"Yaxın gələcəkdə EFES təlimlərinin əhatə dairəsi də kəskin genişlənəcək" - HƏRBİ EKSPERT
Oxunub: 4071
11 Jun 2022 | 10:10
Türkiyədə keçirilən EFES-2022 çoxmillətli hərbi təlimlər başa çatdı. Bu təlimlər Türkiyə Silahlı Qüvvələri tərəfindən 1975-ci ildən 2016-cı ilə qədər milli səviyyədə keçirilib. 2016-cı ildən başlayaraq isə bu təlimlər hər iki ildən bir, amma beynəlxalq səviyyədə keçirilir. Bu il 3-cü dəfə keçirilən təlimlər 2020-ci ildə pandemiya səbəbindən təxirə salınıb. İştirakçı sayı sürətlə artan bu təlim barədə açıq mənbələrdən oxuduqlarımı, gördüklərimi, eşitdiklərimi və ehtimal etdiklərimi ümumiləşdirib oxucularda müəyyən təssəvvür yaratmağa çalışacam. Məqalədə təlimlərə aid bir çox detallara, o cümlədən onun məqsədləri, ssenarisi, cəlb edilən qüvvələr, mərhələləri, istifadə olunan yeni siahlar, qərargahların hazırlığı, qabaqcıl təcrübə mübadiləsi və s. barədə fikirlərimi nəzərinizə çatdıracam. 
 
Təlimlərin müddəti 
 
Mayın əvvəlində başlayaraq iyunun 9-da başa çatan təlimlərin sonuncu mərhələsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı və çıxışı ilə yekunlaşıb. 1 ay ərzində keçirilən təlimlərdə 8 və 9 iyun tarixlərində isə döyüş atışları icra edildi. 
 
İştirakçılar və müşahidəçilər 
 
TSQ-nın Baş Qərargahı, Quru Qoşunları Komandanlığı, Dəniz Qüvvələr Komandanlığı, Hərbi Hava Qüvvələri Komandanlığı, Xüsusi təyinatlı Qüvvələr Komandanlığı və Sahil Təhlükəsizlik Komandanlığının təşkil etdiyi güniş miqyaslı təlimlərdə Türkiyə ilə bərabər Azərbaycan, ABŞ, Bəhreyn, Banqladeş, Bosniya- Hersoqovina, Gürcüstan, İngiltərə, İtaliya, Qazaxıstan, Macarıstan, Makedoniya, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Slovakiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, İordaniya, Küveyt, Malayziya və s. kimi ölkələrdən gələn hərbi bölmələr də iştirak edirdi. ABŞ gəmiləri, artilleriyası və helikopterləri də təlimə cəlb edimişdi. İştirak edənlərin ümüumi sayı 11 mindən çox idi. Türkiyə Silahlı Qüvvələrinin təlim planına uyğun keçirilən müştərək EFES-2016 təlimlərində 9, EFES-2018 də 20, EFES-2022-də isə 37 dost və müttəfiq ölkə iştirak etdi.
 
Təlim ərazisi 
 
Təlimlər Egey Ordusunun Komandanlığının rəhbərliyi altında dost və müttəfiq ölkələrin hərbi bölmələrinin iştirakı ilə Qərbi Anadolu, Orta Egey, İzmir Korfəzi və “Döğanbey” Atəş Təlim Bölgəsini əhatə etdi. Təlimlərin praktik döyüş atışları mərhələsi isə İzmir şəhəri ətrafında yerləşən Seferihisar bölgəsində keçirildi. 
 
Təlimlərə dəstək verən təşkilatlar
 
Təlimlərə Türkiyənin Milli Müdafiə Nazirliyi, XİN, DİN, Nəqliyyat və Dənizçilik Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, “Qızıl Ay” Baş İdarəsi, Baş Nazirliyin İnformasiya İdarəsi və s. çox sayda digər qurumlar dəstək verdi. Təlimlərdə Türkiyəni ümumilikdə 7 nazirlik, 9 dövlət qurum və təşkilatı, 43 müdafiə sənayesi şirkəti təmsil etdi. Təlimdə iştirak edən müttəfiq ölkələr, təlimin faktiki hissəsinin tamamlanmasından sonra, gələcək dövrdə maksimum fayda təmin etmək üçün milli və iştirakçı ölkə nümayəndələri ilə təlimin ümumi qiymətləndirilməsini həyata keçirdilər.  
 
Təlimin məqsədləri
 
Təlimin əsas məqsədləri iştirak edən dost və müttəfiq ölkələrin birgə yaratdığı koalisiya qərargahının fəailiyyətinin koordinasiyasına, idarəetmə və qarşılıqlı əlaqənin təşkilinə, bölmələrin verilən tapşırıqların tam şəkildə yerinə yetirilməsinə və döyüş hazırlıq səviyyəsinin yüksəlməsinə nail olmaqdan ibarət idi. 
Konvansional silahların istifadə ediləcəyi ilk EFES təlimlərində terrorçuluqla mübarizə, işğalçı ölkəyə qarşı hərbi əməliyyatlar, kiber, psixoloji və hibrit mübarizə metodlarının tətbiqi ümumi planların tərbib hissəsi idi.
 
EFES-2022 ssenarisi
 
EFES -2018 ilə EFES-2022 ssenarisinin bənzər olduğu ehtimal edilir. 2018-ci ildə olduğu kimi bu təlimlərinin ssenarisinin əsasını iki qonşu ölkə arasında baş verən gərginliyin mühaibəyə səbəb olması təşkil edirdi. Ölkənin birinə aid adadan ibarət ərazinin digər bir BMT üzvü olan qonşu ölkə tərəfindən işğal edilməsi ilə əlaqədar BMT-yə yardım üçün müraciət edir. Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara əsasən təlim iştirakçısı olan ölkələr Türkiyənin liderliyini qəbul edərək ortaq silahlı hərbi birlik və bölmələr yaradaraq işğal altında olan əraziləri azad edərək onu əsl sahibinə qaytarır. 
 
Təlimlərin dinamikası
 
Təlimlərin aktiv fazasında artilleriya və minaatan atəşi ilə dəstəklənən desant əməliyyatında yerli və milli imkanlarla inşa edilən TCG “Heybeliada” və TCG “Büyükada” döyüş gəmiləri 6 kilometr məsafədən 76 millimetrlik dəniz artilleriyasından hədəflərə atəş açdı. Düşmənin simvolik komanda məntəqəsi Türkiyə və ABŞ-ın artilleriya batareyaları tərəfindən atəşə tutuldu.
Gecədən başlayan hava hücumunun davam etdirilməsində 4 “Atak”, 4 “Cougar”, 4 “Sikorsky” və 3 CH-47 “Chinook” helikopterindən istifadə olundu. “Sikorsky” ilə haubitsa, CH-47 isə sursat konteyneri daşındı. 
Türkiyənin F-4 təyyarələri idarə olunan döyüş sursatları ilə əməliyyata hava dəstəyi verdi. Dənizdən SAT katerindən desantın çıxacağı sahilə doğru pulemyot və RPQ-7 tank əleyhinə qumbaraaatandan atəş açıldı.
Təlimdə düşmən sualtı qayığının dəqiq yerini müəyyən etmək üçün 3 ədəd “Sikorsky” helikopteri dəniz səthinə yaxınlaşaraq hidroakustik sonar cihazını suya batırdı. Dəniz patrul vasitəsi də sualtı qayığı zərərsizləşdirmək üçün torpedalardan atəş açdı.
Düşmən hədəflərinin haubitsalarla məhv edildiyi təlimdə desant endirilməsində iştirak edən elementlərə girişin açılması üçün AKSAR və İYGAS  keçid açılma vasitələrindən istifadə edildi.
Artilleriya atəşi desant əməliyyatına dəstək verməyə davam edərkən, snayperlər “Bora” snayper tüfəngi ilə 600 metrdən hədəfləri uğurla məhv etdilər. 
 
Desant çıxarılma əməliyyatı
 
Təlimlərində iştirak edən dost və müttəfiq ölkələrin birgə yaratdığı koalisiya birliyinin təlimləri çərçivəsində hava hücum əməliyyatı ilə bərabər dənizdən sahilə desant çıxarılması mərhələsi maraqlı görüntülərlə yadda qaldı.
Desant çıxarılması əməliyyatı hücum helikopterlərinin atəşi ilə davam etdi. Uzun Mənzilli Tank Əleyhinə Raket Sistemi (UMTAS) ilə hədəflər tam dəqiqliklə vurub. Artilleriya və minaatan atəşləri də bölgəni daim təzyiq altında saxlaya bildi. 
Tank əleyhinə mövqelərə qarşı lazerlə idarə olunan “Cirit” raketləri də istifadə olundu. Rəqib qüvvələrin sursat anbar sahələrini təmsil edən hədəflər isə F-16 təyyarələrinin dəqiq zərbələri ilə məhv edildi.
Təlim çərçivəsində dənizdə axtarış-xilasetmə və sanitar təxliyyə fəaliyyətləri də həyata keçirildi. Desant əməliyyatına dəstək verən  atəş vasitələri kəşfiyyat, müşahidə və aviasiya vasitələri paralel və koordinasiyalı hərəkətlər həyata keçirdi. Düşmən bölgəsində olan pilotun xilas edilməsindən sonra  snayperlər vacib hədəfləri zərərsizləşdirdilər. 
Təlim zamanı desant gəmiləri sahilə yaxınlaşarkən Batmandakı bazalarından havaya qalxan “Akıncı” PUA-ları dəqiq atəşləri ilə əməliyyata dəstək verdilər. 
Yaşayış məntəqəsində döyüşə daxil olan tankları havadan PUA atəşləri açıldı. Bundan başqa tənzimlənən tətik mexanizminə malik KNT-76 snayper tüfəngi ilə dəqiq atəş açıldı. Aşkar edilən düşmən zirehli texnikası tank əleyhinə vasitələrlə sıradan çıxarıldı. Təlimlərin son mərhələsində döyüş atışları, onlardan əvvəl isə hava hücum əməliyyatı icra edildi. 
 
Yüksək Müşahidəçi Günü
 
Türkiyə Respublikasında səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi geniş tərkibdə nümayəndə heyəti müdafiə sənayesi sərgisini ziyarət edərək hərbi təyinatlı müasir silah və döyüş texnikaları nümunələri ilə tanış olublar. Sonra isə Türkiyə Prezidenti R.T.Ərdoğan və digər rəsmi şəxslər Yüksək Müşahidəçi Günündə birgə təlimin döyüş atışlı son mərhələsini izlədilər. EFES təlimlərində iştirak edən quru, dəniz və hava bölmələri yalnız döyüş sursatlarından istifadə etdi.
 
Azərbaycan heyəti
 
Azərbaycan Ordusunun SAT və SAS komando heyəti ilə bərabər Naxçıvan Əlahiddə Ordusunun heyəti də təlimlərdə iştirak etdi. Ümumilikdə 100 nəfərə qədər heyətin təlimlərdə iştirak etdiyi ehtiamal olunur. Təlim rəhbərliyi tərəfindən Azərbaycan Ordusunun döyüş hazırlıq səviyyəsi yüksək qiymətləndirilib. Təlimlərə çəlb edilən şəxsi heyətin hansısa  mərhələrdə qalib olduğu və ya yüksək yer tutması barədə məlumat mövcud deyil.
 
EFES -2022 təliminin yeni silahları 
 
Əvvəlki illərdə olduğu kimi bu dəfə də təlimlərdə Türkiyə müdafiə sənayesinin yeni məhsulları təqdim edildi. “Doğanbey” Təlim Bölgəsində açılan və 43 şirkətin iştirak etdiyi Müdafiə Sənayesi Sərgisində Türkiyənin bir çox yerli və milli müdafiə texnologiyaları da nümayiş etdirildi.
TÜBİTAK-ın dəstəyi ilə “Lentatek” tərəfindən hazırlanan “Kargı” kamikadze tipli pilotsuz uçuş aparatı bu il keçirilən manevrdə istifadə edilən vasitə və silah sistemləri arasında yer aldı. TSQ inventarına yeni daxil olan və 3 ölkə ilə ixrac müqaviləsi imzalanan “Akıncı” PUA-sı, 800 metr atəş məsafəsinə və tənzimlənən tətik mexanizminə malik KNT-76 snayper tüfəngi, “Vurucu” (VİHA) pilotsuz vasitəsi, “Kirpi-2”, “Kobra- 2” və “Vuran” taktiki təkərli zirehli vasitəsi, “Kirpi-2” partlayıcı maddə və şübhəli obyekti məhv edən istehkam maşını, 106 mm-lik minaatan və onun işıqlandırma sursatı, “Proton Elic” tunel aşkarlama cihazı və 35 mm-lik PARS OMTAS qulləsi ilə modernləşdirilən yedəkli havadan müdafiə sistemndən ilk dəfə istifadə edildi.
 
Nəticə 
 
EFES-2022 təlimi Türkiyə ilə bərabər Azərbacan və digər müttəfiq ölkələrin Silahlı Qüvvələrinin təlim səviyyəsini, manevr və atəş gücünü, mövcud qabaqcıl texnologiyanı, qüvvələr arası və beynəlxalq koordinasiyalı fəaliyyət imkanlarını yoxlamaq baxımından böyük əhəmiyyət kəsb edir.
Dünyada və regionda baş verən hadisələr, sürətli texnoloji inkişaflar, gözlənilməz təhlükəsizlik şəraiti, Rusiyanın Ukraynada, Yunanıstanın Türkiyə, Ermənistanın isə Azərbaycan sərhədlərində aqressiv davranışları müttəfiq ölkələrdən, xüsusilə də Türkiyə və Azərbaycan Silahlı Qüvvələrini hər an genişmiqyaslı hərbi əməliyyatlara hazır olmağı tələb edir. 3-cü dəfə keçirilən təlimlərdə 37 ölkənin iştirak etməsi bir daha Türkiyənin artan nüfuzunun göstəricisidir. Gələcəkdə isə bu siyahıya Türkiyədən silah almaq istəyən digər ölkələrin də əlavə olunacağı gözlənilir. 
Son nəsil müharibənin müəllifi olan Türkiyə silahları ilə maraqlanan ölkələrin sayının hər ay artdığını nəzərə alsaq, yaxın perspektivdə EFES təlimlərinin əhatə dairəsi də kəskin genişlənəcək. 
Azərbaycan ilə Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi”nə uyğun olaraq, iki qardaş ölkənin Silahlı Qüvvələri arasında həm iki tərəfli, həm də çoxtərəfli təlimlərinin intensivliyi də artmaqda davam edəcək. 10-dan çox sayda keçirilən ikitərəli birgə təlimlər digər müttəfiq və tərəfdaş ölkələr üçün də daim açıq olduğu üçün onların da tərkibi genişlənəcək.  
 
Hərbi eskpert Ədalət Verdiyev
Oxşar xəbərlər
11:10, Bu gün
Bakıda 150 min manatlıq dələduzluq edilib, 2 nəfər saxlanılıb
11:09, Bu gün
“Bundan sonra İranda radikallıq uğrunda yarış gedəcək...”- Ekspert
11:08, Bu gün
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 11 məsələ var
11:05, Bu gün
Bu parkda attraksionların fəaliyyəti qadağan olundu - VİDEO
11:00, Bu gün
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
10:56, Bu gün
“Azərişıq” Şəki və Balakənin elektrik şəbəkəsini yeniləyir
10:54, Bu gün
Nazirliyin iki qurumunda yeni TƏYİNATLAR
10:52, Bu gün
Mingəçevir Dövlət Dram Teatrı qastrol səfərdən qayıdıb - FOTO
10:48, Bu gün
Baydendən bəyanat: "Qəzza zolağında baş verənləri soyqırımı hesab etmirik"
10:40, Bu gün
Prezident İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - FOTO
10:38, Bu gün
Təbrizdə helikopter qəzasında həlak olanlarla vida mərasimi başlayıb - VİDEO
10:38, Bu gün
“Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının açılışı olub-FOTO
10:34, Bu gün
Diş ətinizə diqqət edin, infarkt ola bilərsiniz
10:33, Bu gün
Həyəcanlı anlar: SOLOTÜRK-dən nəfəs kəsən şou
10:31, Bu gün
Azərbaycan para-atletləri dünya çempionatında 3-cü qızıl medalı qazanıblar
10:29, Bu gün
Ötən il 13 şirkətin Azərbaycana məhsul ixrac etməsinə müvəqqəti qadağa qoyulub
10:25, Bu gün
Vəkillər Kollegiyasının sədri görüş keçirdi - FOTO
10:22, Bu gün
İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib - FOTO
10:19, Bu gün
TÜRKSOY-un Baş katibi: “Türk dünyası” II Beynəlxalq Tələbə Tamaşaları Festivalının məqsədi gənclərə dəstək verməkdir
10:14, Bu gün
Bu MMC-yə yeni direktor təyin edilib
10:12, Bu gün
BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı
10:11, Bu gün
"Bakı Kristal Zalı"na yeni direktor təyin edildi
10:08, Bu gün
Bu gün Bakının 4 rayonunda QAZ OLMAYACAQ
10:06, Bu gün
5000-dən çox keçmiş məcburi köçkün mina təhlükəsi ilə bağlı məlumatlandırıldı - FOTO
10:04, Bu gün
Azərbaycan hərbçiləri beynəlxalq təlimdə: praktiki atışlar icra olunub - VİDEO
10:00, Bu gün
Müəllim işləmək istəyənlərin DİQQƏTİNƏ: Sənəd qəbulu başa çatır
09:56, Bu gün
Azərbaycan nefti cüzi bahalaşdı
09:52, Bu gün
Azərbaycanda Dövlət Xidmətinin nə qədər borcu var? - ŞOK RƏQƏM
09:48, Bu gün
Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı verib
09:48, Bu gün
Azərbaycanda bu kəndi sel suları basdı
09:45, Bu gün
Lütfiyar İmanovun oğlundan GİLEY: “Bir küçənin adını atama çox görürlər, məktublarım cavabsız qalıb”
09:31, Bu gün
Neftçalada narkokuryer SAXLANILDI
09:27, Bu gün
Qəzzada soyqırımı: ABŞ akademik qurumlarının hüquqi təhlili...-ARAŞDIRMA
09:19, Bu gün
Ət alarkən bunlara DİQQƏT EDİN
09:11, Bu gün
Güc və enerjini artıran qidalar hansılardır?
09:00, Bu gün
Qərbi Azərbaycanımız - Xatirələrdə yaşayan Dərələyəz...
08:50, Bu gün
"O helikopterə sərnişin mindirmək faciəvi səhlənkarlıqdır" - Detallar ŞOK edir
08:44, Bu gün
Səhər yeməyində bu qidalara üstünlük verilməlidir
08:40, Bu gün
Bakının bir sıra yollarında tıxac yaranıb
08:35, Bu gün
Avrasiya Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri, Nəsiman Yaqublunun çıxışı - FOTO
08:25, Bu gün
Paris Bakıdan nə istəyir?
08:18, Bu gün
Azərbaycan Cümhuriyyəti: Baş nazir Nəsib bəy Yusifbəyli - Nəsiman Yaqublunun araşdırması
08:00, Bu gün
Helikopter qəzasında yalnız o sağ qalıbmış: 1 saat ərzində...
07:49, Bu gün
“Paşinyan yalnız bu halda istefa verə bilər…”
07:44, Bu gün
Havalar istiləşəndə COVİD “xortlayacaq” – Qorxulu XƏBƏRDARLIQ
07:19, Bu gün
"Rəisidən sonra İranın növbəti prezidenti kim olacaq?" - "Bloomberg"
07:19, Bu gün
Bu ölkənin şirkətləri də Qarabağda bərpa və yenidənqurmada iştirak edə bilər
07:09, Bu gün
ABŞ Gürcüstan dövlətinə hansı sərfəli təkliflər edir və hansı şərtlə?.. -“POLITICO”
06:57, Bu gün
Rəisinin həlak olduğu yerdən YENİ VİDEO
06:30, Bu gün
İndi subay olan BÜRCLƏR: 12 aya əsl sevgilərini tapacaqlar
06:12, Bu gün
Qonşu ölkə silkələndi
01:51, Bu gün
Çində zəlzələ oldu
01:50, Bu gün
Qaradağda ağır yol qəzasında iki nəfər yaralanıb
01:49, Bu gün
Putin müşavirini işdən qovdu
01:24, Bu gün
Fransa Yeni Kaledoniyaya əlavə hərbi qüvvələr göndərir
01:00, Bu gün
Türkiyənin Egey sahillərində kəşf ediləcək məkanlar
00:58, Bu gün
Zaqatala ərazisinə dolu yağıb
00:45, Bu gün
Türkiyə Prezidenti “Avroviziya”nı ailə dəyərlərinə təhlükə adlandırıb
00:39, Bu gün
Qaxda maşın təmiri sexləri yanır
00:04, Bu gün
Rəisiyə hədiyyə edilən üzük meyitin tapılmasında kritik rol oynadı - FOTO
20 May 2024 | 23:47
Ərdoğan: Türkiyə Azərbaycanla Ermənistan arasında davamlı sülhə nail olmaq üçün hər cür səy göstərir
20 May 2024 | 23:27
Çin aprel ayında Rusiyadan neft idxalını azaldıb
20 May 2024 | 23:17
Roza Zərgərli bu fotolarla gündəmə gəldi
20 May 2024 | 23:13
Ərəb şirkəti Avropadan 144 təyyarə alır
20 May 2024 | 22:59
Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib
20 May 2024 | 22:57
Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 20 nəfər həbs olundu
20 May 2024 | 22:47
ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib
20 May 2024 | 22:46
Muxtar Babayev Tacikistanın sənaye və yeni texnologiyalar naziri ilə görüşdü
20 May 2024 | 22:44
"Estoniya NATO qoşunlarının Ukraynaya göndərilməsinə çağırış edib" - "Financial Times"
20 May 2024 | 22:42
ABŞ İrana helikopter qəzası ilə bağlı yardım etməkdən imtina edib
20 May 2024 | 22:42
Rusiyada azərbaycanlılara məxsus restoran yanıb - VİDEO
20 May 2024 | 22:14
Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz
20 May 2024 | 22:12
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
20 May 2024 | 22:01
Türkiyədə milli matəm elan edildi
20 May 2024 | 21:55
“Süni intellektin tənzimlənməsi - Milli parlamentlərin rolu”
20 May 2024 | 21:54
"Beynəlxalq Cinayət Məhkəməsinin Baş prokuroru Netanyahunun həbsinə order verilməsini tələb edir" - CNN
20 May 2024 | 21:53
"İran dostları Rusiyanı Rəisinin dəfninə dəvət etməyib, Moskva isə hüzn içindədir..."
20 May 2024 | 21:50
"Liverpul" klubu yeni baş məşqçisinin adını açıqlayıb
20 May 2024 | 21:49
Pakistandan Türkiyəyə maraqlı təklif
20 May 2024 | 21:07
“O,  daha çox Avropa dəyərlərinə üstünlük verir, Rusiyaya qarşı İngiltərə və Fransa ilə münasibət qururdu...”
20 May 2024 | 21:04
Bakı-Tiflis-Qars xətti üzrə yükdaşımalara start verildi
20 May 2024 | 21:03
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
20 May 2024 | 20:52
Azərbaycan-İran əməkdaşlığı regional iqtisadi inkişafa töhfə verəcək
20 May 2024 | 20:50
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
20 May 2024 | 20:42
İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlandı
20 May 2024 | 20:38
Ərdoğan İlham Əliyevə zəng edib
20 May 2024 | 20:35
Azərbaycanda iki teatrın adı dəyişdirilir, işçilərinin maaşı artırılır
20 May 2024 | 20:22
Rəisinin olduğu helikopterin siqnalı ya sönülü olub, ya da...
20 May 2024 | 20:14
Azərbaycan cüdoçusu dünya çempionu olub
20 May 2024 | 20:04
Ağsuçaydan sel keçir, Şahdağa qar yağır - FAKTİKİ HAVA
20 May 2024 | 19:54
Putin müdafiə nazirinin müavinini işdən çıxardı
20 May 2024 | 19:45
BMT TŞ-nin iclasında İrana görə bir dəqiqəlik sükut elan olunub
20 May 2024 | 19:33
Sarımsağı belə yetişdirin – Alma boyda olacaq
20 May 2024 | 19:26
ABŞ və İran arasında gizli danışıqlar - Təfərrüatlar AÇIQLANDI
20 May 2024 | 19:19
Rəisinin helikopteri fövqəladə vəziyyət siqnalı verməyib? - Türkiyəli nazirdən AÇIQLAMA
20 May 2024 | 19:11
Allahşükür Paşazadə Xameneyiyə başsağlığı verdi
20 May 2024 | 19:00
Bəxt onlardan üz çevirdi: Üç bürc üçün mayın sonu sevindirici olmayacaq
20 May 2024 | 18:53
Mühəndis pilot açıqladı: Helikopterin qalıqları sübut edir ki...
20 May 2024 | 18:44
Cavanşir körpüsünün söküntü işləri bu tarixdə bitəcək
20 May 2024 | 18:37
"Ayrı-ayrılıqda gözəlik, amma tamamlana bilmədik" - FOTO
GÜNLÜK
20 May 2024 | 11:23
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
20 May 2024 | 15:20
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
20 May 2024 | 11:50
““Azadlıq” qəzetində verilmiş “Polis rüşvət almır” başlıqlı müsahibəm başımı necə ağrıtdı?..
20 May 2024 | 11:36
Helikopterin qəza yerindən şok görüntülər - VİDEO
20 May 2024 | 17:46
Rəisinin dəfn tarixi və yeri açıqlandı - YENİLƏNİB
20 May 2024 | 11:31
Bakının məşhur bağı abadlaşdırmadan sonra belə olacaq - FOTO
20 May 2024 | 11:20
Polis mayoru qəfil vəfat etdi
20 May 2024 | 12:04
İran XİN-dən SON DƏQİQƏ məlumatı - TƏSİR ETMƏYƏCƏK!
20 May 2024 | 11:22
İranda milli matəm elan edildi
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
20 May 2024 | 11:23
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
20 May 2024 | 15:20
Elmira Rəhimova Mahsun Kırmızıgüllə görüşünün səbəbindən DANIŞDI: "Gözlərinə inanmırdı ki, o mənəm..."
20 May 2024 | 17:41
Qarabağ Universitetinə təyin edilən rektor kimdir? - DOSYE
20 May 2024 | 11:50
““Azadlıq” qəzetində verilmiş “Polis rüşvət almır” başlıqlı müsahibəm başımı necə ağrıtdı?..
20 May 2024 | 11:36
Helikopterin qəza yerindən şok görüntülər - VİDEO
20 May 2024 | 17:46
Rəisinin dəfn tarixi və yeri açıqlandı - YENİLƏNİB
20 May 2024 | 11:31
Bakının məşhur bağı abadlaşdırmadan sonra belə olacaq - FOTO
20 May 2024 | 11:20
Polis mayoru qəfil vəfat etdi
20 May 2024 | 12:04
İran XİN-dən SON DƏQİQƏ məlumatı - TƏSİR ETMƏYƏCƏK!
20 May 2024 | 11:22
İranda milli matəm elan edildi