Xəbər verdiyimiz kimi, Ermənistan Azərbaycanla sərhəddə üzərində səlib simvolu olan dövlət bayraqları qaldırıb.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov İrəvanın bu addımı növbəti absurd kimi dəyərləndirib:
“Ermənistanın sərhədlərimiz yaxınlığında üzərində səlibçi xaçı olan dövlət bayraqları qaldırması İrəvanın növbəti cəfəng addımından başqa bir şey deyil. Görünür, İrəvan bununla bizə hansısa psixoloji təzyiq göstərməyə çalışır. Ola bilsin ki, bununla onlar Avropa İttifaqının Ermənistandakı missiyasına da xristian olduqlarını xatırlatmaq istəyirlər. Lakin bu bir həqiqətdir ki, Ermənistan öz bayrağını hansı rəng, hansı simvolla bəzyirsə bəzəsin, bu, mövcud reallığı dəyişdirməyəcək.
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda yeni bir status-kvo yaradıb və heç bir qüvvə bu reallığı dəyişdirmək iqtidarında deyil”.
Seymur ƏLİYEV