Pakistan ordusunun baş komandanı Tehrandadır - FOTO
240
15:40, Bu gün

Pakistan ordusunun baş komandanı Tehrandadır - FOTO

Pakistan ordusunun baş komandanı Asim Munir ABŞ və İran arasındakı diplomatik prosesdə vasitəçi qismində Tehranda səfərdə olarkən, İran parlamentin sədri Məhəmməd Baqir Qalibafla bir araya gəlib.
 
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
 
Bundan əvvəl "Al Jazeera" telekanalı xəbər verib ki, Asim Munir Vaşinqton-Tehran qarşıdurmasının həlli və yeni müzakirə mərhələsinin başlanması üçün apardığı vasitəçilik missiyası çərçivəsində İran səfərini bitirdikdən dərhal sonra Birləşmiş Ştatlara yola düşəcək.
 
Hazırda feldmarşal Asim Munir və Pakistanın daxili işlər naziri Möhsün Nəqvi Tehran və Vaşinqton arasında yaranmış ziddiyyətlərin nizamlanmasında vasitəçilik səylərini davam etdirmək məqsədilə İrandadırlar. İranın dövlət teleradio şirkətinin məlumatına görə, cümə axşamı günü İran hakimiyyət nümayəndələrinin Tehranda olan Pakistan heyəti ilə Amerika-İran danışıqlarının mövcud vəziyyətini və ABŞ-nin irəli sürdüyü təklifləri geniş şəkildə müzakirə etməsi planlaşdırılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər