyyat çıxardığını deməkdə cinayətmi etmişik? Yaxud da qazandığı oxucu rəğbətini vurğulayarkən hansı məkrli planı cızmağa çalışmışıq?
 
Tanınmış yazıçımızı ictimai hərəkatın önünə çıxarmaq istəyərkən bir penniyə dəyməyən klubun qəzəbli açıqlaması qəzəb saçan çinovnik naturası ilə qarşımıza çıxdı. Əfqanıstandan BMT-nin Baş Məclsinə qədər geniş bir coğrafiyada yol qət edən adamın - Çingiz Abdullayevin içərisində ədəbi dünyadan daha çox kütlələrə inzibati rəhbərlik etmək istəyi də yetərincə çox imiş. Sən demə, “məmurlar və deputatlar 2-3-cü vəzifələrindən kənarlaşıb parlamenti peşəkarlar məclisinə çevirsinlər” çağırışı cəmiyyət tərəfindən də müdafiə olunmurmuş. Elə isə rektorlarımızı yerlərindən niyə tərpədirdik ki? Böyük Heydər Əliyevin ensiklopedik şəxsiyyətimiz Azad Mirzəcanzadəni yanına çağırıb vəzifə adamlarının elmi adlara doğru başlayan yarışını durdurmağı tapşırması indi bir daha əsil uzaqgörənlik nümunəsi qənaətini möhkəmləndirir. Halbuki bir nazirin və ya millət vəkilinin əlində saxladığı əlavə kafedra müdirliyi yerini tutmağa layiq olan o qədər gənclərimiz təhsil müəssisələrində növbələrini gözləməkdən yorulublar ki!
 
Hər halda Sezar Romasının senatorları bir neçə kreslo tutmaları ilə öyünmürdülər. Bəs yazıçılarımız necə, titullar üçün çoxmu “ictimai vəzifələr”lə yüklənmək istəyəcəklər?
 
“Komissar Katani”liyə iddialı olan bir vəkil prokuror üslubu ilə məni dövlətin məkrli planını yazıçımıza qarşı həyata keçirməkdə qınamışdı. Sən demə, “məmurlara üsyan qaldıran inqilabçı yazarı” susdurmaq üçün belə bir plan hazırlanıb. Onun virtual divarında - sosial mediada ünvanıma hər cür təhqiri yağdırmışdılar. Lakin oradakı çamur şparqalkaları bizdən daha çox asıldığı divarı gözdən salırdı. Çingiz Abdullayevin əsərlərini oxuyanların niyə elə söyüşcül və kor nifrətə büründüklərini təyin eləmək çox çətin idi. Axı ədəbiiyyatın funksiyası həm də insanları tərbiyə etməkdir.
 
Çingiz Abdullayevin işığının cazibəsinə toplaşanların belə kobud üslubu kimin nüfuzuna daha çox zərbə vurur? 
 
İndi müstəvinin belə ustalıqla dəyişdiyi şəraitdə - yəni bizim xoş məramımızla hökumətə müraciət edib min iş yeri yaratmaq üçün olan gözəl fürsəti qaçırdıq və istəmədən Çingiz müəllimlə üz-üzə qaldıq. Halbuki yazıçı özünü bəşəri və milli ideyalar naminə qurban verərək ilk cığıraçan rolunda tərəddüd göstərməməliydi. Onsuz da keçmiş prezident İlion İliyesko kimi hakimiyyət iddiasına malik olmayan bir adamın ən azı 4 vəzifəsi onun dünyəvi şöhrəti və kütləvi sevgi ünvanı olmasının yanında heç nədir. Bəs onda başqa bir ÇA-nın - türk dünyasının nəhəngi Çingiz Aytmatovun döş nişanları və titullarının həsrətini çəkmək kimə gərəkdir?
 
Görkəmli qırğız yazıçısının 5 dəfə SSRİ Millətlər Sovetinin üzvü seçilməsi, 9 dəfə eyni uğuru Frunze-Bir may seçki dairəsində yaşaması, Kompartiyanın üzvü olması, Prezident Şurasında təmsilçiliyi, İssıq-kul hərəkatının təşəbbüskarına çevrilməsi, ”Xarici ədəbiyyat” jurnalına baş redaktorluğu və daha onlarla ictimai missiyası bir “Köşək gözü”nün (əsərin adı - Z.O) ədəbi yükü ilə eyni çəkiyə gəlməz. Hər halda Tolstoy həyatının sonunu Yasnaya Polyanada keçirəndə və bütün varını kəndlilərə paylayanda əsərlərinin fikir dəyəri dünyəvi ölçüdə hesablanırdı və qoca yazıçı akademiyaları, yaxud nobelləri düşünmürdü. Yaxud Qabriel Qarsianın həyatı boyu bir qəzetin köşə yazarlığına sığınması onu ədəbi patriarxa çevrilməyə mane olmadı və yüz ilin tənhalığından qorudu.
 
Lakin biz yazıçını yoxsul deyil, varlı görmək istəyirik. Ona görə də hörmətli Çingiz müəllim, sizi ideallaşdırarkən öz yaratdığınız qəhrmanlara bənzəməyinizi arzulayanda heç bir günah işlətmədiyimizi düşünmüşdük. Məgər Dronqo da sizi kimi “mətbuat xidməti” vasitəsilə danışardı?
 
Hər halda siz “Qorbaçovu xilas edərkən, Rusiyada itən nüvə silahlarını ələ keçirməyə yardımçı olarkən, yaxud Sicilya mafiyasına öldürücü zərbələr vurarkən” oxucunun qəlbində qoyduğunuz dərin izləri belə asanlıqla silə bilməzsiniz. Dronqo cəsur, tədbirli bir xəfiyyə gücü ilə hətta ən məxfi əməliyyatları açarkən xeyirxahlığından da bir an geri çəkilmirdi. Elə isə öz qəhrəmanına bənzəməyən yazıçını görməkdən acı heç nə yoxdur.
 
Biz ki siyasi detektivlik edib neft pullarından Müşahidə Şurasına düşən qəlpələrin son ünvanına necə getdiyini aydınlaşdırmağa və oradakı ikili müsahibatlğa baş vurmağa cəhd göstərməmişdik! Yaxud, Yazıçılar Birlyində iki sürücü və iki katibəyə malik olan adamların da peşində deyildik. Bunlar yalnız sizin növbəti gözəl romanlarınızın süjeti kimi maraqlıdır. Ona görə Dronqo Çingiz Abdullayevə qalib gəldi və mənim gözümdə bir daha yüksəldi. Sizin qəhrəmanınız mənim çıxışımın orijinalına baxmadan sarkastik ruhda hərəkət etməzdi.
 
“Detektiv krallığı” çox yaxşı vəzifədir və bütün rütbələrdən yuxarıdadır. Dronqo hər halda Züqanov kimi danışıb, Abramoviç kimi yaşamaq istəməzdi. Məgər Nizami Gəncəvi Neftçinin Müşahidə Şurasına can atardı? Əlbəttə, brend olan bir ismin hətta idman simamızın üstündə olmasından yalnız fəxarət hissi keçiririk. Lakin Məhəmməd Fizuli siyasi detektivlik edib, gedib hörmətli Artur müəllimdən 200 min manatlıq layihə istəməzdi.
 
Ona görə sizə olan böyük sevgimizə qəzəblə və ironiya ilə cavab vermək şəxsinizə yaraşmadı. Çevrənizə əsil xalq adamlarının yığıldığını onda biləcəksiz ki, onlar peyğmbərlərin həvariləri kimi hər kəsi hörmət və ehtiramla cavablandırmaq istəsinlər. Yoxsa kitablarınızla adamları döyməyə qalxanda, əsərlərinizin çəkisini vətəndaşın fakturasından yuxarıda tutanda ədəbiyyat müqəddəsliyini itirir.
 
Məgər daşıdığınız 18 vəzifənin şöhrətindən və cazibəsindən bir ilahinin verdiyi qələmin mükafatı böyük deyilmi? Sizə ehtiramımız gerçəkdən də böyükdür.
 
Lakin unutmayın, Allahın təkcə bir vəzifəsi var - o da bəşəriyyətin və ya insanlığın qorunması!
 
Hə, doğrudur, Tanrı da ictimai əsaslarla işləyir!

Zahud Oruc, millət vəkili
Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər