20 Yanvar axşamı Ali Sovetdə ilk fövqəladə iclasa qatılmış yeganə hökumət üzvü danışdı...
Ekskluziv
Oxunub: 5321
19 Jan 2023 | 19:08
20 Yanvar axşamı Ali Sovetdə ilk fövqəladə iclasa qatılmış yeganə hökumət üzvü danışdı...
Sovet zabitləri parlament binasına daxil olub dağılışmağımızı tələb edir, bizi bayıra çıxarmağa cəhd göstərirdilər...”
 
1990-ci il yanvarın 20-də sovet-rus ordusunun Bakıda törətdiyi qətliamla bağlı elə həmin axşam bir qrup deputatın təşəbbüsü ilə fövqəladə sessiya keçirilməsi məqsədi ilə toplanmış Azərbaycan SSR Ali Sovetinin yanvarın 21-i səhər saatlarınadək davam etmiş fövqəladə iclasında respublikanın hökumət üzvlərindən yalnız bir nəfər - o vaxtkı ədliyyə naziri Əlisaab Orucov iştirak etmişdi.  Bu barədə məlumatı sabiq nazirin “Mübarizəmiz Qarabağdadır” kitabında Qara yanvarla bağlı məqamları araşdırarkən əldə etdik. 
Əlisaab Orucovla Moderator.az üçün telefon söhbətində Azərbaycan xalqının və gələcək müstəqil dövlətçiliyinin gələcək taleyində önəmli izlər buraxmış həmin qara, həm də şərəfli günlər  və onlardan çıxaracağımız dərslər barədə danışdı. 
 
-Əlisaab müəllim, 20 Yanvar faciəsi 1990-cı il faciəsi və  xalqımızın başına gətirilmiş həmin qanlı olaylarla bağlı yanvarın 20-i axşam Ali Sovetdə keçirilmiş, amma yetərsay olmadığından sessiya kimi baş tutmamış ilk fövqəladə iclasda və nəhayət, yanvarın 22-də çağırılmış fövqəladə sessiyada iştirakınız barədə nələri demək istəyərdiniz?  
 
-1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakı şəhərinə sovet qoşunları yeridildi və əhaliyə divan tutuldu. Bildiyiniz kimi, ondan öncə Almaatıya, Vülnüsə və Tiflisə də  Moskva tərəfindən ordu yeridilib, o şəhərlərdə də qətliamlar törədilmişdi. Azərbaycan xalqına qarşı bu qətliamda Bakıya yeridilmiş qoşun birləşmələrinin tərkibində olan erməni hərbçilər də ruslarla bərabər iştirak etmişlər. Moskvanın belə bir siyasət yeritməkdə məqsədi ilk növbədə SSRİ-nin dağıdılmasına və sonra da müttəfiq respublikaları özündən asılı vəziyyətdə saxlamaq üçün orada azsaylı xalqları  çoxluq təşkil edən xalqlara qarşı mübarizəyə qaldırıb müharibələr törətməyə hesablanmışdı. Müharibələr nəticəsində iqtisadi baxımdan sarsılan ölkə - SSRİ, nəhayət, parçalandı... Bu gün də Ukraynada Rusiyanın apardığı təcavüzkar savaş ilk növbədə onun özünün neçə-neçə dövlətlərə parçalanmasına gətirib çıxara bilər. O günə olduqca az qalıb... Yalnız bundan sonra Moskva təsiri altında olan suveren dövlətlər tam şəkildə müstəqil inkişaf edə biləcəklər... 
 
Qayıdaq  Qara Yanvar günlərinə... Beləliklə,  SSRİ xüsusi xidmət orqanlarının əli ilə Azərbaycan paytaxtında faciə törədildikdən sonra elə həmin gün televiziya vasitəsilə Ali Sovetin fövqəladə sessiyası keçirilməsi haqda elan verildi. Mən də dərhal o sessiyada iştirak etmək məqsədilə parlament binasına yollandım. Lakin o gecə əksər deputatların gəlməməsi, yəni yetərsay olmaması səbəbindən sessiya baş tutmadı... 20 yanvar axşamından 21 yanvar səhər saat 4-5 radələrinə qədər Ali Sovet binasına toplanmış bir qrup deputat tərəfindən  digər parlament üzvlərinin evlərinə zənglər edilərək onlar növbəti gün -yanvarın 22-də təşkil ediləcək sessiyada iştirak etməyə dəvət olunurdular. Bəli, həmin gün şahidi oldum ki, qeyd etdiyiniz kimi, məndən başqa heç bir hökumət üzvü, yəni deputat olan nazirlər, digər qurum rəhbərləri xalqın bu ağır günündə keçirilən fövqəladə tədbirə qatılmayıblar... Xatırladım ki, o dövrdə hökumətdəki bütün nazirlər və vəzifəsi nazirə bərabər tutulan digər qurum rəhbərlərinin hamısı Ali Sovetin deputatı olurdu.. 
-Bəs, görəsən, digər hökumət üzvləri hansı səbəblərdən 1990-cı il yanvarın 20-i axşam parlamentdəki iclasa gəlməmişdi?
 
-Deyə bilmərəm ki, gəlməyənlərin hamısı qəsdən gəlməmişdi. Bəlkə bəziləri elanı eşitməmişdi, yaxud  SSRİ rəhbərliyi tərəfindən Bakıda  və demək olar ki, bütün respublikada fövqəladə vəziyyət elan edilməsi ucbatından hərəkət etməyin çətinlikləri səbəbindən gələ bilməmişdilər...
Sonradan hətta o zaman mənimlə yaxşı münasibətdə olmayan Xalq Cəbhəsi fəalları belə, dəfələrlə müxtəlif məqamlarda həmin sessiyada yalnız mənim iştirak etdiyimi vurğulayırdılar...
 
Onu da deyim ki, 1990-cı il yanvarın 19-u axşam faciədən bir neçə saat öncə Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin ikinci katibi Viktor Polyaniçkonun təhriki ilə respublika fəallarından bir neçəsi televiziya ilə çıxış edərək guya paytaxt Bakıya qoşun yeridilməyəcəyini söyləyib sakinlərin arxayın qalmasına səbəb olmuşlar. Nəticədə şəhərin müxtəlif hissələrində etiraz mitinqlərinə toplanmış insanlar evlərinə qayıtmadan gecəni küçələrdə keçirmişlər ki, bu da faciə qurbanlarının sayının artmasında əsas rol oynayan amillərdən biri olmuşdur...
 
- 20 yanvar faciəsi ilə bağlı parlamentdə olduğunuz gecələr şəhərdəki sovet ordusu komandirləri sessiyanın keçirilməsinə əngəl törədirdimi?
 
-Əlbəttə. Artıq Bakıda fövqəladə vəziyyət, komendant saatı elan edildiyindən sovet zabitləri bizim Ali Sovetin binasında qalmağımıza etiraz edirdilər. Hətta içəri daxil olub dağılışmağımızı tələb edir, bizi bayıra çıxarmağa cəhd göstərirdilər. Biz də onlara bəyan edirdik ki, xalqımızın başına belə bir faciə gəldiyindən biz deputat kimi yığışıb bu hadisəni müzakirə etməliyik, maneçilik törətməyin və parlament binasını tərk edin. Yadımdadır ki, bir qrup deputat vestibüldə dayanıb söhbət edərkən rus zabitlərdən biri bizə yaxınlaşıb binadan çıxmağımızı tələb edəndə mən özümü deputat və nazir kimi ona təqdim edib vəziyyəti açıqlayaraq sessiya keçirilməsinin vacibliyini izah etdim. Cavabında o, məndən soruşdu ki, siz burada heç bir qanuna zidd hadisə baş verməyəcəyinə zamin durursunuzmu. Mən də “bəli, mən bir nazir kimi buna zamin dururam” cavabını verdikdən sonra o, çıxıb getdi...
 
-Əlisaab müəllim, adını çəkdiyiniz Viktor Polyaniçko ilə bağlı bir sual yaranır: maraqlı idi ki, artıq 1989-cu ilin noyabrından keçmiş Dağlıq Qarabağda fəaliyyət göstərən  Respublika Təşkilat Komitəsinin sədri təyin olunmuş Polyaniçko niyə ötən 3 ay ərzində hələ də Xankəndində yox, Bakıda idi? Yoxsa 20 Yanvar faciəsi ərəfəsində  onun üzərinə Kreml tərəfindən xüsusi missiya qoyulmuşdu?
 
-Bəli, hadisələrin ardıcıl məntiqi təhlilindən belə çıxır ki, doğrudan da Kreml tərəfindən Əfqanıstanda və digər ölkələrdə böyük kəşfiyyat və siyasi-ideoloji təxribatlar məktəbi keçmiş Polyaniçko üzərinə xüsusi missiya qoyulmuşdu. Həmin vaxt o, Azərbaycanda sadə bir fiqur deyildi. Əvvəla, o, II katib kimi respublikada Moskvanın əsas adamı idi və respublika rəhbərliyində, xüsusən Mərkəzi Komitədə  1-ci katiblə bərabər böyük nüfuza malik aparıcı şəxs idi. İkincisi isə o, respublikada ciddi siyasi-ideoloji işlər apardığından o dövrün müxalifət dairələrinin bəzi aparıcı şəxsləri də onun tərəfindən, demək olar ki, idarə olunurdu. Ona görə də öncə qeyd etdiyim kimi, onun təhriki ilə 20 Yanvar faciəsindən öncəki axşam televiziya ilə xalqı “Bakıya qoşun yeridilməyəcək” deyib arxayın salanlar arasında Mərkəzi Komitənin məsul işçiləri ilə yanaşı, müxalif liderlər də var idi... Polyaniçkonun missiyası Moskvanın Qara Yanvarı təşkil edərək Azərbaycan xalqında xof yaradılması işinə bilavasitə Bakıdakı provokasiyalar vasitəsi ilə dəstək vermək idi... O, həmin missiyanı uğurla başa çatdırdıqdan və  artıq respublikada ümumi bir xof yarandığına arxayın olduqdan sonra, 1990-cı il yanvarın 30-da bu dəfə Kremlin  İrəvanla birgə Qarabağdakı planlarını həyata keçirmək üçün  Xankəndinə yollandı...
 
Sonda onu da deməyi özümə borc bilirəm ki, 20 Yanvar qətliamı ərəfəsində Bakıda, ondan əvvəl və sonra isə Qarabağda Polyaniçko kimi Moskva canişin və emissarlarının davranışları, atdığı addımlar bizim üçün dərs olmalıdır.  Dərs olmalıdır ki, bu gün də Qarabağdakı “sülməramlı” adlanan Rusiya hərbi komtingentinin komandanı olan Volkovların oyunlarına aldanmayaq...
 
Qeyd: 
 
Sabiq ədliyyə naziri Əlisaab Orucovun 1988-cı ilin sentyabrında Gəncədə guya sovet əsgərlərinin qətlində günahlandırılaraq  həmin ilin dekabrında həbs olunub haqsız yerə Rusiyanın Rostov vilayət məhkəməsi tərəfindən ölüm hökmünə məhkum olunmuş bir soydaşımızın bu nahaq hökmdən bəraət alması nail olması haqda materialımızla yaxın müddətdə tanış ola bilərsiniz.
 
Moderator.az-ı izləyin!..
 
Sultan Laçın
 
 
 
Oxşar xəbərlər
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
04 May 2024 | 13:33
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 00:41
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 00:41
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 00:41
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 00:41
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”