
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ərazisindəki 32 yaşlı separatçı-terrorçu rejimin qondarma "ombudsman"ı Qegam Stepanyan bu günlərdə Cənubi Amerikada "işgüzar" səfərdədir.
Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, dünən - martın 28-də üzdəniraq "hüquq müdafiəçisi" Uruqvay Respublikasının parlamentində olub və senatın üzvü Liliam Keşişyan, Uruqvay-Ermənistan dostluq qrupu və Uruqvaydakı "Dağlıq Qarabağ Forumu"nun üzvləri ilə görüşüb.
Bundan əlavə, görüşdə Ermənistan parlamentinin "Hayastan" fraksiyasının üzvü Artur Xaçatryan, terrorçu "Daşnaksütyun" partiyasının Cənubi Amerika nümayəndə heyətinin rəhbəri Aram Muradyan və "Daşnaksütyun" un Ermənistan nümayəndə heyətinin üzvü Arpi Xoçaçanyan iştirak ediblər. Təbii ki, hayların bu "beynəlxalq" tədbirində də Azərbaycana qarşı böhtan və hədyanlar səsləndirilib...
Sultan Laçın



























