Flora Kərimovanın qalmaqallı məhkəmələri – İlginc faktlar, şok rəqəmlər 
Oxunub: 5682
25 Jan 2024 | 19:38
Flora Kərimovanın qalmaqallı məhkəmələri – İlginc faktlar, şok rəqəmlər 
Nərimanov Rayon Məhkəməsi müğənni Afət Fərmanqızının Xalq artisti Flora Kərimovaya 10 min manat təzminat ödəməsi ilə bağlı qərar çıxarıb. İki ilə yaxın davam edən məhkəmə 2024-cü il, 24 yanvarda yekunlaşıb. Ekspert rəyləri A.Fərmanqızının sosial şəbəkələrdə Xalq artistinin şərəf və ləyaqətini ləkələdiyini sübut edib.
 
Hər kəsə yaxşı bəllidir ki, bu, F.Kərimovanın ilk məhkəmə çəkişməsi deyil. Xalq artisti indiyə qədər, peşəsindən və mövqeyindən asılı olmayaraq bir çox şəxsi, hətta hökuməti belə, məhkəməyə verib və demək olar ki, əksəriyyətində qalib gəlib.
 
Moderator.az mövzunun aktuallığını nəzərə alaraq, F.Kərimovanın indiyə qədər səs-küy doğuran məhkəmə prosesləri ilə bağlı araşdırma edib.
 
Flora-İlhamə cütlüyü və ya “mehriban” düşmənlər
 
Xalq artisrləti Flora Kərimova ilə İlhamə Quliyeva arasında uzun illər söz müharibəsi hökm sürüb. Bir-birilərinin ünvanına təhqirlər, təhdidlər, ittihamlar səsləndirən sənətkarlar dəfələrlə məhkəməlik olublar. F.Kərimova TV verilişlərinin birində onu təhqir etdiyinə görə İ.Quliyevanı məhkəməyə verib. 4 il davam edən məhkəmə çəkişməsindən sonra məhkəmə İ.Quliyevanın F.Kərimovanın ünvanına təhqirlərə yol verdiyini təsdiqləyib. 2012-ci ilin aprelində məhkəmə İ.Quliyevanın F.Kərimovadan üzr istəməsi ilə bağlı qərar qəbul edir. Lakin Xalq artisti bu üzrü qəbul etməyib.
Cəmi bir ay sonra isə İ.Quliyeva şərəf və ləyaqətinin alçaltdığına, işgüzar nüfuzuna xələl gətirdiyinə görə F.Kərimovanı məhkəməyə verib. Nəsimi Rayon Məhkəməsi F.Kərimovanı 3 min manat məbləğində cərimə edib. Göstərilən məbləğ İ.Quliyevaya 3 il müddətinə (F.Kərimovanın pensiyasından müəyyən məbləğ tutulmaqla) ödənilib. İlhaməni təhqir etdiyinə görə peşmançılıq hissi keçirmədiyini bildirən F.Kərimova İ.Quliyevanı məhkəməni tanışlıqla udamqda ittiham edib.
 
Faiq Ağayevlə qara çəkişmə
 
İlhamə-Flora davası, nəinki iki Xalq artisti arasında baş verib, başqa sənət adamları da bu ədavətin qurbanına çevrilib. Onlardan biri də Xalq artisti Faiq Ağayev olub. “Mən iki sənətkar arasında illərdir davam edən nifaqın qurbanıyam”, - deyən F.Ağayev dəfələrlə F.Kərimova tərəfindən məhkəməyə verilib. F.Ağayevin F.Kərimovanı təhqir etməsi iddiası ilə qaldırılan məhkəmə çəkişməsi 3 ildən çox davam edib. 2009-cu ilin avqustunda məhkəmə tərəflərin bir-birindən üzr istəməsi və hər iki şəxsin 2 min manat təzminat ödəməsi barədə qərar çıxarıb. Qərardan narazı qaldan F.Kərimova Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutacağını bildirib.
Mediada yazılana görə, 2009-cu ildə F.Kərimova F.Ağayevə qarşı şərəf və ləyaqətinin təhqir olunmasıyla bağlı yeni iddia qaldırıb. İddiaya görə F.Ağayev F.Kərimova haqqında olduqca təhqiramiz 34 ifadə işlədib. Lakin Yasamal Məhkəməsinin hakimi Svetlana Əhmədova işi icraata götürməyib.
 
Xalq artistlərinin arasında 2008-ci ildə ANS telekanalında yeni il çəkilişi zamanı da xoşagəlməz insident yaşanıb. Kanalın dəhlizində başlayan mübahisə 2021-ci ilin yanvar ayında Yasamal rayon məhkəməsində bitib. Hakim Xəqani Tağıyev F.Kərimovanın şikayəti üzrə F.Ağayevi təqsirsiz elan edib. 
 
İnstaqram izləyicisinə 1 illik cəza
 
F.Kərimova İ.Quliyevaya o qədər nifrət edib ki, həmkarı ilə müqayisə edilməsini belə, aqressiyayla qarşılayıb. 2021-ci ildə Xalq artisti İnstaqramda onun şəxsi həyatı haqqında böhtan və təhqir dolu fikirlər yazaraq onu mərhum İ.Quliyeva ilə müqayisə edən şəxsi məhkəməyə verib. Təqsirləndirilən şəxs F.Kərimova ilə barışığa cəhd etsə də, Xalq artisti təklifi rədd edib. Həmin şəxs məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək bir il müddətinə islah işləri cəzasına məhkum edilib.
Sərxan Kərəmoğlunun peşmançılığı
 
F.Kərimova “Biz+” jurnalına müsahibəsində onun ünvanına təhqiredici ifadələr səsləndirdiyinə görə Sərxan Kərəmoğluna qarşı iddia qaldırıb. 2009-cu ildə Gəncə şəhər Kəpəz rayon Məhkəməsi S.Kərəmoğlunun 500 manat cərimə olunması və F.Kərimovadan lazımi qaydada üzr istəməsi barədə qətnamə çıxarıb. Üzrün məzmunu Xalq artisti tərəfindən tərtib ediləcək mətnlə Sərxan Kərəmoğlunun onu təhqir etdiyi jurnalda təkzib kimi dərc olunub.
 
Röyalənin ərşə çəkilən röyası
 
2018-ci ildə Xalq artisti ilə Əməkdar artist Röya Ayxan arasında yaranan qalmaqal da məhkəməyə qədər gedib çatıb. Belə ki, F.Kərimova Röya üçün səs diapazonunun kiçik olması barədə fikir səsləndirib. Əməkdar artist isə F.Kərimovanın qızına müraciət edərək “Zümrüd, xahiş edirəm bu sənətkara diqqət ayırın. Ayıbdır artıq” mesajını ünvanlayıb. Qarşı tərəf isə, “Mən demişəm, yenə təkrar edirəm. Məhkəmədən tutmuş, mənə yönləndirilən güvəndiklərinə qədər hər bir qərəzli sözün sahibinin boynuna biçiləcək cavabım var. Mən bu 78 ili “sizlər” kimi necə gəldi yaşamadım ki, öz beyninizə görə mənə söz deməyə həm diliniz ola, həm də dilçəyiniz. Səni analığına bağışladım, layiq olduğun-olmadığın xoş sözlərlə başa salmağa çalışdım, görürəm, ayağın yer aldı. Açıq məhkəmədə görüşənədək” – deyə İnstaqram hesabında yazıb. Ancaq sonradan müğənnilər arasında barışıq olub.
  
Ülviyyə Alovlunun “alovunu söndürmək” cəhdi
 
Xalq artistinin məhkəməyə verdiyi şəxslər arasında jurnalist Ülviyyə Alovlu (Muradova) da var. F.Kərimovanın təhqir və böhtanlara görə şikayətinə əsasən, Ü.Alovluya qarşı xüsusi ittiham qaydasında Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb. Jurnalist məhkəmədə iştirakdan boyun qaçırdığı üçün, hətta Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Ü.Muradova barəsində axtarış elan edilib. Düz 5 ilə yaxın davam edən məhkəmə, nəhayət ki, 2023-cü ilin iyununda başa çatıb. Hakim Abbas Rzayev Ü.Muradova barəsində bəraətverici hökm çıxarıb.
 
Onu da qeyd edək ki, 2022-ci ildə Ülviyyə Alovlu Flora Kərimovanı məhkəməyə verib. Jurnalist müğənnini ona böhtan atdığı üçün Cinayət Məcəlləsinin 147.1,147.2 və 148-ci maddələrilə şikayət edərək həbsini tələb edib.
 
Qaş düzəltmək istədi, gözünü çıxardı
 
F.Kərimova 2023-cü ildə plastik cərrah və kök hüceyrə uzmanı Sevinc Heydərovaya qarşı mülki iş üzrə məhkəmədə iddia qaldırıb. Xalq artisti bu addımı atmasına, S.Heydərovanın onu uğursuz əməliyyat etdiyini əsas gətirib. Bildirib ki, həmin həkimin əməliyyatından sonra gözlərində problem yaranıb.
 
Hökumətə qarşı 59 min 100 avroluluq qələbə
 
F.Kərimova təkcə şəxslərlə yox, hökumətlə də məhkəmə çəkişməsi yaşayıb. Belə ki, 2005-ci ildə keçirilən parlament seçkilərində  “Azadlıq” siyasi partiyalar blokunun 42 saylı Sumqayıt 1-ci seçki dairəsindən Flora Kərimovanın namizədliyi irəli sürülür. O, 35 seçki məntəqəsi üzrə qalib gələrək Dairə Seçki Komissiyasının yekun protokolu ilə deputat seçilsə də, Mərkəzi seçki Komissiyası nəticələri etibarsız hesab edir. F.Kərimova üzləşdiyi vəziyyətlə bağlı Avropa Məhkəməsinə şikayət edir. 2010-cu ildə onun Avropa İnsan Haqları Məhkəməsində Azərbaycan hökumətinə qarşı qaldırdığı iddia təmin edilir. Qərara görə, Azərbaycan hökuməti zərərçəkənə 59 min 100 avro cərimə ödəməliydi. Məbləğin 50 min avrosu maddi ziyana, 7500-ü mənəvi zərərə, 1600 avro isə çəkdiyi xərclərə görəydi.
 
Xalq artisti həmin məhkəmə ilə bağlı bildirir ki, dövlətə qarşı olan bu qərardan nə qədər utanc hissi keçirsə də, onu belə bir addım atmağa ədalətsiz qərarlar çıxaran məhkəmələr məcbur edib.
 
Bütün bunlar F.Kərimovanın sadəcə bilinən, mediaya sızan məhkəmə prosesləridir. İddialara görə, ictimaiyyətə ötürülməyən xeyli sayda məhkəmələr də var. Məsələn, Xalq artistinin A.Fərmanqızı ilə pararlel olaraq həmin ərəfədə daha 3 nəfərlə də məhkəmə çəkişməsi olduğu bildirilir.
   
Sonda onu da qeyd edək ki, Xalq artisti məhkəmə çəkişmələrini belə əsaslandırıb: “Mən şərəfimi, ailəmin namusunu, övladlarımın qazandığı səviyyəni qorumaq istəyirəm. Mən bu gün varam, sabah yoxam. İstəmirəm ki, məndən sonra bu problemlər övladlarıma başağrısı olsun. Bu problemlərə məndən başqa heç kəs cavab verə bilməz. Çünki mən bu problemlərin içindəyəm. Haqqı-nahaqqa vermək istəmirəm. Odur ki, haqqımı sənət və sübutla isbat edirəm”. 
 
Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı