Qlobal istiləşmə və Azərbaycan
Ekskluziv
Oxunub: 403
11:36, Bu gün
Qlobal istiləşmə və Azərbaycan
Ən vaxtsa qlobal istiləşməni gələcək nəsillərin problemi hesab edirdik.  Amma o, indi baş verir. Hər temperatur rekordu bizə gələcəyimizlə bağlı pis proqnozlar təklif edir. Asılı olduğumuz hər şey – kənd təsərrüfatı, su, torpaq və sağlamlıq iqlim dəyişikliyinin təsirlərini yaşayır.  Planetimiz üçün iqlim dəyişmələri yenilik deyil. Geoloji tariximizdə soyuqlaşma və istiləşmə dövrləri çox olub. Geoloji dövrlərin iqlim dəyişmələri tədrici baş verdyindən ekoloji sistemlərin adaptasiyasına əngəl yaratmayıb. Müasir dövrdə bu fərqli senari üzrə baş verir: əvvəla, o təbii səbəblərdən deyil, insanın təsərrüfat fəaliyyət ilə bağlıdır; ikincisi, onun artım tempi yüksək olduğundan ekosistemlər, kənd təsərrüfatı və meşəçilik ona adaptasiya oluna bilmir. Onda nə edək? tarixin təkərini tərsinə fırladıb 500—600 il əvvəlki natural təsərrüfatamı qayıdaq? Bu yol Bəşəriyyətin xilas yolu deyildir. Hər hansı bir xəstəliyin düzgün müalicəsi düzgün qoyulmuş diaqnozdan asılıdır. XX-XXI əsrlər “Ətraf mühiti qoruyaq!!!” şüarı altında keçsə də, qlobal miqyasda əsaslı dönüş yaranmadı: isilik effekti yaradan qazların atmosferə atılmasında azalma baş vermədi. Bundan ötrü ilk əvvəl bu problemi yaradan səbəbləri aşkar etməliyik.
 
Birinci tezis. Ekoloji problemlər  materializmin mənəvi dəyərlər üzərində üstünlüyünün təzahürüdür. Bu, “Allah-insan” münasibətlərinin qırılması səbəbindən baş veririb ki, o da “insan-insan” və “insan-təbiət” münasibətlərinin pozulmasına gətirib çıxarıb. İstehlak cəmiyyəti və onun üzərində qurulmuş Qlobal idarəetmə bəşər tarixində “təbiətin mənafey”i nöqteyi-nəzərindən ən uğursuz bir sistemdir. Bu sistem qlobal istehsal və istehlak mühərrikini ildən ilə daha sürətlə fırlanmağa məcbur edir. Bütün bunlar təbiətin “canı” və “qanı” hesabına əldə edilir.
 
İkinci tezis. 1948-ci ildə dünya dövlətləri “Ümumdünya İnsan Haqları Bəyannaməsini” qəbul etdilər. XXI əsrin dörddə biri qədər vaxtın keçməsinə baxmayaraq, hələ də qlobal ekologiyanın yaşamaq haqqını təsbit edən “Ekoloji Bəyannamə” mövcud deyil. Əvvala, Qlobal miqyasda Beynəlxalq Ekoloji Hüquq bazası yoxdur. Belə bir sənədi hazırlayacaq Beynəlxalq Orqan da mövcud deyil. Çünki dünya dövlətləri hələ də beynəlxalq qanunvericiliyin vahid prinsiplərini razılaşdırmayıblar. İkincisi, hazırda imzalanmış Beynəlxalq konvensiyalar, müqavilələr və protokollar çox fərqli məsələlərə - ozon təbəqəsinin qorunmasına, iqlim dəyişmələrinə və digər problemlərə  həsr olunmuşdur. Üstəlik də müxtəlif beynəlxalq hüquqi aktları imzalamış dövlətlərin siyahısı nadir hallarda üst-üstə düşür. Bununla da mövcud müqavilələri razılaşdırmaq qeyri-mümkün olmuşdur. Buradan belə nəticə çıxır ki, içində yaşadığımız və sərvətlərindən bəhrələndiyizim təbiət tam hüquqsuz vəziyyətdədir. Ona görə də beynəlxalq müqavilələr, protokol və bəyanatlar sistemi ləğv edilməli, Beynəlxalq Qanunvericilik Aktı – «Qlobal Ekoloji Kodeks» qəbul edilməlidir.
 
Üçüncü tezis. Təbii resursların istismarı ekoloji problemlərin ilkin səbəbidir. Planetemizin təbii resursları ayrı-ayrı dövlətlərin və transmilli şirkətlərin əlində cəmlənib, onlar tərəfindən amansızcasına istismar olunur. Bəşər tarixi resurslar uğurunda müharibərlərdən, siyasi çəkişmələrdən başqa bir şey deyildir: kimə su, kimə torpaq, kiməsə qonşusundan başqa sərvəti qopartmaq lazımdır. Nə qədər ki, təbii resurslar kimlərinsə əlindədir dünya aclıq və yoxsulluqdan, müharibə və siyasi çəkişmələrdən və nəhayət ekoloji problemlərdən qurtulası deyil. 
 
Dördüncü tezis. İnsan cəmiyyəti yeni tarixi dövrə qədəm qoymuşdur. Əvvəllər məlum olmayan problemlər, o cümlədən ekoloji problemlər yeni dövrdə elə həddə çatmışdır ki, hətta ən inkişaf etmiş ölkələr onları təklikdə həll etmək iqtidarında deyildir. Ekoloji problemlər qlobal olduğuna görə, onların həllindən ötrü əsaslı çevriliş qlobal səviyyədə baş verməlidir. Bu gün heç bir dövlətin belə bir səriştəsi yoxdur ki, bütövlükdə Bəşəriyyətin əmin-amanlığına zəmanət versin, qlobal istiləşmənin qarşısını alıb, planetimizi əvvəlki vəziyyətinə qaytarsın.
       
Bəs çıxış yolu nədir?
 
Əvvəla, ekoloji problemlər yalnız Bəşəriyyətin Birliyi çərçivəsində öz həllini tapa  bilər. Bəşəriyyətin birliyi bərqərar olmayana qədər onun firavanlığına, sülh və əmin-amanlığına və ekoloji problemlərin həllinə nail olmaq qeyri-mümkündür. Vahid Dünya Sivilizasiyası bəşəriyyətin sosial təkamülündə yekun mərhələdir. Belə bir sistemin ortaya çıxması Qlobal ekoloji problemlərin sonu olacaq. Belə görünür ki, təbiət bizə çıxış yolu qoymayıb. Ya birləşib Yer kürəsini “Ümumi Vətən” kimi qəbul edib, onun qayğısına qalmalıyıq, ya da bizi dinozavrların taleyi – məhvolma gözləyir.
 
İkincisi, dünyanın təbii sərvətləri ayrı-ayrı millətlərin və transmilli şirkətlərin nəzrətindən çıxarılmalı və Bəşəriyyətin birgə istifadəsinə verilməli və onların tədarükü üzərində Beynəlxalq nəzarət qoyulmalı, millətlər arasında ədalətlə bölünməlidir. Bundan sonra   dünya tərki-silah olmalı, ordular buraxılmalı, hərbi xərclər elm və texnologiyaların, təhsil və səhiyyənin inkişafına, ətraf mühitin qorunmasına və Kosmik resursların mənimsənilməsinə və bununla da Yer kürəsinin yükünün azaldılmasına yönəldilməlidir.
 
Vəziyyət tam ümidsiz deyil. Paris İqlim Sazişi bəşər tarixində ilk dəfə olaraq Yer kürəsindəki bütün millətləri və dövlətləri qlobal miqyasda iqlim dəyişilkilərinin qarşını almaqdan ötrü bir araya gətirdi. Dünya liderləri geosiyasətdən kənara çıxaraq, bəşəriyyətin maraqlarına uyğun olaraq müqavilə bağlaya bildilər. Bu əlamətdar fakt, bütün ölkələri  əhatə etməklə daha hərtərəfli müqavilə üçün hüquqi presedent yaratdı. Paris İqlim Sazişi bizə birgə çalışmaq və məqsədlərə çatmaq qabiliyyətinə malik olduğumuzu nümayiş etdirdi. Bu cür yanaşma ilə biz həm də müharibələrə son qoya, dünyanı birləşdirə və qlobal ekologiyanı sabitləşdirə, Kosmik resurslara yola aça bilərik. Bu Saziş gələcəkdə digər əhatəli qlobal müqavilələrin müjdəçisidir. 
 
Qlobal istiləşmənin Azərbaycanda yaradacağı problemlər haqqında bir qədər danışaq. Temperaturun 2-30C artması senarisində onları araşdıraq.  Əksər ərazilərimizdə orta illik temperatur 140 -14,60C təşkil edir. Bu göstərici 16-170C olarsa, bizi hansı hadisələr gözləyə bilər? temperatur artımı sirin su resurslarının azalmasına, kənd təsərrüfatında, sənaye və məişətdə suya olan ehtiyacı artmasına gətirib çıxaracaq; yağıntıların azalması meşə örtüyünün azalmasına, eroziya, sürüşmə və sel hadisələrinin artmasına, bulaqların qurumasına səbəb olacaq; yay və qış otlaqlarının deqradasiyası və səhralaşması güclənəcək; torpağa daxil olan biokütlənin azalması humus və qida maddələrinin azalmasına və atmosferə daxil olan karbonun artmasına səbəb olacaq; epidomoloji vəziyyət pisləşəcək, planetimizin cənub enliklərində yayılmış xəstəlik və ziyanvericilərin Azərbaycanda yayılmasından ötrü əlverişli şərait yaranacaq. Azərbaycan bu prosesin fəsadlarını azaltmaqdan ötrü hansı addımları atmalıdır? Bunları ən ümumiləşdirilmiş şəkildə oxucuların diqqətinə çatdırırıq:
 
İri miqyasılı meşələşdirmə və yaşıllaşdırmanın həyata keçirilməsi. Respublikamız az meşəli ölkə sayılır. Azərbaycanın meşələri 1021,88 min hektar təşkil edir (ümumi ərazinin 11%-i). Adambaşına 0,11 ha meşə sahəsi düşür ki, bu da dünya üzrə orta rəqəmdən (0,48 ha) xeyli azdır. Kütləvi meşəsalma işlərinin həyata keçirməkdən ötrü torpaqlarımız kifayət qədərdir. Dağlıq ərazilərdə həm dövlət, həm də bələdiyyə mülkiyyətində kənd təsərrüfatına az yararlı min hektarlarla torpaq sahələri vardır. Tarlaqoyurucu meşə zolaqlarının bərpası, avtomobil yollarının ətrafında, şəhər və qəsəbələrdə yaşıllaşdırma işlərinin aparılması öz aktuallığını itirməmişdir. Meşələşdirmə qlobal istilişmənin Respublikamızda gözlənilən fəsadlarına ciddi şəkildə təsir göstərə bilər: karbon qazının udulmasından tutmuş, eroziya, sürüşmə, sel hadisələrinin azaldılmasına və su mənbələrinin qorunması kimi böyük imkanlar açıla bilər. Bir nümunəni nəzərdən keçirək: İsrail dövlətinin ərazisində 70-80-ci illərdən başlayaraq, sürətlə meşələşdirmə işlərinin aparılması ölkənin iqliminə təsir göstəmişdir: ölkə üzrə orta illik temperatur qonşu ölkələrlə müqayisədə 1,0-1,50C aşağı düşmüşdür. Azərbaycan ərazisində bir  neçə yüz milyon ağacın əkilməsi (meşəli sahələrin 25%-ə çatdırılması) şübhəsiz ki, lokal və regional miqyasda təsirsiz ötüşməyəcək.
 
Su resurslarından istifadədə əsaslı dəyişikliklər. Azərbaycanın şirin su ehtiyatlarının həcmi 30-32 mlrd.m3 (son məlumatlara görə 16-17 mlrd.m3) həcmində qiymətləndirilir. Temperaturun 2-30C artması bu ehtiyatların 50-60% azalmasına gətirib çıxara bilər. Vaxtında tədbirlər həyata keçirilməsə təkcə kənd təsərrüfatı deyil, şəhər və kəndlərdə əhali də ciddi su qıtlığı ilə üzləşə bilər. Fikrimizcə yeni şirin su strategiyası aşağıdakı tədbirlərin həyata keçirlməsini tələb edir: ənənəvi suvarma sistemlərindən (şirimlı) bir dəfəlik imtina edilməli, müasir suvarma (yağışyağdırma və damcılı) sistemlərinə keçilməlidir. Respublikamızda 1,42 mln.ha suvarılan torpaqların cəmi 74 min hektarında (5,17%) müasir suvarma sisitemlərindən istifadə edilir. Halbuki bəzi ölkələrdə (məsələn, İsraildə) bu göstərici 100%-ə çatır. Müasir suvarma sistemlərinə keçilməsi, torpaq deqradasiya proselərinin (şorlaşma, şorakətləşmə, irriqasiya eroziyası və s.) qarşısını almaqla yanaşı, 80%-ə kimi suvarma suyuna qənaət etməyə imkan verəcək.
 
Su kanalları su itkilərinin baş verdiyi ən böyük mənbə hesab edilir. Müşahidələr göstərir ki, bu itkilər 50-60%-ə kimi ola bilir. Dünyanın bir çox ölkələrində olduğu kimi istər beton, istərsə də torpaq örtüklü kanallar ləğv edilməli, axıdılan suyun həcmindən asılı olaraq kanallar müxtəlif diametrli borularla əvəslənməlidir. 
 
Təkcə Bakı şəhərində tullantı sularının illik həcmi 300 mln.m3-dən çoxdur. Digər yaşayış məntəqələri də bura əlavə edilsə, böyük göstərici alınır. Tullantı sularının təmizlənməsi və onlardan təkrar istifadəyə dair dünya təcrübə vardır. Tullantı sularını mexaniki, kimyəvi və bioloji təmizləmədən  keçirib, texniki su kimi istifadəsi də şirin su ehtiyatlarının artmasına dəyərli töhfə ola bilər; Xəzərin və digər şor su mənbələrinin şirinləşdirilməsi Azərbaycanda hələ ilk addımlarını atmaqdadır. Bu sahənin inkişafı da böyük prespektivlərə yol açacaq. 
 
Bir sıra ölkələrdə açıq su hövzələrinin səthini müxtəlif vasitələrlə  (günəş panelləri, plastik kürələr və s.) örtməklə, buxarlanmanı azaltmağa çalışırlar. Azərbaycanın su anbarlarının su aynasının ümumi sahəsi 100 min hektara kimidir. Bu sahənin günəş panelləri (texniki baxımdan imkan olan yerlərdə)  və ya digər vasitələrlə örtülməsi minlərlə kub metr suyun buxarlanmasının qarşısını ala bilər.
 
Yaşıl energetikaya keçid. Ölkəmiz yaşıl energetikanın ehtiyatları ilə küfayət qədər təmin olunmuşdur. Onun potensialı 27 min MVt həcmindədir ki,  bu göstəricinin 23 min MVt günəş,  3 min MVt külək, 520 MVt dağ çaylarının potensialı, 80 MVt bioenerjinin hesabınadır. Xəzərsahili zolağın daim küləkli olması dəniz külək energetikasının inkişafından ötrü geniş imkanlar yaradır. Azərbaycanın düzən əraziləri, xüsusən də Naxçıvan ərazisi və Azərbaycanın şərq hissəsi günəşli saatların həcminə görə seçilir. Burada günəş elektrik stansiyalarının yerləşdirməkdən örtü min hektarlarla boş sahələr mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2030-ci ilə kimi alternativ enerji mənbələrindən alınan elektrik enerjisinin həcminin 30%-ə çatdırılması, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını “yaşıl enerji zonasına” çevirmək planı irəli sürülmüşdür. Bu planların həyata keçirilməsi və sonrakı on illiklərdə onun daha yüksək göstəricisinə nail olunması iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə səmərəli vasitə ola bilər.
 
 
Azər Cəfərov
Bəhai Dini icması İctimai Əlaqələr ofisinin koordinatoru
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru.
 
Oxşar xəbərlər
15:11, Bu gün
Cahangir Əsgərovun həyat yoldaşının bankı müflis olur: Müştərilər kütləvi surətdə...
15:07, Bu gün
Rəsmi Bakı Pavel Durov və Kemi Sebanın Fransada həbsini PİSLƏDİ
15:03, Bu gün
"Burada mənim övladımın həyatıyla oynayırlar” - VİDEO
14:59, Bu gün
Xalq artisti: "Onu bağışlaya bilmirəm"
14:56, Bu gün
Günay Əfəndiyeva Macarıstanın “Xidmətlərə görə Komandor Xaçı” ali ordeni ilə təltif olunub - FOTO
14:53, Bu gün
Kərimlə Röya bir toyda görün nə qədər qazanıblar: "Pulu sayıb qurtara bilmirdik" - VİDEO
14:50, Bu gün
Bacısı nışanı qaytardı, qardaşı isə otelin həyətində... – ŞOK TƏFƏRRÜAT
14:46, Bu gün
Gələn ilin müdafiə və milli təhlükəsizlik xərcləri bu qədər olacaq
14:43, Bu gün
“Fələstinə azadlıq” deyib zalı tərk etdilər - VİDEO
14:40, Bu gün
Bakı metrosu nə vaxt rahat "nəfəs alacaq?" - Yeraltı problemin yerüstü səbəbləri
14:35, Bu gün
Zelenski "sülh və qələbə" planını açıqladı
14:30, Bu gün
Messi Bakıya GƏLƏCƏK
14:26, Bu gün
Türkiyənin reytinqli serialında efirə getməyən qalmaqallı ögey ana səhnəsi - FOTO/VİDEO
14:21, Bu gün
İyirmi illik məxfi plan açıqlandı – "İran yerlə bir ediləcək"
14:16, Bu gün
"Qərb Ukraynadan yorulub" - Finlandiya XİN rəhbəri
14:11, Bu gün
Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi 75 % yerinə yetirilib - VİDEO
14:07, Bu gün
İngiltərə millisinin yeni baş məşqçisinin adı məlum oldu
14:03, Bu gün
Qohumlarının cəsədləri ilə birgə qayıqda qalıb 67 gün sonra sağ tapılan kişi ilk dəfə danışdı
13:59, Bu gün
Estetik əməliyyatdan sona özünə 8 yaş kiçik sevgili tapdı
13:57, Bu gün
Sərhədlərin dəyişdirilməsi, yeni SAVAŞ SSENARİSİ: Üçüncü Dünya Müharibəsini bu ölkələr BAŞLADACAQ
13:54, Bu gün
Həyət evlərinə mərkəzi istilik çəkilə bilər? - Rəsmi AÇIQLAMA
13:49, Bu gün
18 il yolunu gözlədiyi oğlu şəhid olan ana: "Təsəllimi ancaq məzarından alıram" - VİDEO
13:44, Bu gün
Nazir rəis əvəzini vəzifəsindən azad etdi, yeni müavin təyin olundu - YENİLƏNİB + FOTO
13:39, Bu gün
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
13:35, Bu gün
Bu şəxslərə ŞAD XƏBƏR! Pensiya ilə təmin olunacaqlar
13:32, Bu gün
İranın yerində 4 dövlət qurulur? - Zirəddinin proqnozu
13:30, Bu gün
Azərbaycan təmsilçisi "Mingəçevir reqatası-2024"də qızıl medal qazanıb
13:27, Bu gün
Astarada 11-ci sinif şagirdi istədiyi qıza görə özünü asıb - TƏFƏRRÜAT
13:24, Bu gün
Sabah qar yağacaq, dolu düşəcək - PROQNOZ
13:20, Bu gün
"Mənim sahibim var, mən yiyəsiz deyiləm"
13:16, Bu gün
Hər gün qoz yeməyin faydası
13:12, Bu gün
Lalə Məmmədovadan qızları ilə bağlı paylaşım - FOTO
13:08, Bu gün
"Ukrayna müttəfiqləri tərəfindən "ikinci cəbhənin" açılmasını gözləməyəcək" - Podolyak 
13:04, Bu gün
Yaxın Şərq "düyünü": Müharibə genişlənir, üçüncü dünya savaşı ehtimalı artır - TƏHLİL
13:00, Bu gün
Gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim edildi
12:55, Bu gün
Bakıda avtomobil piyadanı vurdu, sıxlıq yarandı
12:51, Bu gün
İranda güclü PARTLAYIŞ - VİDEO
12:47, Bu gün
Bakıda qadınları görüntüləri ilə şantaj edən bloqer HƏBS EDİLDİ - FOTO
12:43, Bu gün
Alen Simonyanın yuxusu, Ani Badalyanın ifşası və hind raketləri...
12:40, Bu gün
"Bütün dünyadan tələb edirik ki, səsimizə səs versinlər" - İtkin düşən tankçının qızı
12:36, Bu gün
Azad olunmuş ərazilərin bərpası üçün xərclənən vəsait məlum oldu
12:32, Bu gün
Fuad Hüseynov BMT-nin 75-ci sessiyasında iştirak edib - VİDEO
12:27, Bu gün
Məlahət Sultanovaya VƏZİFƏ VERİLDİ
12:23, Bu gün
Mübariz İbrahimovun atası vəfat etdi
12:22, Bu gün
Bölgənin yeni xəritəsi cızılır - “Türkiyəyə qonşu olacaqlar”
12:17, Bu gün
“Qadınların ağaclara dırmaşmaq kimi bacarıqları azdır” - Nazir müavini
12:12, Bu gün
Görücü Vanqa ili açıqlayıbmış - Bu tarixdə qiyamət qopacaq
12:07, Bu gün
Mübariz İbrahimovun atası VƏFAT ETDİ
12:06, Bu gün
FHN əhaliyə müraciət etdi
11:57, Bu gün
Keçmiş sevgilisindən qopa bilməyən bürclər - "Bu dəfə daha yaxşı olacaq"
11:51, Bu gün
“Qarabağ”ın futbolçusu Qurban Qurbanovla qohum olur
11:46, Bu gün
BDU tələbələri iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığı təşviq edirlər - FOTO
11:39, Bu gün
Azad edilmiş ərazilərdə elə minalar var ki, onu heç minaaxtaranlar da tapa bilmir - Deputat
11:36, Bu gün
Qlobal istiləşmə və Azərbaycan
11:30, Bu gün
“Üzvi kimya ilə bağlı araşdırmalar aparmaq istəyirəm” - BDU-nun ən gənc tələbəsi
11:24, Bu gün
Azərbaycana gətirilən narkotikin 95%-dən çoxu İrandan keçirilib - RƏSMİ
11:20, Bu gün
DYP sürücülərə müraciət etdi
11:16, Bu gün
Azərbaycanda 130 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
11:08, Bu gün
Nəbatat bağı belə görünəcək - FOTOLAR
10:58, Bu gün
"Türklərin mənşəyi" məqaləsini yazan yəhudi müəllimi erməni müstəntiq güllələtdi...
10:56, Bu gün
Nazir: Dini təhsil adı altında şagird və tələbələrə dini mesajlar verilməsi yolverilməzdir
10:44, Bu gün
27 nəfərin ölümü ilə nəticələnən terror aktı törətmiş şəxs tutulub
10:38, Bu gün
Komitə sədri: Dini tədris etmək elmi düşüncə və pedaqoji bacarıq tələb edir
10:33, Bu gün
Azərbaycana bir sıra balıq növlərinin idxalına gömrük rüsumu tətbiq ediləcək
10:27, Bu gün
Aqil Şirinov: Dinin əsas prinsipləri cəmiyyətə din təhsili ilə çatdırılmalıdır
10:26, Bu gün
Bakıda qazanxanada partlayış olub - Hadisə yerindən GÖRÜNTÜLƏR
10:14, Bu gün
Tovuzda kütləvi zəhərlənmə olub - ARAŞDIRMA BAŞLADI
10:13, Bu gün
BTQ tanınmış afrikalı fəal Kemi Sebanın Fransada həbs olunmasını pisləyib
10:09, Bu gün
Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməliyik?
10:07, Bu gün
Xəzərdə zəlzələ olub
09:55, Bu gün
Bakıda yük maşını təhlükəli anlar yaşatdı - VİDEO
09:51, Bu gün
TƏBİB “Həmişə ayaq üstə” layihəsi keçirəcək
09:40, Bu gün
İranda neft zavodunda yanğın: ölən və yaralananlar var
09:31, Bu gün
Bəzi yerlərdə leysan yağır - FAKTİKİ HAVA
09:26, Bu gün
Oktyabr ayında hansı balığı yemək lazımdır?
09:18, Bu gün
Damla metroya mindi - sıxlıqda verdiyi reaksiya diqqət çəkdi - VİDEO
09:14, Bu gün
İran-İsrail gərginliyi fonunda neft qiymətləri necə dəyişir?
09:09, Bu gün
Dünya Bankı Qəzzaya dəyən ziyanın həcmini açıqladı
08:59, Bu gün
ABŞ İsrailə ultimatum verdi
08:47, Bu gün
Bu avtobus zolaqlarına daxil olmaq olar - SİYAHI
08:47, Bu gün
Qərblə Rusiya qlobal konsensus əldə etməsə, Ermənistanla münaqişə həll olunmayacaq...”
08:27, Bu gün
Vanqanın 2025-ci il üçün PROQNOZLARI: Formula 1-də...
08:18, Bu gün
Nə üçün düşündüyümüz şeyləri unuduruq?
08:08, Bu gün
Azərbaycanlı müğənni həyat yoldaşını XƏYANƏT edərkən tutdu- GÖRÜN NƏ ETDİ 
07:49, Bu gün
Neft emalı zavodunda GÜCLÜ YANĞIN: Çox sayda yaralı var
07:45, Bu gün
Türkiyə parlamenti məxfi toplantı keçirdi: Hakan Fidan və...- İsraillə savaş olacaqmı?..
06:58, Bu gün
Zelenskinin Qələbə Planının nələrdən ibarət olduğu bilindi...-DETALLAR
15 Oct 2024 | 23:51
Bakıda avtobusda gərgin anlar: Sərnişinlər marşrutdan düşürüldülər
15 Oct 2024 | 23:50
Bloomberg: Çinli hakerlər Britaniyaya qarşı kiberhücumlar həyata keçirib
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
15 Oct 2024 | 23:25
Ermənistanda Rusiya hərbçiləri təlim keçir
15 Oct 2024 | 23:22
Miller: ABŞ Azərbaycanla Ermənistan arasında sülh sazişini heç vaxt COP29-la əlaqələndirməyib
15 Oct 2024 | 23:21
Gürcüstan 2025-ci ildə ordunun sayını artırmayacaq
15 Oct 2024 | 23:17
"Şərurlu İsfəndiyar"ın şirkəti 15 min manat cərimələnə bilər
15 Oct 2024 | 23:10
Yerin maqnitosferi SİLKƏLƏNƏ BİLƏR - Bu tarixdə...
15 Oct 2024 | 23:05
Rəsmi Təl-Əvivin son qərarı Moskvada NARAHATLIQ YARATDI
15 Oct 2024 | 22:55
Harris onlara müsahibə verməkdən İMTİNA ETDİ
15 Oct 2024 | 22:48
Polis futbolçunu azarkeş bilib qamçıladı -VİDEO
15 Oct 2024 | 22:40
Paşinyan Moskvada İlham Əliyevə təklif edib ki… - Xandanyan
15 Oct 2024 | 22:30
32 dişini çıxartdılar, ürəyi tutdu və...
GÜNLÜK
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
15 Oct 2024 | 17:27
“Ərimə yazığım gəlir ki, qarşısına mənim kimisi çıxıb” - VİDEO
15 Oct 2024 | 19:43
Bu gecə bəzi bank kartları işləməyəcək - SİYAHI
15 Oct 2024 | 17:52
Dağıstan rəhbəri Kadırovun senator Kərimovun ünvanına təhdidlərinə cavab verdi
15 Oct 2024 | 16:29
Mir Cəfər Bağırov görkəmli müsavatçı Əli bəy Zizikskinin köməkçisi olub...
15 Oct 2024 | 15:20
Kanalda batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
15 Oct 2024 | 16:55
"İsrail İrana cavab zərbəsi ilə bağlı ABŞ-ı məlumatlandırıb" - "The Washington Post"
15 Oct 2024 | 15:30
"Sonuncu dəfə ilyarım qabaq almışam" - Xəzərdə balıqlar niyə qeybə çəkilib? - VİDEO
15 Oct 2024 | 15:35
"Mən Putinin gözlərindən Ukraynaya hərbi müdaxilə edəcəyini sezmişdim" - Donald Tramp
15 Oct 2024 | 15:51
Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə elan etmək lazımdır - TƏHLİL + FOTO
HƏFTƏLİK
14 Oct 2024 | 17:41
Ramzan Kadırov Rusiya bayrağından imtina edən dünya çempionuna müraciət etdi
13 Oct 2024 | 10:33
At, eşşək və donuz əti idxalına 100 faiz gömrük ENDİRİMİ 
10 Oct 2024 | 23:00
Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir
11 Oct 2024 | 19:10
“Vatsap” qruplarındakı hegemon valideynlər - Onlar sinfi necə idarə edir?
12 Oct 2024 | 22:49
“Mənim nazir olduğum dövrdə də belə hadisələr olurdu, amma...”- Misir Mərdanov (ÖZƏL)
13 Oct 2024 | 21:07
AA: Fətullah Gülənin Pensilvaniyadakı yeni evindən çıxarkən fotoları çəkilib - VİDEO
15 Oct 2024 | 00:35
Bu gün Tərtər qəbiristanlığının atəşə tutulmasının ildönümüdür
10 Oct 2024 | 00:22
İsrailin müdafiə naziri: "İrana ölümcül və gözlənilməz zərbə endirəcəyik"
09 Oct 2024 | 22:30
120 yaşa qədər yaşamaq indi də mümkündür
10 Oct 2024 | 20:53
Minimum əmək haqqı 500 AZN olacaq?
AYLIQ
15 Oct 2024 | 23:35
“Mehriban Ələkbərzadə mənə dedi ki, cavan olsaydın...”-Aktyora teatrlarda niyə yer yoxdur?-ÖZƏL+ŞİKAYƏT
15 Oct 2024 | 17:27
“Ərimə yazığım gəlir ki, qarşısına mənim kimisi çıxıb” - VİDEO
15 Oct 2024 | 19:43
Bu gecə bəzi bank kartları işləməyəcək - SİYAHI
15 Oct 2024 | 17:52
Dağıstan rəhbəri Kadırovun senator Kərimovun ünvanına təhdidlərinə cavab verdi
15 Oct 2024 | 16:29
Mir Cəfər Bağırov görkəmli müsavatçı Əli bəy Zizikskinin köməkçisi olub...
15 Oct 2024 | 15:20
Kanalda batan şəxsin meyiti tapıldı - YENİLƏNİB
15 Oct 2024 | 16:55
"İsrail İrana cavab zərbəsi ilə bağlı ABŞ-ı məlumatlandırıb" - "The Washington Post"
15 Oct 2024 | 15:30
"Sonuncu dəfə ilyarım qabaq almışam" - Xəzərdə balıqlar niyə qeybə çəkilib? - VİDEO
15 Oct 2024 | 15:35
"Mən Putinin gözlərindən Ukraynaya hərbi müdaxilə edəcəyini sezmişdim" - Donald Tramp
15 Oct 2024 | 15:51
Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə elan etmək lazımdır - TƏHLİL + FOTO