Ekskluziv
1598
09:41, Bu gün

"Aygünün qızı böyüyüb, vay ölənin halına" - Efir qadağası qoyulduğu deyilən mərhum müğənninin bacısı danışdı - ÖZƏL

"Hər verilişdə Aygünlə bağlı danışıram. Efirlər əvvəl daha çox dəvət edirdi, son günlər çox yada salmırlar. Bu o demək deyil ki, qadağadayam. Əslində özüm də artıq az-az çıxmaq istəyirəm.  Məqsədim sadəcə Aygünü yad edib, haqqında danışmaqdır. Efir adətən toya gedən müğənnilərə reklam üçün lazımdır. Mən nadir hallarda toya gedirəm, evi həyat yoldaşım dolandırır. Elə də böyük ehtiyac yoxdur toya getməyimə. Desəm ki, istəmirəm yalan olar. Özünüz də bilirsiniz ki, tələbat necə müğənnilərədir. Mən də o tərzdə oxumuram. Bir də toya gedən müğənni gündüz-gecə özünü sosial şəbəkələrdə reklam etməlidir. Mənim də buna vaxtım yoxdur. Ailəmə, övladlarıma çox bağlıyam".
 
Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Aygün Bəylərin bacısı Zümrüd Hümmətova deyib.
O daha sonra Aygünün qızından danışıb:
"Canan 18 yaşa qədər qəyyumluqdadır. 18 yaşından sonra qəyyumluqdan çıxacaq. Cananın da arzuları var. Bilirəm ki, o xaricdə təhsil almaq istəyir. İnşallah qisməti haradırsa, ora da gedəcək. Həyat davam edir. Ona görə də deyirlər ki, "vay gedənin halına". Canan da böyüyəcək, ailə sahibi olacaq, amma mənim ürəyim, içim həmişə yanacaq ki, Aygün həyatda yoxdur. Mən anamı da çox istəmişəm. Bir onu, bir də Aygünü itirəndən özümə gələ bilmirəm. Bu həyatda təkcə gedənləri geri qaytarmaq olmur. Ondan söz düşəndə uşaq kimi hönkür-hönkür ağlayıram".
 
Zümrüd Hümmətova Aygünlə bağlı arzularından da danışıb:
"Çox istərdim ki, Aygünün xatirəsini yaşatmaq üçün bir konsert proqramı, xatirə gecəsi təşkil edim..Onun saysız-hesabsız mahnıları var. Həmin gecədə tamaşaçılar da onun mahnılarını dostlarının dilində dinləyə bilərlər. Bunu təkbaşına edə bilmirəm. Köməyim, təkanım yoxdur. Adam nəsə etmək istəyir, amma tək qalır", - deyə Aygün Bəylərin bacısı bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər