AZTV- Ovçu Pirim-in verilişini bağladı: “İxtisarlar gedir, maliyyə problemi də...” - FOTO+ÖZƏL
Ekskluziv
1107
09:35, Bu gün

AZTV- Ovçu Pirim-in verilişini bağladı: “İxtisarlar gedir, maliyyə problemi də...” - FOTO+ÖZƏL

Bir zamanların məşhur uşaq verilişi olan “Ovçu Pirimin sərgüzəştləri” 20 ildən sonra efirə qayıtmışdı. Veriliş şənbə günləri Mədəniyyət tv-də efirə gedirdi. Saytımıza daxil olan məlumata görə tanınmış aktyor Allahverdi Yolçuyevin apardığı veriliş bağlanıb.
 
Xəbərin dəqiq olub olmadığını öyrənmək üçün aktyorla əlaqə saxladıq. Moderator.az-a açıqlama verən Allahverdi Yolçuyev məlumatı təsdiqlədi:
“20 ildən sonra təklif gələndə çox sevindim. Bizdən veriliş istədilər, çəkib təhvil verdik. Çox da bəyənmişdilər. Biz o veriliş vasitəsilə uşaqlarla ekskursiyalar təşkil edirdik, Bakının gəzməli-görməli yerlərinə gedib gəlirdik. Bu həm maarifləndirici, həm də əyləncəli veriliş idi. Verilişi qəfil bağladılar. Təkcə mənim yox, bütün uşaq verilişləri bağlandı. İxtisarlar gedir. Səbəbini özüm də bilmirəm. Ola bilsin ki. maliyyə problemlərinə görə bağlandı. İnanın ki, bu veriliş o qədər sevilmişdi ki.. Hər kəs sevinirdi, xoş sözlər yazırdılar. Uşaqlar da verilişi bəyənmişdi.. Ovçu Pirim hər zaman uşaqların qulluğundadır. Hapdan-gopdan olsa da Ovçu Pirim uşaqlar üçün əhvalatlar danışırdı, onları nağıl qəhrəmanlarımız ilə, şəhərimiz ilə yaxından tanış edirdi”.
 
Allahverdi Yolçuyev qeyri-etik mövzularla gündəmə gələn, özünü aktyor adlandıran bəzi vaynerlərdən də danışıb:
“Mən ümumiyyətlə onlara baxmıram. Çünki mövzuları yoxdur, ya da tükəniblər. Oturub Rübabə Muradovaya, Əbülfət Əliyevə qulaq asıram. Ədəbsiz görüntülərə necə yaxşı baxmaq olar ki?! Ona uşaq, ailə baxır.. Sabun köpüyü kimidir. Köpüklənir, çıxır gedir. Yaddaşlarda əlbəttə ki, qalmır. Belə işlərlə yadda qalmaq çətindir. Onların arasında bacarıqlı uşaqlar da var. Yaxşı istiqamətləndirsələr əlbəttə ki, ortaya yaxşı işlər çıxar. Daha ədəbsiz mövzulu, ədəbsiz görüntülü işlər yox”, - deyə aktyor bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər