“Rusiya yenə də ərazi bütövlüyümüzün tam bərpasına imkan vermir...”-Əlisaab Orucov
Ekskluziv
Oxunub: 11698
08 Jun 2022 | 17:33
“Rusiya yenə də ərazi bütövlüyümüzün tam bərpasına imkan vermir...”-Əlisaab Orucov
“İşğal altında qalan digər torpaqlarımız da birdəfəlik hərb yolu ilə məkrli düşmən pəncəsindən azad olunmalıdır...”
 
Rusiyanın Ukraynaya artıq 100 gündən də çox davam edən təcavüzünün  fonunda son günlər Azərbaycan Respublikasının  Laçın rayonunun “dəhliz”ə çevrilmiş ərazisində və Yuxarı Qarabağın ermənilərin məskunlaşdığı hissəsində müvəqqəti(!) olaraq yerləşdirilmiş Rusiyanın rəsmən “sülhməramlı” sayılan hərbi kontingenti Şuşa-Laçın və Tərtər rayon mərkəzi və Suqovuşan kəndinə yaxın ərazilərdə patrul xidmətlərini də fəallaşdırıb. Bu arada Rusiya siyasi və hərbi dairələrinin dəstəyini hiss edən separatçı və revanşist xislətli bəzi ermənilər Şuşa rayonu ərazisində Laçın dəhlizinə alternativ yolun çəkilişini aparan Azərbaycan inşaatçılarına qarşı təxribatlar törətməyə, yük avtomobillərinin yolunu kəsməyə cəhdlər göstərməyə başlayıb... 
 
Görəsən, I Qarabağ savaşının ilk illərində hələ keçmiş sovet-rus qoşunlarının Qarabağ, o cümlədən Laçın rayonu ərazisində yerləşdiyi dövrlərdə Azərbaycan rəhbərliyində çalışmış, həm keçmiş SSRİ-nin siyasi rəhbərliyi, həm də ölkəmizin ərazisindəki sovet qoşunlarının komandan, komandir və zabitləri ilə ünsiyyətdə olmuş təcrübəli dövlət xadimləri bu mövzuda nə düşünür, separatçı xislətli ermənilər və Rusiya hərbçiləriylə necə rəftar etməyi tövsiyə edirlər?..
 
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən 1985-ci ilin yanvarından 1992-ci ilin aprel ayınadək Azərbaycanın ədliyyə naziri (müstəqil Azərbaycanın ilk ədliyyə naziri) olmuş, 1992-ci ilin aprelindən həmin ilin iyul ayınadək Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikası Prezidentinin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi kimi çalışmış, Qarabağda gedən müharibə zamanı ön cəbhələrdə olmuş Əlisaab Orucov bunları bildirib:
 
“Konkret Qarabağ haqda danışmamışdan öncə hazırda bütün dünya kimi, Azərbaycan xalqını da narahat edən Rusiya-Ukrayna müharibəsi haqda fikirlərimi oxucularınızla bölüşmək istərdim. Hesab edirəm ki,  Rusiyanın Ukraynaya təcavüzü belə davam edərsə, bu, Rusiyanın bir dövlət kimi möhkəmlənməsinə deyil, əksinə, süqutuna, məhvinə parçalanmasına gətirib çıxaracaqdır. Amma onu deyim ki, bu halda Ukraynanı da parçalanmaq təhlükəsi gözləyir.
 
Hadisə və proseslərin təhlili göstərir ki, Qərb dövlətləri SSRİ dağıldıqdan sonra əvvəllər Moskvaya tabe olmuş ərazi cəhətdən böyük respublikaların da parçalanmasını istəyir. Ən əsas hədəf isə, təbii ki, Rusiyadır. Ona görə də ABŞ və Böyük Britaniya başda olmaqla dünyanın aparıcı dövlətləri Ukrayna ilə bağlı situasiyadan yararlanaraq Moskvadakı Putin rejiminə qarşı sanksiyalar tətbiq etməkdədirlər.  Qərbin Rusiyanı parçalamaq niyyətində olması haqda mən hələ 2000-ci illərin əvvəlində yazdığım və nəhayət, 2011-ci  ildə çap edilmiş “Mübarizəmiz Qarabağdadır” adlı kitabımda da bəhs etmişdim. Orada belə bir fikir söyləmişdim: “Mixail Qorbaçov müttəfiq respublikalarda yaşayan azsaylı millətləri çoxsaylı millətlərə qarşı qoymaqla  qeyri-sabit vəziyyət yaradıb SSRİ-nin dağılmasına nail oldu. O, SSRİ-nin dağılmasına nail olduğu kimi, dünyada həmin siyasətin davamçıları hazırda Rusiyanın da eyni yolla parçalanmasına çalışırlar”... 
 
Bu fikirləri söyləməklə heç də SSRİ və ya Rusiyanın parçalanmasına təəssüfümüzü ifadə etmək istəmirik. Məqsəd oxucuya dünyada və regiondakı mövcud ictimai-siyasi  gerçəkliyi çatdırmaqdır.  Bunu sözügedən kitabın növbəti səhifəsində yazdığım digər şərh də təsdiqləyir: “M.Qorbaçovun Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində yaratdığı müharibə(necə ki, oxşar müharibəni bu gün V.Putin Rusiya ilə Ukrayna arasında yaradıb) ilk növbədə SSRİ-nin dağıdılmasına yönəldilmişdi. Üstəlik, o, müstəqilliyini yenicə elan etmiş  Azərbaycan Respublikasını zəiflətmək, daim Rusiyadan asılı vəziyyətdə saxlamaq məqsədini güdmüşdür”.
 
Xülasə, hazırda Ukraynada gedən işğalçı müharibə Rusiyanın məhv edilməsinə zəmin yaratmaqdadır.  Və bununla bağlı hər bir insanı belə bir sual da düşündürür: “Görəsən, Rusiya lideri V.Putin Ukraynaya davam edən və insan itkiləri və misilsiz zorakılıqlarla müşayiət olunan genişmiqyaslı təcavüzün necə nəticələnəcəyini görmürmü?”. Bu suala belə cavab verərdim: Görür, özü də çox yaxşı görür. Putin zamanına görə olduqca ağıllı və güclü siyasətçi, dövlət xadimi kimi bu müharubənin nə ilə nəticələnəcəyini hamıdan yaxşı görür və bilir. Qərb isə Putini dayandımaq üçün ciddi və qəti tədbir görmür və görməyəcəkdir. Məsələnin də maraqlı cəhəti elə bundan ibarətdir. Hər kəs öz vəzifəsini yerinə yetirir...  Bu proses isə  Rusiyanın tədricən tam parçalanmasına gətirib çıxaracaqdır.  Nəticədə ərazicə bir çox iri və xırda müstəqil dövlətlər yaranacaq. Moskva ətrafında bir neçə vilayətin birləşməsi hesabına paytaxt Moskva qalmaqla yeni – kiçik Rusiya dövləti yaradıla bilər. Bu gün Rusiyanın tərkibində olan  respublika, diyar, vilayət və dairələrin hesabına isə müstəqil dövlətlərin yaranma ehtimalı reallaşmaq üzrədir. Yeni yaranmış dövlətlər Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalardan kənarda qalacaqlar və buna görə heç bir məsuliyyət daşımayacaq və müstəqil dövlət olaraq inkişaflarını davam etdirəcəklər.  Çünki hazırkı sanksiyaların onlara heç bir aidiyyatı yoxdur və olmayacaq”. 
 
Sabiq nazir konkret Azərbaycan və Qarabağdakı proseslərin gələcəyi ilə bağlı da fikirlərini səsləndirib:
 
“Nəhayət, konkret Azərbaycana, Qarabağa gəldikdə bəhs edilən proseslərin sonunda biz də əsrlər boyu üzərimizdə ağalıq edən Rusiya imperiyasının pəncəsindən qurtula biləcəyik.  O ki qaldı ermənilərə, onlar  rus ağalarını itirəndən sonra  başsız qalıb vurnuxaraq  özlərinə yeni ağalar axtarışını davam etdirəcəklər. Deyəsən,  artıq  44 günlük müharibədən sonra yenə də hakimiyyətə can atan serjiklər, köçəryanlar və onların əlaltılarından fərqli olaraq ağlı başında olan bir sıra erməni siyasətşi və ziyalıları onları yüz illərlə alət kimi işlədib bu günə salanların məhz rus ağalarının olduğunu tam dərk ediblər... 
 
Rusiya isə bu gün də “sülhməramlı” qüvvə adı altında öz silahlı ordusunu Laçın dəhlizi və keçmiş Dağlıq Qarabağın bir hissəsinə yerləşdirməklə əslində torpaqlarımızı işğal etməkdə davam edir və separatçı, revanşist xislətli ermənilərə hər cür vasitələrlə yardım göstərib yenə də ərazi bütövlüyümüzün tam bərpasına heç cür imkan vermir”.  
 
“Bəs belə bir durumda Azərbaycan dövləti və xalqı Qarabağdakı Rusiya hərbi kontingenti ilə necə rəftar etməlidir?” sualını isə Qarabağ üzrə sabiq fövqəladə səlahiyyətli nümayəndə belə cavablandırıb:
 
“Hesab edirəm ki, Rusiyanın suveren ərazilərimizdəki hərbi kontingenti, eləcə də onlara sığınmış separatçı erməni rejimi Azərbaycan dövləti və xalqının sülhə, əmin-amanlığa yönəlmiş  niyyəti ilə yanaşı, bütün torpaqlarımız, yəni Xocalı, Xankəndi, Əsgəran, Ağdərə, Xocavənd ərazilərində də yurisdiksiyamızı bərpa etməyə hesablanmış sərt və qətiyyətli üzünü də görməlidir. Çünki 1988-1991-ci illərdə də biz Moskvanın əli ilə yaradılmış Volskinin başçılıq etdiyi Xüsusi İdarəetmə Komitəsinin və Polyaniçkonun rəhbəri olduğu Təşkilat Komitəsinin də müxtəlif oyunlarla Azərbaycanın başını qataraq Qarabağın işğalına necə şərait yaratdıqlarının şahidi olmuşuq... 
 
Kitabımda da qeyd etdiyim kiçik, amma Kremlin şovinist xislətli canişinlərinin əsl sifətini göstərən bir epizodu xatırlatmaq yerinə düşər. Günlərin birində Ağdamda keçirilən mitinqdə Viktor Polyaniçko ona etiraz edən xalq kütləsini ələ almaq üçün: “Ya vaş, ya vaş”- deyə səsini qaldırdı. Moskva canişini tələffüzdə ikibaşlı məna kəsb edən “Ya vaş” (“Mən sizinəm”) deməklə azərbaycanlıları razı salmaq və digər tərəfdən, “Ya vaş!” (Sakit olun!) mənasında işlətməklə bundan xəbər tuta biləcək erməniləri narazı salmamaq məqsədi güdürdü...
 
Həmin dövrdə biz hələ də Kremlə tabe olduğumuzdan sovet dövləti rəhbərliyini və onun ölkəmizdəki canişinlərini sözümüzü tam qətiyyəti ilə demək, öz bildiyimizi etmək imkanına malik deyildik. Ancaq  bu gün artıq 31-ci ildir ki, müstəqil dövlətik və  Allaha şükürlər olsun, Azərbaycanın dünya hərb meydanında öz sözünü demiş ordusu da var. Odur ki, öncə xatırlatdığım  kitabımda qeyd etdiyim kimi, işğal altında qalan digər torpaqlarımız da birdəfəlik hərb yolu ilə məkrli düşmən pəncəsindən azad olunmalı və bununla da Qarabağ məsələsi öz son və ədalətli həllini tapmalıdır”- deyə Əlisaab Orucov açıqlamasının sonunda vurğulayıb. 
 
Qeyd: 
Yaxın müddətdə dəyərli oxucuları hörmətli Əlisaab Orucovun “Mübarizəmiz Qarabağdadır” kitabının ən maraqlı epizodları və  bu, eləcə də gündəmə uyğun digər mövzularda yeni müsahibə və açıqlamaları ilə tanış edəcəyik. 
 
Moderator.az-ı izləyin!
 
Sultan Laçın
 
 
Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır