MKİ bu ölkədə Rusiya agenturasının illərlə ABŞ və Avropaya qarşı işləmiş
Ekskluziv
1499
22 May 2025 | 07:37

MKİ bu ölkədə Rusiya agenturasının illərlə ABŞ və Avropaya qarşı işləmiş "konveyer"ini ifşa etdi... -ARAŞDIRMA

Rusiya kəşfiyyatı Braziliyanı yalançı tərcümeyi-halları ilə  gizli işləyən agentlər üçün konveyerə çevirib...

Braziliyada illərlə ABŞ və Avropada Kremlə işləyən casuslar  ifşa edilib. Orada başqa adamların adı altında yaşayıb və başqa ölkələrdə Kremlə casusluq ediblər.
 
Moderator.az  "TSN"-ə istinadla xəbər verir ki, bu barədə "The New York Times"-ın araşdırmasında danışılır.
 
Rusiya Braziliyadan bir qrup casus üçün “start nöqtəsi” kimi istifadə edib – orada onlar sənədlər əldə etməklə özlərini leqallaşdırıb, əlaqələr əldə ediblər, tərcümeyi-hallarının təfərrüatlarını cilalayıblar və razılıq alaraq oradan Kreml üçün əməliyyatlar aparmaqdan ötrü ABŞ, Avropa və ya Yaxın Şərqə köçüblər.
 
Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin başlanmasından bir neçə ay sonra Mərkəzi Kəşfiyyat İdarəsi Braziliya polisinə təcili xəbər göndərib ki, Viktor Müller Ferreyra adlı sənədləri olan rus casusu Haaqa Beynəlxalq Cinayət Məhkəməsində təcrübə keçmək üçün Hollandiyaya gəlib. Lakin yerli sərhədçilər onun ölkəyə girişinə icazə verməyiblər və həmin şəxs San-Pauluya qayıtmalı olub.
 
Braziliya polisi onu sənədləri saxtalaşdırmaqda ittiham edərək dərhal həbs edib. Lakin yoxlama zamanı kəşfiyyatçının istifadə etdiyi bütün sənədlərin orijinal olduğu üzə çıxıb. Polisin müəyyən etdiyi kimi, saxlanılan şəxsin əsl adı Çerkasov olub.
 
O, kənd yerlərində yaşayan sakinlər üçün nəzərdə tutulmuş boşluqdan istifadə edərək Braziliyanın doğum şəhadətnaməsini ala bilib. Məsələ ondadır ki, hakimiyyət iki şahidin iştirakı ilə ən azı bir Braziliya vətəndaşından doğulduğunu bəyan edən hər kəsə sənəd verə bilər. Doğum haqqında şəhadətnamə isə öz növbəsində Çerkasova Braziliya pasportu və digər zəruri sənədləri almağa imkan verib.
 
Rusiya casusluq sxemi necə işləyir?..
 
Müstəntiqlər izah edirlər ki, Braziliyada Rusiya vətəndaşları uydurma adlar altında, hətta arvadları, məşuqələri, rəfiqələri ilə (onlar da casus ola bilərlər) yaşayırlar. Adətən ruslar bizneslə məşğul olmaq adı altında gizlənirlər.
 
Bəziləri ədalətdən qaça bilir,  digərlərinə qarşı isə Braziliya cinayət işi açıb. Fərdi casusları real şəkildə azadlıqdan məhkum edilir.
 
Eyni zamanda, Braziliya İnterpol vasitəsilə təşkilata üzv olan bütün ölkələrə xəbərdarlıq göndərərək ifşa olunmuş casuslar haqqında məlumat istəyib və bu şəxslərin sənədləri saxtalaşdırdıqları üçün istintaq altında olduğunu bildirib. Bunun sayəsində onlar daha gizli işləyə bilməyəcəklər", - deyə NYT yekunlaşdırıb.
 
Xatırladılır ki, UTX Macarıstan hərbi kəşfiyyatının agentlərini ifşa edib. Agentlər Karpatyanı bölgələrdə fəaliyyət göstərərək ərazinin müdafiəsi və əhalinin əhval-ruhiyyəsi haqqında məlumatlar topl
Link kopyalandı!
Son xəbərlər