Müharibə səbəbiylə Hələbdəki evlərini tərk edərək Türkiyə sərhədi yaxınlığındakı Azez çadır şəhərciyində məskunlaşan cütlük Türkiyə Silahlı Qüvvələrinin sərhədyanı əməliyyatları və Tel Rıfat əməliyyatından ilhamlanaraq üç oğlan və bir qız olan dördəmlərinə ad qoyublar. Körpələrin adları Fırat, Barış, Rıfat və Pınardır.
Moderator.az xəbər verir ki, Mahmut Əhməd Huseyn və ailəsi 4 il əvvəl Suriyanın Hələb şəhərinin Sifire bölgəsindəki evlərini təkr edərək Türkiyə Silahlı Qüvvələrinin "Fərat Qalxanı" əməliyyatı ilə terror təşkilatlarından təmizlənən Azez şəhərinə gediblər.
O, Türkiyə sərhədinə yaxın Bursa bölgəsində çadır şəhərciyində məskunlaşıb. Mahmud Əhməd burda əmisi qızı Hinit Cuma El Hüseynlə evlənib və onların Məhəmməd adlı oğulları dünyaya gəlib.
Cütlüyün bu dəfə isə dördəmləri dünyaya gəlib. Ailə Türkiyə Silahlı Qüvvələrinin təşkil etdiyi “Fərat Qalxanı” və “Barış bulağı” əməliyyatlarından ilhamlanaraq körpələrinə Barış, Fırat və Pınar adını verib. Türkiyənin növbəti “Əl Rıfat” əməliyyatı şərəfinə uşaqlardan birinin də adı Rıfat qoyulub.
Onlar yaşadıqları çadırın isti olduğunu bildiriblər. Bildiriblər ki, bu da yeni doğulan körpələr üçün çox çətindir. Həm də xilas olduqları üçün Türkiyə hökumətinə təşəkkür ediblər.
Vasif Əlihüseyn