Ekskluziv
267
07:44, Bu gün

"HƏMAS" rəsmisi İsrail həbsxanalarını "canlı qəbiristanlıq" adlandırdı...-FOTO

Fələstin İslam Müqavimət Hərəkatının -"HƏMAS"-IN yüksək vəzifəli rəsmisi Zaher Cabarin verdiyi açıqlamada bildirib ki, məhbusların azad edilməsi müqavimət qruplarının sarsılmaz vədidir.
 
Moderator.az xəbər verir ki, bu haqda İranın "Mehr" agentliyi məlumat yayıb.
 
"Knessetdə(İsrail parlamenti-S.L.) fələstinli məhbusların edam edilməsi haqqında qanunun qəbul edilməsinə toxunan Cabarin, builki Məhbus Gününün işğalçıların(İsrail qurumları-S.L.) məhbusları fiziki olaraq təmizləmək üçün ən qəddar işgəncə, təqib və sistematik səylərinin kölgəsində keçdiyini açıqlayıb.
 
O, həbsxanalardakı mövcud şəraiti "qanlı və fəlakətli" adlandırıb və məhbusların qəsdən yemək, su və dərmandan məhrum edilməsinin kameraları "canlı qəbiristanlığa" çevirdiyini, baxmayaraq ki, məhbusların iradəsinin sarsılmaz olduğunu bildirib" - xəbərdə belə deyilir.
 
Moderator.az əlavə edir ki, Fələstinli Məhbusların İşləri Komitəsinin hesabatına görə, 2026-ci  ilin əvvəlində İsrail həbsxanalarında 9350-dən çox fələstinli məhbus və saxlanılan şəxs olub.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər