Azərbaycan universitetlərinin beynəlxalq reytinq cədvəllərindəki mövqeyi ilə bağlı sərt fikirlər səslənməkdədir. İki gün öncə təşkil olunan Təhsilin İnkişafı Forumunda elm və təhsil naziri Emin Əmrullayev də bu məsələyə münasibət bildirmiş və reallıqları, gələcəklə bağlı hədəfləri sadalamışdı.
Reallıq isə ondan ibarətdir ki, Azərbaycan universitetləri dünyanın nüfuzlu reytinq cədvəllərində 1000 universitet arasında yer almaqda belə çətinlik yaşayırlar.
Moderator.az ali təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimlinin universitetlərimizin dünya reytinqindəki mövqeyi ilə bağlı maraqlı faktlarını təqdim edir:
Siz bizim ATM-lər TOP 800 düşəcəyinə inanırsınız?
Bizim ATM-lər niyə THE və ya QS ranking bazalarında WUR (dünya reytinq) yaxşı yer tuta bilmirlər? Bu gün əksər adamların düşündüyü bir sualdır.
Dünən UNEC Business School Ali təhsilin idarəedilməsi ixtisaslaşmasında tələbələrim mənə belə bir sual verdi. Bizim universitetlərimiz TOP 800 (2022-2026 strateji yol xəritəsinə görə) siyahısına düşə biləcəklərmi?
Hesab edirəm bu sualı mütləq əksər rektorlarıda maraqlandırır. Ona görə belə bir təhlil aparmaq qərarına gəldim. Burada heç kimi ittiham, ya tənqid etməyəcəm.
Yuxarıda qeyd etdiyim reytinqlərin qiymətləndirmə meyarıları 100% (balın üzərindən)
Times Higher Education WUR üzrə
1. Tədris (tədris mühiti): 29,5%
a)Müəllimlik reputasiyası: 15% (Nobel mükafatçısı olması tələbi)
b) İşçi-tələbə nisbəti: 4,5%
c) Doktorantura-bakalavr nisbəti: 2%
d) Doktorantların akademik heyətə nisbəti: 5.5%
e) İnstitusional gəlir: 2,5%
a. b, c, d, e bəndlərinin cəmi.
Qeyd: b, d, bəndləri üzrə ölkəmizdə vəziyyət yaxşıdır. Yəqin ki düşünmürsünüz bizim nə zamansa nobel mükafatçısı, ATM sənayedən gəliri olacaq. Bu qədər sadəlövh deyilik yəqin ki.
2. Tədqiqat mühiti: 29%
a) Tədqiqat reputasiyası: 18%
b) Araşdırma gəliri: 5,5%
c) Tədqiqat məhsuldarlığı: 5,5%
a. b, c, bəndlərinin cəmi.
Qeyd: a bəndi üzrə Q 1 və Q2 jurnallada məqalələrin çapı nəzərdə tutulur. b və c bəndlərinin reallaşması üçün ölkəmizin Avropa İttifaqı üzvü olması, çap edilən elmi məqalələrin milli və dünya iqtisadiyyatına töhvəsi olası lazımdır. Yenə sadəlöv olmayaq.
3.Elmi araşdırma keyfiyyəti: 30%
a) İstinad təsiri: 15%
b)Tədqiqat gücü: 5%
c)Tədqiqat mükəmməlliyi: 5%
d) Tədqiqat təsiri: 5%
a. b, c, d, bəndlərinin cəmi.
Qeyd: İstinadlar yalnız Scopus bazalı məqalələrdə olduqda hesablanır. Yəni qeyri-scopus bazalı jurnalda çap edilən məqalədə verilən istinad sayılmır.
4.Beynəlmiləlləşmə: 7,5%
a) Beynəlxalq tələbələrin nisbəti: 2.5%
b) Beynəlxalq işçilərin nisbəti: 2,5%
c) Beynəlxalq əməkdaşlıq: 2,5%
a. b, c bəndlərinin cəmi.
Qeyd: Əksər adam bunu erasmus və s kimi layihələr kimi başa düşür. Amma bu ATM-in son 5 ildə çap etdirdiyi (Scopus) məqalələrdə həmmüəlliflərin xarici ölkələrdən olması tələbidir. (Elmi araşdırma)
5.Sənaye: 4%
a)Sənayedən gələn gəlirlər: 2%
b)Patentlər: 2%
a və b bəndlərin cəmi.
Qeyd: Patentlər üzrə hər ölkənin patentlərini qəbul etmir. Yalnız Ümumdünya Əqli Mülkiyyət Təşkilatı, Avropa Patent Ofisi, ABŞ, Böyük Britaniya və Yaponiyanın patentləri. Yəni....
Hesab edirəm hamı üçün aydın oldu. Növbəti təhlil QS üzrə olacaq.