"Atropatena"ya yox deməyin vaxtı çatıb...-Akif Nağıdan tariximizə fərqli baxış...
Elm və Təhsil
Oxunub: 2019
27 Mar 2024 | 21:32
“Strabonun Atropat dediyi hökmdar həqiqətən dövlətə rəhbərlik edib, yerli mənbələrdə adı “Aturpat” kimi təqdim olunub. Dövlətin onun adı ilə adlandırılması heç bir mənbə ilə təsdiq olunmur, həmçinin məntiqlə də həqiqətə uyğun deyildir...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
 
(Əvvəli burada: )
 
IX mövzu
 
“Atropatena”ya yox deməyin vaxtı çatıb... 
 
Adərbayqan (Atropatena) müstəqil dövlətçiliyin yeni mərhələsində...
 
Bu dövrdən başlayaraq Azərbaycanın cənub və şimal ərazilərində parallel şəkildə dövlətçilik davam etdirilir. Cənub torpaqlarımızda bu ənənələrin artıq üç min il yaşı var idi, Araz çayından şimala doğru torpaqlarımızda isə bu proses bir neçə əsr əvvəldən başlanmışdı. Şimal torpaqlarımızla bağlı bu qənaəti hələlik əldə olan materiallar əsasında deyə bilirik. Yeni arxeoloji və yazılı mənbələr ortaya çıxdıqda məsələyə yenidən baxılacağı da istisna edilmir. Azərbaycanın şimal torpaqları daş dövrünün ən qədim mərhələlərindən başlayaraq fasiləsiz şəkildə insanların yaşayış məskəni olmuşdur. Ona görə də burada dövlətçilik ənənələrinin bu qədər gec yaranması məntiqli görünmür. Böyük ehtimalla çox gec olmadan bu təsəvvürlər yeni materialların üzə çıxarılması ilə dəyişəcəkdir.
 
Bu dövrdə Azərbaycanın cənub torpaqlarında yeni dəyişikliklər özünü göstərdi. İlk növbədə, qeyd edək ki, cənub torpaqlarımızla bağlı əvvəlki əsrlərin məlumatlarına əsaslanaraq, “Azərbaycan” adının ilkin variantlarını nəzərə alaraq, artıq Adərbayqan adını işlədə bilərik. Bu dövrdə  də “Azərbaycan” adımız müxtəlif mənbələrdə fərqli şəkildə qeyd olunur. Kənar mənbələrdən bu asılılığa və aludəçiliyə son qoyulmalıdır. Bizim dövlətimizi, dilimizi kimlərinsə necə adlandırmasına o qədər də fikir verilməsinə ehtiyac yoxdur.
 
“Atropatena” adı e.ə. I- e. I əsrlərində yaşamış yunan tarixçisi və coğrafiyaçısı Strabon tərəfindən irəli sürülüb və böyük əksəriyyət tərəfindən qəbul edilib, bu ad dünya tarixşünaslığında özünə yer edib. Strabona böyük ehtiramımızla yanaşı qeyd etməliyik ki, bu, onun subyektiv fikri olub və hər hansı digər mənbə ilə təsdiq olunmayıb, sadəcə, ondan sonra gələn müəlliflər asan yol seçərək, eyni adı təkrar ediblər. Strabon bu adı qoyarkən heç bir mənbəyə istinad etməyib., “Atropat” adlı hökmdarın olması faktına söykənərək, öz versiyasını irəli sürüb. Bu versiyanın Adərbayqanın mövcud olduğu dövrdən 300-400 il sonra səsləndirilməsi diqqətə alınmalıdır. O qədər vaxtdan sonra bu adın irəli sürülməsi ciddi qəbul edilə bilməz. Strabon özü həmin ərazini daha çox “Midiya”, “Böyük Midiya”, “Kiçik Midiya” adlandırır, “midiyalılar” ifadəsindən istifadə edir [10, s.15]. Məsələnin bu tərəfi də diqqətdə saxlanılmalıdır. Strabon eyni zamanda “Atropat Midiyası”, “Atropatena” ifadələrini işlədir [10, s.15-16]. Strabonun bu “müəllifliyi”nin digər mənbələrlə təsdiq olunmadığını, reallığı əks etdirmədiyini, həmin vaxtdan çox-çox əvvəl Atur, Atr və sair söz kökləri ilə Azərbaycanda etnonim və toponimlərin mövcud olduğunu nəzərə alaraq, hesab edirik ki, “Atropatena” adından birmənalı şəkildə imtina olunmalıdır. Strabonun Atropat dediyi hökmdar həqiqətən dövlətə rəhbərlik edib, yerli mənbələrdə adı “Aturpat” kimi təqdim olunub. Dövlətin onun adı ilə adlandırılması heç bir mənbə ilə təsdiq olunmur, həmçinin məntiqlə də həqiqətə uyğun deyildir. Dövlət öz adını e.ə. VIII-VII əsrdən etibarən müxtəlif mənbələrdə, o cümlədən mixi yazılarda əks olunan “Antarpatkan”, “Andirpatianu”, “Adorbayqan” ifadələrindən götürmüş, bu dövrdən isə Adorbaycan, Adərbayqan formalarında işlədilmişdir.
 
Yuxarıda qeyd etdiyimiz kimi, bu vaxtdan Azərbaycanda ikidövlətçilik dövrü başlanmışdır. Azərbaycanın şimalında və cənubundakı bu dövlətlər müəyyən əlaqələrdə olmuş, bəzən bir-birinin ərazilərinə nüfuz etmiş, bəzən xarici təhlükələrə qarşı birlikdə çıxış etmişlər. Adərbayqanda bu dövr ərzində iki sülalə- Aturpatilər və Arsaklılar hakimiyyətdə olmuşdur. Aturpatilər ilk məlum hökmdarı Aturpatın (“Avesta” dilində “od qoruyan” mənasını verib) adı ilə bağlıdır. Arsaklılar sülaləsi isə Azərbaycan əhalisi ilə eyni kökdən olan türk mənşəli parfiyalılarla bağlı idi.
 
Aturpat maday-türk mənşəli olmuş, atasının adı mənbələrdə “Eran” kimi verilmişdir. Bu adı türk mənşəli “Ərən”, “Aran” kimi də təqdim etmək olar [2, s.392-393]. Aturpatı bəzən əfsanəvi Turan hökmdarı Əfrasiabla eyniləşdirir, bir fars dilli mənbədə göstərildiyi kimi, “Adərbayqanın “Qənzək şəhərinin onun tərəfindən salındığını” qeyd edirlər [11, s.119].
 
Aturpatilər sülaləsi təxminən y.e. I əsrinə qədər hakimiyyətdə oldu. Onların adları türkcə izah olunan digər nümayəndələrindən Artabazan, Ariobarzan, Artavaz və digərlərini göstərmək olar. Onların adlarının mənası əsasən türk dilində izah olunur. Artabazan-türk dilində “arta”- şux, gümrah mənasını verir, “bazan” isə türk soyunun adıdır. Ariobarzan-“ario” türk dilində igid, cəsur deməkdir, “barzan” isə “bazan” sözü ilə eynidir. “Artavaz”- “arta” yuxarıdakı “arda” sözü ilə eynidir, “vaz” isə “bazan” sözünün qısaldılmış variantıdır [2, s.401-402].
 
Adərbayqan indiki Cənubi Azərbaycan ərazisində meydana gəldi, eyni zamanda Şimali Azərbaycanın müəyyən hissəsini də əhatə edirdi. Araz çayı iki Azərbaycan dövlətini bəzən ayırır, bəzən də birləşdirirdi, yəni müəyyən vaxtlarda onların arasında sərhəd xətti elə də ciddi rol oynamırdı. Naxçıvan bölgəsi əksər hallarda Adərbayqanın tərkibində olurdu. İndi Ermənistan deyilən Qərbi Azərbaycan, Zəngəzur, hətta Qarabağ da iki dövlətin təmas xəttində yerləşdiklərinə görə bəzən müştərək ərazilər kimi istifadə olunurdu. Bu məsələyə dolayısı ilə bağlı olan bir fakt diqqəti cəlb edir. Məşhur Ağqoyunlu hökmdarı Uzun Həsənin həyatı, hakimiyyət yoluna həsr olunmuş “Kitabi-Diyarbəkriyyə” əsərində göstərilir ki, Uzun Həsən Oğuz boylarından, Bayandır (bəzən “Bayındır” şəklində yazıllır.-A.N.) xanın nəslindəndir. Bayandır nəslinin çox qədimlərdən Şimali və Cənubi Azərbaycan, Şərqi Anadolu ərazilərində yaşadığı qeyd olunur. Bildirilir ki, Uzun Həsənin 23-cü babası Sunqur bəy Məhəmməd Peyğəmbərin zamanında, yəni VII əsrdə Göyçə və Zəngəzur tərəflərdə yaşayıb, ömrünün son illərini isə Arpa çayının gündoğanında Alaqız və Göyçə gölü yaylaqlarında keçirib. Əsərdə daha sonra göstərilir ki, Uzun Həsənin 54-cü babası Oğuz xan, 52-ci babası isə Bayandır xan olub. O da qeyd olunur ki, Bayandır xan “İran, Turan, Rum, Şam” və digər əraziləri hakimiyyəti altında saxlayır, qışda Qarabağda, yayda Göyçə gölü tərəflərdə yaşayırdı [5, s.XII; 7, s.39-49]. Bu məlumatlara diqqətlə yanaşılmalı, dəqiqləşdirilməli, istifadə olunmalıdır. Bu faktlara söykənərək, üç babaya bir əsr ayırsaq, Bayandır xanın hakimiyyət dövrü e.ə. IV-III əsrlərə uyğun gəlir. Nöqsanlarımızdan biri də odur ki, biz antik mənbələrə həddindən artıq aludə olur, onların məlumatlarını az qala fetişləşdirir, qərəzli və kəsik-kəsik verdikləri məlumatlardan özümüzə tarix düzəltməyə çalışırıq. Nəticədə Qərb tarixçilərinin istəklərinə uyğun olaraq, yarımçıq, anlaşılmaz, daim məğlub göstərilən xalqın tarixini yaratmış oluruq. Şərq mənbələrinə ciddi yanaşmalı, onlara daha çox inanmalı, istinad etməliyik. Yuxarıda deyilən faktlar əsasən Adərbayqan ərazisində oğuz-türk tayfalarının fəaliyyətinə əlavə aydınlıq gətirir. Təsadüfi deyil ki, həmin dövrü regionumuzda “Sak dövrü”, “Oğuz dövrü” adlandırırlar. Oğuz xanı təxminən eyni dövrdə yaşamış hun hökmdarı Mete xanla da eyniləşdirirlər [2, s.442]. Əlbətdə, istənilən müqayisə qüsurludur, amma bir fakt aydındır ki, uzaq minilliklərdən başlayaraq hara baxsan, orada türk izi görünür. Bu faktı ört-basdır etmək mümkün deyil. Hara çevrilsən, qarşında türkü görürsən, hansı daşı qaldırırsan, altından türk çıxır.
 
Beləliklə, e.ə. IV əsrin ortalarında Əhəmənilərin hakimiyyəti tənəzzülə doğru gedirdi. E.ə. 334-cü ilin yazında Makedoniyalı İskəndər Kiçik Asiyaya daxil oldu. E.ə. 334-cü ilin mayında Qranik çayı (Türkiyənin Çanaqqala vilayətində Qocabaş çayı) sahilində onun Əhəmənilərlə birinci döyüşü oldu. İskəndərin Əhəməni ordusu ilə ikinci döyüşü e.ə. 333-cü ildə İss şəhəri (Türkiyənin Hatay vilayətində şəhər) yaxınlığında oldu. Əhəmənilər məğlub oldular və hökmdar III Dara döyüş meydanından qaçdı. Kiçik Asiya İskəndərin hakimiyyəti altına keçdi. Üçüncü döyüş e.ə. 331- ci il oktyabrın 1-də Qavqamel kəndi (indiki İraqın Ərbil şəhərinin yaxınlığında) yaxınlığında baş verdi. III Daranın ordusu darmadağın edildi. [9, s.41-43]. Ancaq III Dara məğlubiyyətlə barışmaq istəmirdi. O, Adərbayqanın mərkəzi hissəsinə, Ekbatana qaçdı və orada ordu toplamağa başladı. Orada satrap Aturpat idi və o, Qavqamel döyüşündə iştirak etmişdi. İskəndər Aturpatı satraplıqdan azad edib, oraya yeni canişin təyin etmişdi. Ancaq tezliklə vəziyyət dəyişdi. Aydın oldu ki, Aturpatın müttəfiqləri olan kadusilər və skiflər III Daranı müdafiə etmirlər. Belə şəraitdə Aturpat da III Daranın ətrafından çəkildi. Buna görə də III Dara Ekbatanı tərk edərək, şərqə, Parfiyaya doğru hərəkət etdi. İsgəndər təqib edərək, indiki Nətənz şəhəri (İranın İsfahan vilayətində) yaxınlığında ona çatdı. III Daranın sərkərdələri onu düşmənin əlinə keçməməsi üçün nizə zərbələri ilə öldürdü. İsgəndərdən əvvəl ona çatan, son nəfəsini eşidən yunan döyüşçülərindən İsgəndərə salam göndərdi. İsgəndər çatanda o artıq ölmüşdü. İsgəndər ona hörmətlə yanaşdı, əbasını çıxarıb üstünü örtdü, sonra isə Əhəmənilərin paytaxtlarından olan Persepol (indiki Şiraz şəhərinin yaxınlığında xarabalıqları qalır, bu şəhər az sonra İsgəndər tərəfindən yandırıldı, bu yanğında “Avesta”nın dana dəriləri üzərində yazılmış ilk variantı da məhv oldu) şəhərində təntənəli dəfnini təşkil etdi. Aturpat da öz siyasətini dəyişdi və İskəndərin tərəfinə keçdi. Buna görə də o, e.ə. 328-ci ildə öz əvvəlki satrap vəzifəsinə bərpa edildi.
 
İskəndər başqa torpaqları işğal etməklə məşğul olan zaman Aturpat öz hakimiyyətini möhkəmləndirdi. Ümumiyyətlə, İskəndər Aturpatın idarə etdiyi əraziyə daxil olmamışdır. Aturpat makedoniyalılarla qohum oldu. O öz qızını İskəndərin yaxın sərkərdələrindən birinə - Perdikkaya ərə verdi. İskəndər yerli zadəganlarla qohumluğa əhəmiyyət verirdi. İskəndər özü 2 Əhəməni şahzadə qızına evlənmiş, onun ənənəsini özünün 80 dostu davam etdirmişdi. Həmçinin Suz təntənələrində 10 min döyüşçü Asiyalı qadınlarla evlənmişdi. E.ə. 323-cü ilin iyununda İskəndər öldü. İskəndərdən sonra onun varisi Aturpatın kürəkəni Perdikka oldu. E.ə. 321-ci ildə Perdikkanın ölümündən sonra satraplıqlar ikinci dəfə bölüşdürüldü. 
 
Adərbayqan Şərqdə Makedoniya əsarətindən azad olan ilk müstəqil dövlət oldu. Azərbaycanda yenidən müstəqil dövlət meydana gəldi. Paytaxtı Qazaka və Vera (indiki Marağa) [6] şəhərləri olmuşdur. Fars dilində VII əsrdə yazılmış “Şatristanhaye İran” əsərində göstərilir ki, Azərbaycan (Adurbadaqan) vilayətinə Gəncək (Qazaka), Frasyak (Fraaspa), Turkert (Tavreş, Təbriz) bölgələri daxildir [3]. Adərbayqan hökmdarlarından Aturpat (e.ə. 328-280-ci illər), Artabazan (e.ə. 230-190-cı illər), Mitridat (e.ə. 110-65-ci illər), Dara (e.ə. 65-50-ci illər), Vanonun (20-30-cu illər) hakimiyyət tarixləri məlumdur. [4, s. 49-50]. E.ə. IV əsrin sonunda Selevkilər dövlətinin əsası qoyuldu. Selevk (e.ə. 305-280) və onun oğlu I Antioxun (e.ə.280-261) səylərinə baxmayaraq e.ə. III əsrin ortalarına yaxın Selevkilər dövləti tənəzzülə uğradı. Baktriya, Soqdiana və Parfiya ondan ayrıldı. Tezliklə Parfiya müstəqil dövlətə çevrildi. 
 
Adərbayqan dövlətinin fəaliyyəti ilə bağlı məlumata yenidən e.ə. III əsrin 20-ci illərində rast gəlirik. Polibinin verdiyi məlumata görə Artabazanın ölkəsi Xəzər dənizindən Rion çayının yuxarılarına kimi davam edirdi, Qərbi Azərbaycan (indiki Ermənistan) və İberiya əraziləri onun tərkibinə daxil idi. Selevki hökmdarı III Antioxun dövründə (e.ə. 223-187) Selevkilər Adərbayqan dövlətinin daxili işlərinə qarışmağa cəhd etdi. III Antioxun Artabazanla müharibəsi sülh yolu ilə başa çatdı. E.ə. III əsrin sonu Selevkilər dövlətinin qüdrətli dövrü idi. Ancaq e.ə. 190-cı ildə III Antiox romalılarla müharibədə məğlub olandan sonra Selevkilər dövlətinin tənəzzülü dövrü başladı. Artıq e.ə. II əsrin 60-cı illərində Adərbayqan tam müstəqil dövlət kimi fəaliyyətini davam etdirir. [13]. E.ə. II əsrin 50-ci illərində türk mənşəli parfiyalılar həlledici siyasi qüvvəyə, e.ə. II əsrin sonu - I əsrin əvvəllərində isə Parfiya ən qüdrətli dövlətə çevrildi. Türk Parfiya dövlətinin Adərbayqana da təsiri gücləndi. Ancaq Parfiyanın onu tutması barədə fakt yoxdur. E.ə. I əsrdə Adərbayqan Roma işğalçılarına qarşı müharibədə iştirak etdi. E.ə. I əsrin ortalarında dünya xəritəsi Parfiya və Roma arasında bölündü. E.ə. 53-cü ildə Parfiya Romalıları ciddi məğlubiyyətə uğratdı. Bu döyüşdə Adərbayqan Parfiyalıların müttəfiqi olmuşdur. E. ə. 36-cı ildə Roma dövlətinin başçısı Antoninin də Adərbayqan və Parfiyaya qarşı yürüşü məğlubiyyətlə başa çatdı. Eranın təqribən 20-ci ilində yerli Aturpatilər sülaləsinin Adərbayqanda hakimiyyətinə son qoyuldu. Adərbayqanda Parfiyanın kiçik Arsaklılar qolunun idarəçiliyi başladı. [8].
 
Parfiyalılar türk mənşəli idilər, onları çox vaxt “türkmənlərin babası” adlandırırdılar. Onlar uzun müddət regionumuzda olmuş, yerli tayfalarımızla xoş münasibətlər qurmuşdular. Onların ilkin paytaxtı Türkmənistanın Aşqabad şəhəri yaxınlığında yerləşən Nisa şəhəri idi. Onlar imperiya yaratdıqdan sonra Maday sülaləsinin vaxtında Azərbaycanın mərkəzi şəhəri olmuş Ekbatanı özlərinə paytaxt seçdilər. Sonradan indiki Bağdad yaxınlığında Tisfun şəhərini də paytaxt etdilər (bu şəhər qərb mənbələrində Ktesifon, sonrakı Şərq ənənələrində Mədain adlandırılıb) [12, s.72]. Parfiya imperiyası III əsrə qədər mövcud oldu, sonradan Sasanilər tərəfindən məğlub edildi. Onların hakim Arsaklılar sülaləsi Adərbayqan və Arranda qohum soylar kimi qəbul olundu, burada hakimiyyətdə oldular, Parfiya süqut etdikdən sonra da Azərbaycanda hakimiyyətlərini yerli sülalə olaraq davam etdirdilər.
 
Parfiyada hakimiyyətdə olan Arsaklılar sülaləsinin kiçik qollarından biri Adərbayqanda əsasən müstəqil siyasət yeritdi, bəzən Parfiya və Roma imperiyaları arasında manevr etməli oldu, Romalıların təzyiqlərinin qarşısında dayana bildi, müstəqilliyini davam etdirdi. Selevk, Parfiya, Roma kimi imperiyalarla eyni vaxtda mövcud olmaq və müstəqilliyi qoruyub saxlamaq o qədər asan deyildi. Aturpatilər sülaləsi bu vəzifənin öhdəsindən gəldi. Onlar yeni eranın birinci əsrinin əvvəlinə qədər hakimiyyətdə oldular, yeni eranın əvvəlində onları Arsaklılar sülaləsi əvəz etdi. Kiçik və ya Adərbayqan arsaklıları yeni eranın III əsrinin əvvəllərinə, Sasani işğallarına qədər hakimiyyətdə oldular. Bu arsaklılar sülaləsindən mənbələrdə Artaban, Pakor, Vologezin adları məlumdur. Onların sonuncu nümayəndəsi V Artaban 224-cü ildə Sasanilərlə müharibədə məğlub oldu [1, s.90-93]. 
 
Beləliklə, Adərbayqanın yerli Aturpati və Arsaklı sülalələri gərgin siyasi vəziyyətə, imperiyaların təzyiqlərinə baxmayaraq 600 il ərzində müstəqil dövlətçiliyimizi qoruyub saxladı və davam etdirdilər.
 
Ədəbiyyat:
 
1. Fazili A. Azərbaycanın qədim və erkən orta əsrlər tarixi İran tarixşünaslığında. Bakı, “Elm”, 1993.
2. Kazımov Q. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı, “Təhsil”, 2003.
3. Quliyev C. Əlincə.- ok.ru/group/ 52850792136810/topic/61518944095082.
4. Məmmədov İ., Məmmədova L. Azərbaycan dövlətləri və hökmdarları. Bakı, “Ləman Nəşriyyat Poliqrafiya” MMC, 2020.
5. Şaik O.G. Dedem Korkudun kitabı. İstanbul, 1973.
6. Strabon, XI, 13, 2, 3.
7. Şükürlü Ə. “Dədə Qorqud dastanlarının meydana çıxması tarixi və itmiş boyları haqqında.- “Kitabi-Dədə Qorqud-1300” elmi-praktiki konfransın materialları. Bakı, “Ünsiyyət”, 2000.
8.Tuncay B. Aturpatena (Azərbaycan) Dövləti, 2012.- turuz.com/book/little/Aturpatena +Azərbaycan+Dövləti+Bəxtiyar+Tuncay.
9. Ismailov D. History of Azerbaijan (textbook). Baku, AzMIU NPM, 2017.
10. Алиев К.Г. Античние источники по истории Азербайджана. Издание второе. Баку, «Элм», 1987.
11. Касумова С. Ю. Азербайджан в III-VII вв. Баку, «Элм», 1992.
12. Минин Д.Е. Хосров I Ануширван (531-579), его эпоха и его жизнеописание и поучение в истории Мискавейха. Москва, Институт востоковедения РАН, 2014.
13. Полибий.-История, V, 55.
 
Oxşar xəbərlər
10:19, Bu gün
Azərbaycan neftinin qiyməti 90 dolları keçib
10:12, Bu gün
Bakıda 19 yaşlı sürücü qəzada xəsarət alıb
10:10, Bu gün
Xankəndidə silah və sursatlar aşkarlanıb
10:08, Bu gün
Gecə saatlarında Moskvanın mərkəzinə texnika yeridildi...-FOTO
10:01, Bu gün
Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü
10:00, Bu gün
Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s... - VİDEO
09:58, Bu gün
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
09:43, Bu gün
Putinin andiçmə mərasiminə Ukraynadan sürpriz olacaqmı?
09:42, Bu gün
“Azərbaycan Rusiyanın qonşuluğunda NATO üzvü Türkiyə ilə faktiki hərbi müttəfiq olsa da...”
09:38, Bu gün
Naxçıvanda yeni hökumət - tanınmış naxçıvanlılar nə deyir?
09:36, Bu gün
Həftəsonu Avropada baş tutacaq ən maraqlı qarşılaşmalar - AFİŞA
09:08, Bu gün
Rüsumu artırmaqla boşanmaların sayını azaltmaq mümkündürmü? - rəy
09:05, Bu gün
Bu 3 BÜRC inanılmaz QAZANC əldə edəcək İNANILMAZ SƏRVƏT...
08:59, Bu gün
Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq? - FOTO
08:56, Bu gün
İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO
08:47, Bu gün
“Qaraca qız” filmində Tutu rolunu iki ayrı uşaq oynayıb- “Ən çox qonorarı mən aldım”- FOTO+ÖZƏL
08:43, Bu gün
Çernobıl qəzasının ildönümündə məşhur oyunun yeni treyleri yayımlandı - VİDEO
08:35, Bu gün
Norveç “Leopard”lara xidmət üçün Ukraynaya 13 milyon dollar ödəyib
08:33, Bu gün
Kanada PUA istehsalı üçün Ukraynaya 2,1 milyon dollar ayıracaq
08:23, Bu gün
Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb
08:21, Bu gün
Zərdabda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
08:20, Bu gün
ABŞ noyabrdan indiyədək Yəməndə 3 “MQ-9 Reaper” pilotsuz təyyarəsini itirib
08:17, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
08:15, Bu gün
Blinken ölkələr arasında artan gərginlik fonunda İsrailə səfər edəcək
08:04, Bu gün
ABŞ-də benzin və propan daşıyan qatar relsdən çıxaraq yanıb
08:00, Bu gün
Üzünüzə küncüt çəkin və effektini görün
07:58, Bu gün
Sosial şəbəkələrdə səs yazısı yayılan narkotacir ələ keçdi - VİDEO
07:54, Bu gün
10 yaş gəncləşdirən QİDALAR
07:53, Bu gün
Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO
07:51, Bu gün
Avropa Komissiyasının rəhbəri COP29-a dəvət edilib
07:47, Bu gün
Şuşaya gəlib separatçılara dəstək verən Rusiya milyarderinin ailəsi dağıldı...
07:44, Bu gün
“Liverpul” “Feyenord”a 13-15 milyon avro təzminat ödəyəcək
07:22, Bu gün
Bakıda avtomobilin vurduğu 23 yaşlı piyada ağır xəsarət alıb
07:19, Bu gün
Real Madrid” Mbappeyə Olimpiadada iştirak etməyi qadağan etdi
07:16, Bu gün
Eynəyi cızıqlardan xilas edən təbii üsul - FOTO
07:08, Bu gün
Qarabağdan çıxarılan “sülhməramlı”lar döyüşmək üçün Avdeyevkaya aparılır?..
07:01, Bu gün
DƏHŞƏT: Bir ailə toyda yanaraq öldü
06:01, Bu gün
Ermənistanda 20 hərbçi Qazaxın kəndlərinin qaytarılmasına etiraz edənlərə qoşuldu?-VİDEO
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 10:41
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
26 Apr 2024 | 10:36
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
26 Apr 2024 | 10:49
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
26 Apr 2024 | 10:33
NİİM əhaliyə müraciət etdi - VİDEO
26 Apr 2024 | 10:52
Ukraynada sabiq nazir həbs edilib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 11:28
Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 10:41
Bu qidalar ömrü qısaldır - DİQQƏTLİ OLUN
26 Apr 2024 | 10:36
Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
26 Apr 2024 | 10:49
Deputat: Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluq var
26 Apr 2024 | 10:33
NİİM əhaliyə müraciət etdi - VİDEO
26 Apr 2024 | 10:52
Ukraynada sabiq nazir həbs edilib