Amerikada 2026-cı ildə sayca 4-cü yüksək vəzifəli istefa verdi...
Ekskluziv
765
09:21, Bu gün

Amerikada 2026-cı ildə sayca 4-cü yüksək vəzifəli istefa verdi...

Donald Trampın kabinetində daha bir istefa baş verdi Ağ Evin kommunikasiyalar üzrə direktoru Stiven Çeunq əmək naziri Lori Çavez-DeRemerin özəl sektorda vəzifə tutmaq üçün istefa verəcəyini açıqlayıb. Bu, son vaxtlar vəzifələrini tərk edən nazirlərin sayını üçə çatdırır. Onu da vurğulamaq gərəkdir ki, kabinetdən ayrılan hər üç nazirin hamısı qadındır.
 
Moderator.az bu haqda Türkiyənin "Haberler" portalına istinadla xəbər verir.
 
AĞ EVDƏN BƏYANAT
 
Çeunq sosial mediada verdiyi açıqlamada Çavez-DeRemerin vəzifəsindən ayrılacağını və özəl sektorda yeni bir vəzifə tutacağını bəyan edib.
 
MÜVƏQQƏT TƏYİNAT
Bəyanatda bildirilir ki, Keyt Sonderlinq Əmək Naziri vəzifəsini icraçısı təyin edilib. Beləliklə, departamentdə rəhbərlik keçidi müvəqqəti olaraq etibarnamə əsasında həyata keçiriləcək.
 
"O, MÖHTƏŞƏM BİR İŞ GÖRÜB"
Çeunq vurğulayıb ki, Çavez-DeRemerin vəzifədə olduğu müddətdə o, Amerika əməkçilərinin qorunması, iş şəraitinin yaxşılaşdırılması və bacarıqların əldə edilməsini təşviq etmək üçün mühüm işlər görüb.
 
3 QADIN NAZİR İSTEFA VERİB
 
ABŞ hökumətindəki dəyişikliklər son zamanlar diqqəti cəlb edib və Çavez-DeRemerin istefası bu prosesdə atılan son addımdır.
 
Martın əvvəlində Tramp daxili təhlükəsizlik katibi Kristi Noemi, aprelin 3-də isə baş prokuror- ədliyyə naziri Pam Bondini işdən çıxarıb. Çavez-DeRemerin istefası ilə kabinetdə qadın nazirlərin sayı xeyli azalıb.
 
Moderator.az xatırladır ki,  martın ortalarında ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin (NCTC) direktoru Co Kent İrana qarşı davam edən hərbi əməliyyatlara etiraz olaraq vəzifəsindən istefa verib.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər