Məmməd Oruc: "Bizim nəsillərdə beş-altı kişinin yoldaşı erməni idi" - MÜSAHİBƏ
Ədəbiyyat
Oxunub: 1265
25 Jan 2022 | 14:48
Məmməd Oruc:

“Pensiyamın pulu ilə kitab çap edib ona-buna paylayıram”

“Azərbaycan” jurnalının nəsr şöbəsinin müdiri, yazıçı Məmməd Orucun APA-ya müsahibəsi

Müsahibəyə gələrkən taksi sürücüsü ilə söhbətim məni daha da ruhlandırdı. Söhbətimiz əsasında məlum oldu ki, sürücü Məmməd Orucu tanıyırmış, hətta onun “Oyun havası” povesti həyatında əməlli-başlı iz qoyubmuş. Elə məhz bu söhbətdən çıxardığım qənaətin nəticəsi idi ki, Məmməd müəllimlə “Azərbaycan” jurnalının redaksiyasında salam-əleyk edəndən sonra dediyim ilk fikir belə oldu: siz çoxdan xalqın yazıçısı olmusunuz.

Gülümsəyirdi... Razılaşırmış kimi gülümsəyirdi.

 

– Telefonda danışanda dediniz ki, şəhərdən uzaqda yaşayırsınız.

– Hə, Buzovna tərəfdə yaşayıram, bağ evidir, bir az uzaqdır.

– Redaksiyaya gəlib-getmək çətin olmur ki?

– Çətindir, təbii. Özü də mənim bağım yoldan bir xeyli aralıdır. Təxminən, 2 kilometrə qədər məsafə var. Hər gün ordan çıxıram yola, avtobusa minirəm, gəlirəm “Koroğlu”ya, ordan da redaksiyaya.

– Bəs nə əcəb şəhərdə yaşamırsınız?

– Şəhərdəki evi vermişəm, uşaqlar yaşasın. Onlarla birlikdə yaşamağı özüm istəmədim. Baxıram ki, bu həm onlara yükdür, həm də özümü narahat hiss edirəm. Ən əsası isə, bağ evində çox sakitlikdi, yaradıcılıq üçün özümü orda daha yaxşı hiss edirəm.

– Yaradıcılıqdan söz düşmüşkən, təzə nə yazırsınız?

– Bir-iki hekayə yazmışam. Amma, demək olar ki, axır zamanlar yaza bilmirəm. Daha doğrusu, yaza bilirəm, sadəcə qəribə bir mənasızlıq görürəm, ruhdan düşmüşəm sanki. Bilirsən, yaradıcı adamlarda olur belə şeylər. Görünür, yaşımla əlaqədardır. Adam zamanla hər şeydən soyuyur.

– Bəlkə, sizə qarşı olan biganə münasibətə görədir?

– Sözsüz, bunun da təsiri var. Əslində, çox şey var, amma indi bunları xırdalamağın heç bir mənası yoxdur. Həm də son zamanlar görürəm ki, əvvəlki enerjim, əvvəlki yazı ehtirasım da yoxdur. Çünki vaxtilə mən irihəcmli yazılarımı gedib Ukraynadakı “Yaradıcılıq evləri”ndə yazırdım. Elə son romanlarımı da orda yazmışam; “Qısaqapanma”nı da, “Qara güzgü”nü də.

– Nəsə bu romanlar haqqında o qədər də danışılmadı.

– Hə, bunların ikisi də bir-birinə yaxındırlar. Hər ikisi “Köçürülmə” romanının davamı kimidir. Özü də mən bunları çox qısa vaxtda yazdım. Təxminən, hərəsinə 1 ayım getdi. Çünki o romanlar mənim fikrimdə tam hazır olandan sonra yazılıb. Ukraynadan gələndən sonra bir az üzərində işləmişəm, redaktə eləmişəm, vəssalam. Ondan sonra daha çox tərcümə ilə məşğulam. Əsasən, çağdaş rus ədəbiyyatını tərcümə edirəm. Hansı adamlarla ki şəxsi münasibətim var, yaxud hansı əsər ruhuma yaxındırsa, onları tərcümə edirəm.

– Bu tərcümələrə görə mükafat da almısınız.

– Hə, “Qızıl kəlmə”. Mədəniyyət Nazirliyinin mükafatı idi. O mükafatı mənə “Azər və Aida adası” romanının (“Azər və Aida adası” romanı – müəllifi Hollandiyada yaşayıb yaratmış azərbaycanlı yazıçı Gülşən Lətifxandır. 2015-ci ildə vəfat edib – N.P.) tərcüməsinə görə veriblər. Amma Rusiyada tərcümə ilə əlaqədar bir neçə mükafat almışam. Bunlardan ən məşhurları D.N.Mamin-Sibiryak adına “Ümumrusiya Ədəbi mükafatı”, sonra “Ədəbiyyatı birləşdirən tellər” mükafatıdır.

– Məmməd müəllim, bəzən deyirlər ki, tərcümə fəaliyyəti yaradıcı fəaliyyətə mane olur.

– Yox, yox, qətiyyən.

– Bəlkə, elə sizi yaradıcılıqdan soyudan elə bu tərcümə işləri olub.

– Bilirsən, tərcümələrdən mən qonorar alıram axı, eləməmək də olmur, əsas məsələ elə budur. Yazdıqlarımdan isə bir qəpik də xeyrim yoxdur.

– Niyə belədir, sizcə?

– Yəqin, imkan yoxdur ki, mənə qonorar versinlər. Lap mənim kitabımı çap etsələr belə, ordan mənə qonorar verilmir. Dediyim kimi, yəqin, imkan yoxdur. Bəzən elə olurdu, kitablarımı öz hesabıma çap eləyirdim. Sonra fikirləşdim ki, bu mənim nəyimə lazımdır axı... Öz cibimin xərci ilə, nə bilim, pensiyamın pulu ilə kitabımı çap edim, ona-buna paylayım... Niyə? Amma mən kimdən ki tərcümə edirəm, həmin adamlar üçün Azərbaycanda çap olunmaq çox maraqlıdır. Ona görə onlarla əlaqə saxlamaq, onlardan tərcümə eləmək daha yaxşı qarşılanır. Qonorar da alıram. Yəqin, onların imkanları daha yaxşıdır (gülür). Çoxu həm də cavan yazıçılardır, həvəslidirlər, ağızları isti yerdədir. Bilmirlər ki, onları irəlidə nə gözləyir... (Bir az duruxur)

– Bəs Yazıçılar Birliyinin fəaliyyəti necə, sizi qane edir?

– Sözün düzü, bu şey məni qətiyyən maraqlandırmır.

– Amma siz az öncə kitablarınızı öz maliyyənizlə çap elədiyinizi deyirdiniz. Sizcə, bu dedikləriniz qurumun qüsuru deyil?

– Yoxdur da, yəqin, imkanları yoxdur. Neyləmək olar...

– Sizcə, Məmməd Oruc çap olunmalı deyil? Buna həmin qurumun imkanı yoxdur?

– Demək olar ki, heç vaxt mən onlara müraciət eləməmişəm. Mənim kitabımı çap edin, ya məni təbliğ edin, ya nəsə, heç vaxt olmayıb. Heç vaxt da eləmək fikrim yoxdur.

– Məmməd müəllim, Azərbaycan yazıçısı əsər yazıb, onu çap eləmək istəyir, dəstək istəyirsə, bəs kimə müraciət eləməlidir?

– Mən elə şeylərdən həmişə uzağam. Mənə aid deyil o şeylər.

– Bu yaxınlarda Yazıçılar Birliyinin qurultayı gözlənilir. Sizin fikriniz nədir bu haqda?

– Demək, onuncu qurultayda mənim romanım haqqında, “Köçürülmə” haqqında xüsusi söhbət oldu. Vilayət Quliyev çıxış elədi. 20 dəqiqəyə yaxın bu romandan danışdı. Amma sonra heç nə olmadı, elə bil hər şey yaddan çıxdı. Hətta bəzi əsərlərin kirildən latına çevrilmə prosesi vaxtı o roman yada belə düşmədi. Qaldı kənarda. Yaxşı, bu qədər tərifdən sonra onu gedib mən təklif eləməliydim? Mən niyə edim ki? Bu roman haqda kifayət qədər söz deyilmişdi axı, bəs sonra? Bilirsən, belə olanda gərək ora ayrı bir yol tapasan, gedib kiməsə baş əyəsən, xahiş edəsən. Mən eləmədim, heç eləmək fikrim də yoxdur.

– Məmməd müəllim, qurultayda səsinizi kimə verəcəksiniz?

– Elə Anara.

– Bəs bu biganəlik...

– Anarın o qədər işi var ki, mən niyə onun yadına düşüm ki? Mənim səsim yenə Anara olacaq. Əvvəla, mənim onun əsərlərinə, şəxsiyyətinə hörmətim böyükdür.

– Hörmət öz yerində. Söhbət qurumunun fəaliyyətindən gedir.

– Oranın 2000-dən çox üzvü var. Mən də o 2000-dən biriyəm. Elə deyil? Məncə, Anar da elə bu cür fikirləşir. Mən Anarın gözündə o 2000-dən biriyəm. Nə olsun ki, yazmışam, çap olunmuşam? Yəni Anardan mənim umacağım yoxdur.

– Bəlkə, yeni kadr yeni təkliflərlə, yeni ideyalarla gələ bilər.

– Bilirsən, oğul, o stol var ha, mən bu yaşıma qədər, demək olar ki, görməmişəm, kimsə oradan öz xoşu ilə ayrılsın. Ordan adamları müxtəlif yollarla ayırırlar. Belə özxoşu ilə olmur. Amma hər halda Anar həmin o birlikdə müəyyən sakitlik yarada bilib.

– Müxtəlif yol dediniz, bax elə o yollardan biri də səsinizi başqa bir kadra vermək deyil?

– Yox, Anar orada olmasa, mənə elə gəlir ki, çətin olar. Niyəsini də deyim. Bu, yerdə qalan katiblər arasında mübarizəyə səbəb olacaq. Bu şeylər isə birliyin hörmətdən salınmasına gətirib çıxara bilər, hətta birlik xırdalana bilər. Hər halda, Anar indi cilovu əldə saxlaya bilir.

Bu sözlərdən sonra Yazıçılar Birliyi ilə bağlı suallarımı yekunlaşdırıram. Məmməd müəllimin sakit təbiəti bütün mövzulara eyni cür reaksiya verməsinə səbəb olur.

– Gələk sizin yaradıcılığınıza. Sizin əsas yaradıcı mövzunuz erməni-müsəlman məsələsidir.

– Doğrudur, bu ona görədir ki, mən elə orda doğulmuşam, Qərbi Azərbaycanda – Vedidə. Ordan gələndə mənim 5 yaşım var idi. Amma yaddaşım o vaxtlar o qədər yaxşı olub ki, hər şey yadımda qalıb. Və ordan gələndən sonra da həmişə oranın həsrətindən danışıblar. Hər gün, demək olar ki, eyni söhbət gedirdi. Ordakı yerlər, evlər, küçələr. Və bütün bu şeylər də mənim bütün yazılarıma təsir edib. Həm hekayələrimə, povestlərimə, romanlarıma – hamısına.

– Hətta tərcümə elədiyiniz romanlardan biri də o mövzudadır.

– Hə, o xanım (yazıçı Gülşən Lətifxanı deyir – N.P.) bir hekayəmi tərcümə eləmişdi. Mənə göstərdi ki, Hollandiyada çap olunub. Və özü təklif elədi ki, sözügedən romanı tərcümə edim. Oxudum, xoşuma gəldi. Çox qısa müddətə elədim tərcüməsini, təxminən, bir ay yarıma. Məndə bir xasiyyət var, yazıya başladımsa, onu qurtarmamış ayağa dura bilmərəm.

– Məmməd müəllim, ümumiyyətlə, sizdə ermənilərə qarşı kin hiss olunmur. Bu sizin mətnlərinizə də sirayət edib.

– Bilirsən, oğul, bütün müharibələrin sonu həmişə sülhlə yekunlaşır. Elədirmi? Yekunda barışıq olur, görüşürlər, öpüşürlər, evlənirlər, törəyirlər. Mənim yadımdadır, bizim ailələrimizdə, qonşularımızda 1918-ci il hadisələrinin qurbanları var idi. Ya birinin oğlunu öldürmüşdülər, ya birinin atasını ermənilər əsir aparmışdı və sair. Amma 1950-ci illərdə bizim nəsillərdə beş-altı kişinin yoldaşı erməni idi. Yəni o cür qırğından sonra olmuşdu bunlar. Zamanla təzədən isinişmə yaranmışdı.

– Bu dəfə necə? Sülh olacaqmı?

– Onu demək üçün hələ tezdir. Sözsüz, əvvəl-axır olacaq, amma qısa müddətə yox, azı, 50 ilə. Amma istənilən halda, televiziyalar, yazılan romanlar, yaxud onların yaddaşındakı bu qan-qada həmişə o qaysağı qopardacaq.

– Müharibədən sonrakı dövr üçün nəsə yazmamısınız ki?

– Yox, yazmamışam, amma fikirləşirəm ki, yazmaq lazımdır. Həm də bəzən fikirləşirəm ki, mən bunları hələ o vaxtdan yazmışam. Sənin yadındadırsa, əsərin sonunda münasibətlərin yaxşılaşdığını, xalqların bir-birinə isinişməsini qeyd eləmişəm. Amma sonra 1989-cu il hadisələrini eşidəndə əsərin qəhrəmanı deyir ki, yenə də aranı qarışdırdılar. Onu da nə biz, nə də ermənilər edirdi. Hamısını imperialistlər edirdi, vallah. Çünki öz maraqları vardı. Bunu onsuz da hamı bilir. Mən onu deməklə Amerika kəşf eləmirəm.

– Əsərlərinzlə bağlı Sizə ssenari, rejissor təkliflərinin olduğunu demişdiniz. Sonra nə baş verdi?

– Düzdür, olmuşdu, hətta Asim İsmayılov “Köçürülmə”ni ssenariləşdirmişdi, kinostudiyada hazırlıqlar da başlamışdı. Amma qismət olmadı, rəhmətə getdi. Onunla da hər şey altı-altında, üstü-üstündə qaldı, təxminən, 92-ci ildə. Ondan sonra isə Natiq Haşımov da həmin romanın ssenarisini yazıb mənə göstərdi.


Dedi, sponsor axtarıram. Mən də dedim, mənim sponsorum yoxdur, sən məndən daha hörmətli olarsan (Gülür və əlavə edir: əməkdar artistdir axı). Amma hanı? Hələ ki, heç nə yoxdur. O hətta deyirdi ki, romanlarımın üçünü birləşdirib eyni filmdə versin. Mən razı olmadım ki, orda hadisə çoxdur. Dedi ki, mən onu həll eləmişəm, sən narahat olma. Sponsor sarıdan hələ ki, yarımçıq qalıb hər şey. Görək necə olur, qismətdən asılıdır.

Həm də artıq yorulmuşam, belə şeylərə inamım qalmayıb.

– Bu pessimizmin yaranmasına səbəb nədir belə?

– Həyatın gərdişi. Çünki görürəm ki, elə şeyləri çəkirlər ki, o şeylər sadəcə bu gün üçün, bu saat üçün lazımdır, tarix üçün yox. Amma “Köçürülmə” bir tarixdir, bu gün üçün də, sabah üçün də. Sadəcə diqqət yoxdur.

– Məmməd müəllim, gəlin razılaşaq ki, özünüzdə də günah var.

– Hə, əlbəttə. Mən heç vaxt özüm öz haqqımı tələb eləmədim. O mübarizlik məndə yoxdur. Bu xasiyyəti də mənə Allah verib, mənlik deyil. Mən kiməsə ağız aça bilmərəm, bu mənim üçün ən ağır şeydir.

Arabir düşünürəm ki, hətta mənim roman yazmağım, hekayə yazmağım kimlərəsə toxunur, təsir edir. Deyirlər ki, bu yenə də eyni mövzudan eyni şeyi yazıb? Amma mən o romanları orden, medal alım deyə yazmamışam. Mən o romanları ağrı-acıdan qurtulmaq üçün, rahat olmaq üçün yazmışam.

– Ad demiş, sizcə, Məmməd Oruc fəxri ad üçün nə qədər gecikib?

– Yox, yox, qəti! O ad mənə lazım deyil, o şeylər mənə yaddır. Çünki onun üçün çalışanlar çoxdur və onların da ada yanaşması ayrı cürdür.

– Bəs sizin yanaşma nə cürdür?

– Bax mən fikirləşirəm ki tutaq ki, ad aldım, hə, nə olsun? Mən yazılarımı yazmışam və xalq da onu oxuyub. Mənə lazım olan budur, vəssalam. Mən sadəcə sevinirəm ki, son illərdə mənim əsərlərimi yenidən çap edirlər. Elə bunun verdiyi həzz mənə bəsdir. Demək, mənim əsərim kimlərəsə lazımdır ki, çap olunur.

– Onda Siz xalqın yazıçısı olmusuz, demək olar, hə?

– Hə, elə xalqın yazıçısı daha yaxşıdır. Yəqin, elə mən xalqın yazıçısıyam. Elə ədəbiyyatdan da, bu həyatdan da belə gedəcəm. Həm də mənim üçün Şuşanın alınması, Qarabağın alınması bütün ordenlərdən, adlardan yüksəkdir. Bu, tamamilə, başqa hissdir.

– Məmməd müəllim, tərcümələri kənara qoysaq, yaradıcılığınız sizə qazanc gətirirmi?

– Yox, indi qətiyyən yoxdur, belə şeylər Sovet dövründə olurdu.

– Bəs bu gün yazıçı Məmməd Orucun qazancı nədədir?

– Qazanc yerim indi yoxdur (gülür). Elə bu “Azərbaycan” jurnalından 300 manat alıram, bir də təqaüd. Ayrı heç nə. Bir də bayaq dediyim hərdənbir elədiyim tərcümələr, vəssalam.

– Onda belə çıxır ki, tərcümələri məcburiyyətdən edirsiniz?

– Yox, deməzdim, mən tərcümələri zövq üçün edirəm, həzz alıram. Yaxşı tərcümələrim məni rahatlaşdırır. Və yazı işinə başım qarışanda xəstəliyim, ağrı-acım da olmur. Elə ki nəsə yazmadım, fikir-xəyal götürür məni.

– Əvvəllər şeir də yazmısınız.

– Hə, şeirlə başlamışam. Bir az yazdım, amma universitetin üçüncü kursunda şeir yazmaqla qurtardım.

– Niyə?

– Elə bil bir anlıq tam mənasızlıq hiss elədim, gördüm ki, qafiyə axtarmaq, sözləri düzüb-qoşmaq mənlik deyil və birdəfəlik daşını atdım.

Sonra hekayələr, məqalələr yazmağa başladım. Hətta elə ilk yazılarımdan sonra məni “Azərbaycan gəncləri” qəzetinə işə götürdülər. Universitetdə oxuya-oxuya bu, çox nadir hal idi. O vaxt həqiqi istedada qiymət verirdilər. Kimsə yaxşı yazırdısa, hamı istəyirdi ki, onunla əməkdaşlıq eləsin. Eləcə mən də tələbə ikən “Azərbaycan gəncləri” qəzetinin işçisi oldum. Və çox məşhurlaşdım. İlk kitabım da ordakı yazılardan yarandı.

– Səhv eləmirəmsə, sizin ən məşhur povestinizi ilk dəfə çap eləməmişdən qabaq redaktor geri qaytarıb.

(Sualı eşidər-eşitməz “Oyun havası” povestini masanın üstündə axtarır, tapır, göstərir)

– Hə, bu idi, “Gənclik” jurnalı o vaxt çox populyar idi. Bu povesti ora apardım, Səfər Alışarlıya göstərdim, məni bir xeyli yubatdı. O zaman orada redaktor Məmməd İsmayıl idi, bəlkə, birbaşa ona versəydim, çap edərdi, amma Səfər Alışarlı eləmədi.

– Niyə?

– Nə bilim, yəqin, xoşuna gəlməmişdi. Düzü, mən ondan əvvəl Səfərin hekayələrini “Azərbaycan” jurnalında çap eləmişdim. Fikirləşdim ki, o da mənə qarşı eyni şeyi edər. Həm də bu, yaxşı povest idi axı. Amma o dedi ki, filan obraz artıqdır, bu hissə belə uzundur və s. Mən də dedim ki, o povestə toxunmaram, necə yazmışamsa, bir hərfini də dəyişmərəm. Beləcə çap olunmadı. Sonra verdim “Azərbaycan” jurnalına. Mənə ən çox şöhrəti də elə o povest gətirdi, çox oxundu, çox danışıldı.

– Onda “Oyun havası” sizə daha çox məşhurluq gətirdi deyə bilərik.

– Hə, elə oldu, hətta indi də cavanlar o povesti məndən istəyirlər, axtarırlar.

– Məmməd müəllim, uzun müddətdir ki, “Azərbaycan” jurnalında işləyirsiniz. Yəni prosesi izləyirsiniz. Gənclərdən kimləri oxuyursuz?

– Onu deyim ki, çox nadir hallarda yaxşı mətnlər gəlir, yaxşı imzalar gəlir. Çoxunun beş-altı cümləsini oxuyub geri qaytarıram. Yaxşı mətn ilk cümlələrində özünü hiss elətdirir. Elementar cümlə qura bilməyənlər roman yazır, povest yazır, gətirir ki, çap edin. Bu bir az adamı düşündürür. Amma ümumən Aslan Quliyevin, Mübariz Cəfərlinin yazıları xoşuma gəlir, oxuyuram.

– Azərbaycan ədəbiyyatının gələcəyinə inanırsınız?

– Şükür, buna da şükür. Daha yaxşı olacaq. İnanmaq lazımdır. Amma mənə görə son 20 ilin ən yaxşı yazıçısı Rafiq Tağı olub. O, ədəbi məktəb yaradıb. Mənə elə gəlir ki, indiki yazıçı gənclər, ümumiyyətlə, hamı onu oxumalıdır. Onun düşüncə tərzi, baxışı Allah vergisi idi. Amma heyf ki, vaxtsız getdi.

Müsahibənin bu yerində artıq Məmməd müəllim tutulur, nəsə demək istəsə də, səsinin titrəyəcəyindən qorxub susur. Nə qədər çətin olsa da, müsahibəni elə buradaca yekunlaşdırmağa məcbur oluram. Bəlkə də, söhbətimizin Rafiq Tağı adıyla yekunlaşması ola biləcək ən yaxşı sonluq idi. Nə bilim?!.

Foto - Sabir Məmmədov © APA Group

Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı