Ekskluziv
1949
27 Jun 2023 | 20:20

"Rusiya prezidenti Putin güclü və populyar lider olaraq qalır" - Orban

 

"Rusiya Avropa ölkələri kimi fəaliyyət göstərmir, burada quruluş başqadır, güc başqadır, sabitlik başqadır..."

 

 

"Ukrayna daha suveren ölkə deyil, Qərb ölkələrinin yardımı ilə döyüşür və büsbütün Vaşinqtondan asılıdır..."

 

 

Macarıstanın baş naziri Viktor Orban Ukrayna ilə Rusiya arasında dərhal danışıqlara tərəfdar çıxıb.

 

 

Moderator.az xəbər verir ki, bu barədə o, Almaniyanın "Bild" qəzetinə müsahibəsində bəyan edib.

 

 

O, Qərbin Ukraynanın qələbəsinə əminliyini "vəziyyətin anlaşılmaması" ilə izah edib. "Bu, mümkün deyil. Problem ondadır ki, ukraynalılarda ruslara nisbətən əsgərlər daha tez tükənəcək və bu, nəticədə həlledici amil olacaq", - Orban bəyan edib.

Onun sözlərinə görə, həm də Ukrayna "daha suveren ölkə deyil", onun pulu yoxdur, silahı yoxdur, o, yalnız Qərb ölkələrinin yardımı ilə döyüşə bilər və büsbütün Vaşinqtondan asılıdır. "Ona görə də amerikalılar sülh istəsələr, sülh baş tutacaq", - Orban deyib.

Bu zaman o, bəyan edib ki, Macarıstan USQ-yə Qərb silahının tədarük edilməsinin əleyhinə çıxarkən "Ukraynanı xilas etmək istəyir". Bunun üçün, onun fikrincə, ABŞ-a Rusiya ilə danışıqlar aparmağa imkan vermək lazımdır.

"Məqsəd təhlükəsizlik arxitekturası haqqında sazişə nail olmaq və yeni təhlükəsizlik arxitekturasında Ukrayna üçün yer müəyyən etmək olmalıdır".

Müsahibədə söhbət həmçinin Rusiyada son hadisələrdən də gedib. "Vaqner qrupu" özəl hərbi şirkətinin qiyamı haqqında suala Orban bir neçə ziddiyyətli cavablar verib.

O cümlədən o, bəyan edib ki, bu iki günlük qarışıqlığın "heç bir mənası", "heç bir əhəmiyyəti olmayıb" və onun tez bir zamanda sona yetməsi "Rusiya prezidentinin gücünün əlamətidir".

Lakin o, razılaşıb ki, hansısa məqamda Putin vəziyyətə nəzarəti itirib. Bu zaman Orban izah edib ki, Rusiya Avropa ölkələri kimi işləyib fəaliyyət göstərmir.

"Rusiyadakı qurumlar sabitdir. Onlar orduya, məxfi xidmətlərə, polisə əsaslanıb, ona görə də bu, başqa ölkədir, hərbi əməliyyatlara yönələn ölkədir. Almaniya və Macarıstan başqa dünyadır. Quruluş başqadır, güc başqadır, sabitlik başqadır.

Ona görə də əgər biz orada hər şeyin necə işləməsini öz məntiqimizdən çıxış edərək anlamaq istəyiriksə, biz həmişə haqsız olacağıq", - Orban deyib və əmin olduğunu bildirib ki, 2024-cü ildən sonra Rusiyanın prezidenti yenə də Vladimir Putin olacaq.

O, həmçinin əlavə edib ki, Rusiya hakimiyyətinin, guya, zəif olması barədə söz-söhbətlər Ukrayna ilə münaqişə fonunda təbliğatın bir hissəsidir. Orban vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin güclü və populyar lider olaraq qalır.

"O, sabitdir, Rusiyanın seçilmiş lideridir və onun arxasında dayanan qurumlar kifayət qədər güclüdür. Ona görə də biz Rusiyanın bütün kompleksinə ciddi yanaşmalıyıq", - Orban deyib.

Macarıstanın baş naziri Vladimir Putinin siyasətini  sadiq tərəfdarıdır. Orban dəfələrlə Rusiyanın üzərindən sanksiyaların götürülməsinə tərəfdar çıxıb, Qərbi müharibədə ittiham edib və Avropaya Ukraynaya hərbi yardım göstərilməsinin dayandırılmasına çağırış edib.

Bu ilin fevral ayında Orban Ukraynanın mövcudluğu barədə "tamamilə" unudaraq bəyan edib ki, Qərbdə Macarıstan almandilli əhali ilə, şərqdə isə ruslarla həmsərhəddir.

Lakin mayın əvvəlində Orban birdən "xatırlayıb" ki, Ukraynanın bir hissəsi "qədim macar torpağıdır" və bir daha Rusiyanın bu müharibədə qələbəsinin labüd olduğu barədə öz nöqteyi-nəzərini ifadə edib. İyunun əvvəlində Orban Avropa İttifaqında sülhə tərəfdar çıxan yeganə baş nazir olmağın çətinliyindən şikayətlənib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər