“Yaşar Nuri ilə Firəngiz xanım gecə saat 2-də qapını döyüb sındırırdılar ki...” - Eldəniz Zeynalovun qızından ETİRAFLAR+ÖZƏL
Ekskluziv
299
09:55, Bu gün

“Yaşar Nuri ilə Firəngiz xanım gecə saat 2-də qapını döyüb sındırırdılar ki...” - Eldəniz Zeynalovun qızından ETİRAFLAR+ÖZƏL

“Atam 2021-ci ildə dünyasını dəyişdi. Əfsuslar olsun ki, atama nə təqaüd, nə də mükafat qismət olmadı. Hətta “xalq artisti” fəxri adı veriləndə atam artıq xəstə yatağında idi, son günlərini yaşayırdı. Bu fəxri adı çox gözləyirdi. Amma bununla belə həmişə də deyirdi ki, “məni sevirlər, bax bu mənim üçün əsl xalq artisti adıdır”. Yadımdadır, atam Travmotologiya xəstəxanasında yatırdı. Gecə saat 2 idi. Bir də gördük ki, Yaşar Nuri ilə Firəngiz xanım qapını döyürlər.. Az qala qapını sındırırdılar. Çox sevinmişdilər. Güllə, çiçəklə gəlmişdilər. Dedilər ki, xalq artisti olmusan. Atam bu sözə sevinmədi.. Sakitcə baxdı və gülümsədi.. Onu üz ifadəsi indiyə qədər gözümün önündən getmir. Heç inanmırdı ki, tez öləcək. Biz 3 övlad idik, universitetdə oxuyurduq. Anam deyirdi ki, “uşaqlar universiteti tez bitirsəydilər işləyərdilər”. Bu sözünə qarşılıq olaraq deyirdi ki, “onların atası ölüb bəyəm uşaqlar işləsin?”. Bizə qarşı münasibəti belə idi. Həyatsevər insan idi”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Eldəniz Zeynalovun qızı Gülbəniz Zeynalova deyib.

O daha sonra əlavə edib:

“Atamın ölümündən sonra ailə olaraq çox çətin günlər yaşadıq. Təsəvvür edin, iş yox, ata yox, bir dəstək göstərən yox. Bir müddət satıcı işlədim. 19 yaşım var idi. Deyirdim ki, pul yığıb atamın qəbir daşını düzətdirəcəm (kövrəlir). Vəziyyətimiz çox ağır idi. Xahiş etdik ki, atamın fəxri adının pulunu bizə versinlər. Dedilər ki, sizə düşmür. Dedik ki, qardaşım Məmməd aktyordur da. Söz verdilər ki, universiteti bitirib hansısa teatrda işləyəndən sonra bunu edərik. Onu da etmədilər. Mənim həqiqətən bu gün bu dəstəyə, diqqətə çox ehtiyacım var. Nə olardı ki, atamın ala bilmədiyi, ona qismət olmayan pensiya, mükafat və təqaüddən birini mən alardım. Həqiqətən də çox ehtiyacım var. Borcum, faizim var. Heç kim maraqlanmır. Mədəniyyət Nazirliyinə də müraciət etmişəm, amma heç cavab gəlməyib. Ev növbəsinə də dayanmışam. Atam hər gecə yuxularıma girir. O özü də mənə görə haqq dünyasında belə narahatdır. Mənimlə nəfəs alırdı, tək qızı idim. Haqsız yerə işdən də çıxartdılar. İndi yaşıma görə heç bir işə də düzələ bilmirəm. Hara gedirəmsə deyirlər ki, “yaşın çoxdur, sənə uyğun iş yoxdur. Mən nə edim?” deyə sənətkarın övladı bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər